Bakıda Sevgi Günü: Əsl sevən cütlüklər romantik anları evdə əylənərək keçirir

10
 

Eşq– daim yeni qala bilən qədim bir hekayədir. Bu duyğu istənilən yaş və dövrdə yaşanılan əvəzedilməz və unudulmaz bir xatirə və ya xoşbəxt həyat hekayəsi kimi sevənlərin qədərinə qızıl hərflərlə həkk olunur. Hər kəsin baş qəhramanı olduğu bir həyat hekayəsi vardır. Aşiqləri nağıllar aləminə aparıb bir-birinə bağlayan bu duyğu fərqli insanlarda tək adla- “Sevgi” kimi ifadə olunur.
Sevən kəslər üçün ən dəyərli zaman yarı ilə keçirilən dəqiqələrdir. Sabahları gözlərini açınca ilk onun səsini duymaq, mətbəxdə əylənərək yemək hazırlamaq, bir-birinə sarılıb birgə film izləmək sevgililərin ən sevdiyi məşğuliyyətdir. Buna görə şübhə yoxdur ki, 14- Fevral “Sevgililər  günü qəlbində sevgi qığılcımı olan hər kəs üçün özəl bir tarixdir. Belə bir günü özəl edən isə birgə keçirilmiş zaman və təbii ki, hədiyyələrdir. ZULEYKHA jurnalı bu “eşq bayramına” həsr olunmuş EDİTORİAL rubrikasında sevən gənc cütlüyün belə bir özəl gündə birgə keçirilmiş anlarını klassik sevgi hekayəsində canlandırır.

Layihənin baş qəhramanları bir-biriylə böyük məhəbbət hissi ilə ailə qurmuş, şəhərimizin ən səmimi cütlüklərindən olan məşhur fotoqraf Cəmil Mirzəyev və xanımı Aysel Mirzəyevadır. Beləcə, sevgi dolu, bir-birindən maraqlı və məzəli səhnələrini böyük məharətlə canlandıran cütlük öz yüksək və pozitiv əhval-ruhiyyəsi ilə çəkilişimizə rəng qatdı.

Layihənin səhər yuxudan oyanan cütlük səhnəsi ilə başlaması təsadüfü deyil. Bəylər adətən belə bir özəl gündə xanımlarını ərköyünlədir, qayğıkeşlikləri ilə onlara balaca şahzadə hissini yaşadır. Çəkilişdə səmimi, isti yuva abu-havası yaratmaq üçün Avropa mebel dəbinin Bakıdakı təzahürü olan IDEA mebel salonuna məxsus Angelo Cappellini fabrikindən “Strauss” adlı zərif yataq mebel dəsti seçilmişdir.
 

3
 

Cütlüyün istirahət və yuxu üçün nəzərdə tutulan yataq otağında isə hər bir əşya və aksessuar ən xırda detallarına qədər dəqiq düşünülməlidir. Müasir cütlüklər bu gün yataq otağının romantik olması ilə bərabər, eləcə də onun praktikliyinə böyük önəm verir. Yüksək dizayn üslubu və son texnologiyalara cavab verən keyfiyyətli mətbəx avadanlıqları, qablar və dekor əşyaları təqdim edən Villeroy & Boch butiki şəhərimizin xanımlarının alış-veriş zamanı xəyallarını gerçəkləşdirir. Butikdə təqdim olunan saysız mətbəx avadanlıq brendləri isə alış-veriş üçün zəngin çeşid yaradır. Burada əldə olunmuş məhsullar sayəsində xanımlar mətbəxdə vaxt keçirməkdən, yemək hazırlanması, ən əsası isə buradan əldə etdikləri qab və dekor əşyaları ilə süfrəni bəzəməkdən böyük zövq alır. Səhər yeməyinin bəzədilməsində istifadə olunan dəst üslubu ilə eksperimentlər aparan Alessi brendindən dizayner Marsel Vandersin 3-cü dəfə təqdim etdiyi Dressed Collection-dır.

Çəkilişdə istifadə olunan yataq dəsti Ambiance Home Textile butikinə məxsusdur. Butikdə atlaz, ipək, jakkard və pambıqdan əl işləməsi ilə bəzədilmiş yataq və ya hamam geyim dəstləri, dəsmal və süfrələr, kaşmir və xəzdən yorğan və yataq örtükləri təqdim olunur. Butikdə dünyaca məşhur Christian Fischbacher, Descamps, Tommy Hilfiger, Alexandre Turpault, Nina Ricci, M.Matilde, Esteban, Lampe Berger, Hugo Boss kimi markaların ev aksessuarlarının yer alması fərqli brendlərin eyni məkanda olması çeşidli seçim imkanı yaradır. Qazandığı etimad ilə stil və komfort ifadələrinin sinonimi olmağı bacaran İtalyan brendi Frette eleqant dizaynı və zövqlü məhsulları ilə hər il bir-birindən fərqli və müxtəlif çeşidli kolleksiyalar təqdim edir. Frette brendinin  yataq örtükləri, hamam ləvazimatları və eviniz üçün müxtəlif aksessuar seçimi təqdim edir. Çəkilişdə brendə məxsus qadın gecə geyimi və Jamiesi ev ayaqqabıları istifadə olunmuşdur. Bundan başqa Hanro brendindən kişi gecə geyimi və  Homers brendindən kişilər üçün evdə geyilən ayaqqabılar çəkilişimizdə istifadə edildi.
 

9
 

Mətbəx mebeli dizaynı sahəsində böyük çeşidə sahib olan İDEA mebel salonu ekoloji təmiz və sağlamlıq üçün faydalı olan yüksək keyfiyyətli materiallardan hazırlanan modellər maksimal rahatlıq və hədsiz funksionallıq təqdim etməklə, interyerə mükəmməl uyğunluq yaradacağına zəmanət verir. Layihə üçün seçilmiş minimalist dizaynlı “Snaidero” fabrikinə məxsus “Code evolution” adlı mətbəx mebeli şəhərin müasir cütlüklərinin ən çox sevib müraciət etdikləri modellər sırasında durur. Məişət avadanlığı brendi Casa Bugatti məhsulları isə dərhal yaddaqalan al rəngli dizaynı və funksionallığı ilə mətbəx interyerində sevgi və hormoniya bəxş edərək xanımların ən sevimli köməkçisinə çevriləcək.  Mətbəxdə, eləcə də, dəfələrlə mükafatlar qazanmış, dizayner məhsulları istehsal edən məşhur WMF brendinə məxsus əşyalar istifadə olunmuşdur.

Sirr deyil ki, birgə zaman keçirmək, ən doğma filmləri bir-birinə sarılıb seyr etmək cütlüklərin ən sevdiyi məşğuliyyətdir. Yumşaq və massiv “Gaspare” adlanan bu məxməri divan modeli “Elledue” fabrikinə aiddir. İnteryerdə şıqlığı sevənlər üçün bu dəst nəinki rahat, eləcə də iri mənzillərə yaraşıq gətirən dəbdəbəli ev əşyası hesab edilir. Cütlüyün üzərindəki onları isindirən pled isə butalarla bəzədilmiş Şərq naxışlı Katrin Leuze brendidir.
 

16
 

“Colombostile” fabrikinə məxsus “Elisabeth” modeli isə nahar masa dəsti olaraq istənilən interyer üçün əla seçimdir. Evlərdə müxtəlif yığıncaqlar üçün əzizləri ilə bir masaya toplaşmağı sevənlər bu mebel dəsti ilə isti və səmimi münasibətlərini daha dəyərli və mənalı edəcək. Romantik anları paylaşan cütlüyün əyləşdiyi masanın bəzədilməsində istifadə olunan nahar dəsti Villeroy & Boch brendinə məxsus “Samarkand” modelidir. Şərq elementlərini üzərində əks etdirən eleqant və klassik forması ilə seçilən bu nahar dəsti retro və art-deko üslubu ilə istənilən masanın bəzəyi olacaq.

Etiraf etmək lazımdır ki, xanımlar həyat yoldaşlarından yalnız eşq dolu sözlər deyil, qayğı və diqqət görməyi də arzu edir. Qadınlar üçün ən özəl hədiyyə əlbəttə ki, qiymətli daşlardan hazırlanmış zərgərlik əşyasıdır. Multibrend zərgərlik butiki Royal Collection-ın təqdim etdiyi italyan brendi Leo Pizzo sırğaları əsrarəngiz gözəlliyə sahibdir.  Çəhrayı qızıl üzərinə ən yüksək keyfiyyətdə olan brilyant və yaqut daşları ilə bəzədilmiş sırğa dəsti göz qamaşdırıcı parıltısı ilə sahibəsinə cazibədarlıq və dəbdəbə bəxş edəcəyinə şübhə qalmır.  7o-ci illərdə SaraLeo Piçço tərəfindən əsası qoyulan Leo Pizzo brendi sevgililərin bir-birinə olan dərin məhəbbətini simvolizə edir.

Royal Collection multi brend zərgərlik butikinin təqdim etdiyi David Morris brendinin “Rose Cut” kolleksiyasına məxsus brilyant bilərziyi şıq ziyafətlərə taxan zərif xanımların biləklərinə biganə qalmaq mümkün deyil. Zərifliyi və gözqamaşdıran qiymətli daşlarla bəzədilən bu qolbaq brendin klassik ənənəsinə sadiq formada- aristokratik ruhda hazırlanmışdır.

Aysel Mirzəyevanın makiyajını isə  Nisa Beauty gözəllik mərkəzinə həvalə etdik. Roseville kompleksində yerləşən mərkəz hər müştərisinə xüsusi qayğı və peşəkarlıqla yanaşır. Mərkəzin peşəkar ustaları istənilən obrazın yaradılmasına məharətlə nail olur. Saç, üz və ya bədənə qulluq və gözəllik prosedurlarını arzulayanlar, bu prosedurları mərkəzin peşəkar komandasına könül xoşluğu ilə həvalə edir. Qeyd edək ki, Nisa Beauty salonu Bakıda yeganə mərkəzdir ki, gözəllik və qulluq prosedurlarını evlərə gedərək xidmət göstərir.

Sevgililər gününü gülsüz təsəvvür etmək mümkün deyil. Merci Baku Flowers butikinə məxsus gül dəsti hisslərini çiçəklərlə ifadə edən peşəkar floristlər tərəfindən hazırlanır. Gül butiki şəhərin sakinlərinin ən özəl günlərində təravətli ətri, rəngarəngliyi ilə seçilən gül- çiçək dəstləri ilə könülləri fəth edir. Xaricdən gətizdirilmiş müxtəlif çeşidli nadir gül növləri ilə ərsəyə gələn möhtəşəm ikebanalar artıq butikin daimi alıcılarının könlünü qazana bilmişdir.
 
 

ROYAL COLLECTION Jewelry: Bül-bül pr. 30 Tel: +994124934084
NİSA BEAUTY:
Kazımzadə küç., 802-803, Roseville yaşayış kompleksi, Tel: +994 70 436 87 78
İDEA BAKU:
Ü. Hacıbəyov küç., 77A, Tel: (+994 12) 498 96 60
AMBIANCE HOME TEXTILE:
R. Behbudov küç., 21A, Tel: (+994 12) 498 89 81
FRETTE BAKU: 28 May küç. 28C, Tel: (+994 12) 498 89 81
VILLEROY & BOCH: 28 may küç., 6. Tel: (+994 12) 498 03 33
H. Cavid 22 küç., Tel: (+994 12) 510 91 26

MERCI BAKU FLOWERS:
Istiqlaliyyət küç.,69H, Tel: (+994 12) 492 10 66

 
 
Hazırladı:  Mənsurə Məmmədəliyeva
Foto: Alexandr Fly
Stilist: Aynur Əlibəyova
 
 
12

11

10

13

1

2

3

4

5

6

7

18

8

9

14

15

16

17

19

21

22

23

24

25

Şərhlər

Menyu