“Seliksiz Pəhriz Müalicə Proqramı” və ya ömür boyu sağlamlıq

Doktor Arnold Eret (1866-1922) indiyə qədər yaşamış ən görkəmli həkimlərdən biridir. Əvvəlki rəssam olmuş Dr. Eret özünün “Seliksiz Pəhriz Müalicə Sistemi” kitabıyla bütün tibb dünyasının inanclarını alt-üst etmişdir. Eretə görə bütün xəstəliklər selik yaradan qidalardan qaynaqlanırdı. İnsan nə qədər bu cür qidalardan istifadə edərsə, orqanizmdə çoxsaylı xəstəliklərin yaranması təhlükəsi o qədər çox idi. Bəs seliksiz pəhriz nədir? Bu suala ən yaxşı cavabı kitabı oxumaqla ala bilərsiz. Əsas ideya isə budur ki, insan selik yaratmayan qidalardan imtina edərək, yalnız meyvə və tərəvəzlərlə qidalanmaqla və oruc tutmaqla orqanizmi təmizləməyə və nəticədə bütün xəstəliklərdən qurtula bilər.

“Seliksiz Pəhriz Müalicə Sistemi” selik yaratmayan ərzaqlardan – bütün növ çiy və bişmiş meyvələrdən, nişastasız tərəvəzlərdən, bişmiş və ya təzə tərəvəzlərdən, bununla bərabər individual şəkildə təyin edilmiş qısa və ya uzunmüddətli orucdan ibarətdir. Oruc tutmadan təkcə bu pəhriz bütün xəstəlikləri müalicə edə bilər, lakin bu daha uzun çəkəcək.”

 

Kitabda insan fiziologiyası ilə bağlı heç yerdə rast gəlmədiyiniz zəngin məlumatlar, bu pəhrizin aparılma qaydası və reseptlərlə daha ətraflı tanış olacaqsız. Dr.Eret insanın “meyvəyeyən” olduğunu və insan üçün ən ideal qidanın sezona uyğun bir növ meyvə olduğunu deyir. Bu yoldan çıxaraq o, öz üzərində saysız-hesabsız təcrübələr keçirir. Eret üçün qida enerji mənbəyi deyil, orqanizmi təmizləmək üçün “süpürgədir”.
Arnol Eret
“Seliksiz Pəhriz ilə Müalicə Sistemi” kitabını çap etməzdən əvvəl bu dediklərini sübut etmək üçün dövlət strukturlarının, alimlərin və həkimlərin ciddi nəzarəti ilə, o cümlədən hər kəsin müşahidə edə biləcəyi bir kabinada 49 gün tamamilə ac susuz qalmış və bir insana yaşamaq üçün əslində çox az qidanın lazım olduğunu göstərmişdir.

“Oruc – təbiətin ən böyük gücü, o qədər kobud şəkildə tətbiq edilmiş və yanlış anlaşılmışdır ki, bunu insanlara düzgün başa salmaq çox vacibdir. Özümü və İsveçrədəki sanatoriyamda yüzlərlə insanı 10 il ərzində seliksiz pəhriz və orucla müalicə təcrübəsinin nəticəsində əminliklə deyə bilərəm ki – bu sistemin düzgün tətbiq edildiyi halda çox böyük gücü və üstünlükləri var. Mənim ilk təcrübələrim elə yaxşı nəticələr verdi ki, istifadə etdiyim metodları yoxlamağa və mükəmməlləşdirməyə çalışdım, beləliklə də həyatımın bütün mərhələrində öz müşahidə və tədqiqatlarımı davam edirdim.”

 

Arnold Eret böyrək çatışmazlığından əziyyət çəkirdi, o, 5 il 24 həkimdən müalicə alıb heç bir nəticə əldə etməmiş və xəstəliyi xroniki hala keçmişdi, həkimlərə görə o tezliklə “ölməli idi”. Lakin ölmək əvəzinə o, vətəni Almaniyada vegeterianlığı öyrənməyə yollanır. Bütün bu müalicə təcrübələrindən, Naturopatiya elmi, vegeterianlıq və tibb elmindən aldığı təhsillə seliksiz pəhrizi və orucun gücünü kəşf etdi. Öz həyatını xilas etməklə yanaşı, İsveçrədə yaratdığı sanatoriyaya dünyanın hər yerindən gələn minlərlə ölümcül xəstələri də həyata qaytarır. Təcrübələrindən birində o dostuyla Əlcəzairə öz pəhrizini tətbiq etmək üçün gedir və 24 gün ərzində aclıqdan sonra Əlcəzairdən Tunisə qədər 1300 km yolu velosipedlə öz dostu ilə birlikdə qət edir.

“Mən qətiyyətlə inanırdım və təcrübəylə sübut etdim ki, oruc (və daha az qida qəbulu) təbiətdən gələn, orqanizmi yanlış və çox qidalanmanın nəticələrindən təmizləyən ən güclü üsuldur. Bu metodun psixoloji və mənəvi inkişafın açarı olduğunu da kəşf etdim. Mən meyvələrin və seliksiz ərzaqların effektivliyinin səbəblərini də araşdırdım və müəyyən etdim ki, onlar həzm zamanı “qlükoza” istehsal edir. Təcrübələr, testlər və ekperimentlər, o cümlədən müalicələrin nəticələri göstərdi ki, meyvələrin tərkibindəki qlükoza insan qidasının ən təməl komponentidir və orqanizmin ən yaxşı təmizləyicisidir. Bu alimlər və həkimlərin protein-azot nəzəriyyəsinin tamamilə əksi idi, “mineral duzlar” nəzəriyyəsinin də həmçinin.”

 

Amerikaya Panama sərgisini ziyarət etmək və burada yetişdirilən meyvələri tədqiq etmək üçün yollanan Arnold Eret Avropada müharibə başladığından geri dönə bilmir və orada da bir sanatoriya açır. 1922-ci ildə kitab çıxdıqdan sonra Los- Ancelesdəki bir konfransda kitabını təqdim etməyə və seliksiz pəhriz haqqında nitq söyləməyə yollanır. Konfransdan çıxıb evə gedərkən yıxılaraq başı səkiyə dəyir və vəfat edir, ən azından qəzetlər belə yazırdı. Lakin onun başından vurularaq öldürüldüyü versiyasına inananlar daha çox olur.
j2
“Seliksiz Pəhriz Müalicə Sistemi” kitabında siz onun nəzəriyyəsi haqqında kifayət qədər məlumat əldə edə və selik yaradan qidaların siyahısıyla da tanış olacaqsız, o cümlədən insan orqanizmi, fiziologiyası və metabolizm haqqında indiyə qədər tibbdən eşitdiyiniz təsəvvürləriniz alt-üst olacaq. Bu kitabdan başqa Arnold Eretin digər məşhur kitabı, “Rasional oruc və regenerasiya pəhrizi” kitabını da oxumağınız məsləhət görürük.

 

Hazırladı: Jalə Nəcəfova

Şərhlər

Menyu