Sevgililər gününə özəl “Şokoladlı ürək zənbili”

erzaq
 

Zuleykha jurnalı bir-birindən maraqlı və ləzzətli mətbəx reseptlərini Sizlərlə bölüşməyə davam edir. Artıq 2 ildir ki,  Azərbaycanda “Food blogger” olaraq fəaliyyət göstərib sosial şəbəkələrdə müxtəlif foto və video reseptlərini izləyicilərinə paylaşmaqla tanınan Rəhimə Eldarova, eləcə də, jurnalımızda öz mətbəx sirləri ilə bölüşəcək.

Qarşıdan gələn Sevgililər gününü nəzərə alaraq onun Sizlər üçün ilk resepti “Şokoladlı ürək zənbili”– dir. Belə özəl gündə bu romantik görünüşlü şirniyyatı Siz də öz əllərinizlə hazırlayıb əzizlərinizi sevindirə bilərsiniz!

Lazım olan ərzaqlar :

– 500q qat- qat xəmir
– 100q French Cow kərə yağı
– 250q tünd şokolad
– 1 stk. qaymaq (30-33% yağlı)
– 1 ədəd yumurta
– 1 stk. şəkər pudrası 

Əlavə ləvazimat: 2 ədəd fərqli ölçüdə ürək formaları
 

1
 

#1. Fotoda göstərildiyi kimi, kəsmə formaları vasitəsi ilə xəmirdən iki ədəd böyük ürək kəsin. Bir böyük ürəyin içində isə daha kiçik həcmli formada ürək kəsin və ortada qalan kiçik hissəni çıxardın. Nəticədə xəmirdən bir bütöv böyük ürək və bir kəsilmiş içi boş ürək alınacaq.

#2. Kəsdiyiniz xəmirdən ürəkləri fotoda göstərildiyi kimi bir-birinin üzərinə yerləşdirin. İlk olaraq bütov böyük ürək, üstündə isə kəsilmiş-boş ürəyi qoyuruq.
 

2
 

#3. Yumurtanı azca çalıb, xəmir-ürəklərin üzərinə fırça ilə yaxın. Sobanızı 200 C qədər qızdırın. 20-25 dəqiqə ərzində ürək zənbillərini bişirə bilərsiniz. Zənbillər bişdikdən sonra soyumasını gözləyin. Soyuduqdan sonra zənbillərin üzərinə şəkər pudrasını səpin.

#4. Şokoladlı içliyi hazırlamaq üçün kərə yağını və qaymağı bir qazana yerləşdirib, kiçik alovda əridirik. Kərə yağı qaymağın içində tam həll olandan sonra, qazanın altını söndürə bilərsiniz. Tünd şokoladı əlinizlə kiçik hissələrə sındırın. İsinmiş yağlı-qaymaqlı kütləyə şokolad hissəciklərini əlavə edib, şokolad qaymaqda tam həll olunana kimi qarışdırmağa davam edin. Zənbillər üçün şokoladlı içlik hazırdır.

#5. Hazırladığınız şokoladlı məhlulu isti halda bişirdiyiniz zənbillərin içinə səliqə ilə doldurun.

“Şokoladlı ürək zənbili” şirniyyatı hazırdır!  Nuş olsun!
 
 
Hazırladı: Rəhimə Eldarova
(İnstagram: @eldarovaskitchen)

 
 
3

 

4

 

6

 

 

Şərhlər

Menyu