Dress-kodun əsasları: Bəyaz köynəklər bu gün

k28
 

Həm biznes, həm “business casual”, hətta sadəcə “casual” olaraq geyilə bilən universal qarderob nümunəsi əyində şax görünüşü və qar tək bəyazlığı ilə təravət, səmimiyyət və etibar təəssüratı oyadan ağ köynəklər əbədi klassikası hesab edilir.  Elə məhz buna görə də xanımların ofis həyatında əvəzolunmaz hesab edilən bu əşya xarici görünüşə peşəkarlıq əlaməti qatan simvol olaraq qəbul edilmişdir.

Zaman keçsə də bu baza əşyası hələ də bugünün işgüzar xanımlarının qarderobunun ən önəmli hissəsindən birini tutur. Trendlər dəyişdikcə bu əvəzolunmaz geyim əşyası məşhur dizaynerlər tərəfindən fərqli formalara salınır, yeni biçimlərin kombinasiyaları edilərək müxtəlif əksər kolleksiyalarda hələ də təsadüf olunur. Onların xanimlar tərəfindən sevilməsinə ən böyük səbəb  isə funksional və universal olmalarıdır.

Onun əksər hallarda neytral rənglərdə olması isə fərqli geyim əşyaları ilə kombin edilməsinə və ya müxtəlif üslublarda geyilməsinə imkan yaradır.

Son trendlərə nəzər salsaq, bugünün ofislərində onu ən çox karandaş ətəklər, enli şalvarlar və kilotlarla geyildiyini müşahidə etmək olar.
 

k7
 

Klassik qara şalvarın üstünə geyinilən bəyaz köynək sadəliyi və cəzibədarlığı illərin əvəz edilməz ikilisizdir.

Müxtəlif pencək-kostum dəsti ilə mükkəməl şəkildə uyğunlaşan bəyaz köynək  sizin gündəlik ofis dres kodunuz olmaqla yanaşı,  müxtəlif tədbir və dəvətlərdə  geyinə biləcəyiniz dəbli  geyim dəsti ola bilər.

Daha trend və dəbli obraz yaratmaq üçün bəyaz köynəyinizi çins şalvarla tamamlaya bilərsiniz.  Mükəmməlliyi ilə seçilən bəyazin bir özəlliyidə hər qadına yaraşmasıdır.

 

Hazırladı: Mənsurə Məmmədəliyeva

 

superr
k26

ag 6

ag13

ag31

ag 7

ag18

ag 1

ad6

as3

ag 17

k2
k5
k6
k8

fashion blog for professional women new york city street style work wear

k10
k13
k15
k16
k17
k18
k19
k20
k23
k24
k25
k29

 

 

 

 

Şərhlər

Menyu