ANGEL SANCHEZ gəlinliklərini şalvar və midi ətəklə sərgilədi

Məşhur Venesuella dizayneri Ancel Sançez artıq bir neçə ildir ki, dünyaya Latın Amerikası üslubuna malik xüsusi möhtəşəm toy donlarını təqdim edir. Sançezin əsas özəlliyi onun özünə xas tərzdə bənzərsiz dəb “arxitekturasını” istifadə etməsidir. Onun toy donları bütün dünyada romantik və xəyalpərəst gəlinlərin ürəklərini fəth edir.

Dizaynerin təmtəraqlı orijinal mini gəlinliklərində gözəlliyin və zərifliyin təcəssümünü görürük. Sançesin gəlinlikləri qadınların arzularını gercəkliyə çevirən bəyaz libaslardır.

Dizaynerin bu dəfəki, gəlinlik kolleksiyasının əsas mövzusu nəbatat motividir. Zərif güllər,şalvar və ya qələm ətəkli gəlinlik obrazları kolleksiyada təkrarolunmaz iz qoya bilmişdir. Dizayner kolleksiyada ağır memarlıq elementlərini orqanza və uçuşan şifonun köməyi ilə yaratmağa çalışmışdır. Bütün bu incə nüanslar kolleksiyaya əsrarəngiz gözəllik və yeni baxış gətirə bilmişdir.

Əlbətdə ki, stil və orijinallığın sintezi də xüsusi önəm daşıyır. Bəyaz gəlinliyin belinə əlavə edilmiş çəhrayı lentlər yaradılmış gəlinlik obrazına xüsusi zəriflik qatır.

 

Hazırladı:Vəliyeva Minayə

 

0ee1199f39d64ef680cf9f148f5e4d0d_angel_sanchez_bridal_fall_2016_12_3dc8db282edf880391fa2adb61_bbc4130b7d335b379865ce790ee87ab8 2a3b2b6ca2a248bb3008d2e9bc3d8e6b_angel_sanchez_bridal_fall_2016_09_d7da459639c129f3f0cecd30ad_bbc4130b7d335b379865ce790ee87ab8 88af2a70808e069c30296b5846a56d02_angel_sanchez_bridal_fall_2016_06_1e93a7d3968ed499be63e19501_bbc4130b7d335b379865ce790ee87ab8 95ff1aaf6a5958dfead6e0843d0c2f26_angel_sanchez_bridal_fall_2016_02_40e9ec7b88dbc89fc1b6cf03fe_bbc4130b7d335b379865ce790ee87ab8 497e4f3e4553f543d08b2dea98b8bc57_angel_sanchez_bridal_fall_2016_05_9b8df6c1db397e9f6fb0215617_bbc4130b7d335b379865ce790ee87ab8 8518a43a5b3d22fafc371c2c87e6b329_angel_sanchez_bridal_fall_2016_08_ce46bd11ca7e22af5c68f88272_bbc4130b7d335b379865ce790ee87ab8 a974af6fa4f4c2333c88541aa6231017_angel_sanchez_bridal_fall_2016_10_6934d09cc9c968bcbb05cc69c8_bbc4130b7d335b379865ce790ee87ab8 ab91c9a0d2b220d1adeec5619d78851c_angel_sanchez_bridal_fall_2016_13_9c692ed126d0a2d172fa9e5f99_bbc4130b7d335b379865ce790ee87ab8 b5bed73bf0833210ee16ecc4c025b97f_angel_sanchez_bridal_fall_2016_11_6e68a0058ff107a2fe9d0986dc_bbc4130b7d335b379865ce790ee87ab8 cf351b02ae435d01a378c82031ceef4b_angel_sanchez_bridal_fall_2016_04_439be78da0c94aa4a978413e59_bbc4130b7d335b379865ce790ee87ab8 d681160d286438ded28c6c2ba02c7fc4_angel_sanchez_bridal_fall_2016_01_d6499e038f8383ad269f114a99_bbc4130b7d335b379865ce790ee87ab8 eec8ad26ccd36b8bae1803a162f2cf49_angel_sanchez_bridal_fall_2016_03_c2bcfcf42f191a25c58db5c38a_bbc4130b7d335b379865ce790ee87ab8 fece1dff0218186dc91d0398502ef90d_angel_sanchez_bridal_fall_2016_07_df9acf2f0ca7c32ceac4e89159_bbc4130b7d335b379865ce790ee87ab8

Şərhlər

Menyu