Şirniyyat aşpazı Rena Alkan və mətbəx bloqeri Jalə Salmanova “Qurmanların yarışı”-nın Yeni il buraxılışında

5

 

Zuleykha jurnalının ən əyləncəli rubrikası sayılan “Qurmanların yarışı” Yeni il buraxılışına iki xanımı mətbəx “savaşına” dəvət etdi. İllərdir Azərbaycanda qənnadı mütəxəssisi olaraq ad qazanmış, İsveçrədə “Şokolad Akademiyasının” üzvü, “Boulevard Otel”-in baş şirniyyat aşpazı Rena Alkan və fəaliyyətinə yeni başlasa da, iddialı mətbəx bloqeri Jalə Salmanova otelin “The Green House Kitchen” mətbəxində qarşıdan gələn bayram üçün xüsusən körpələrə həsr olunmuş Yeni il abu-havalı dekorativ şirniyyatlar hazırladı. İki bacarıqlı xanımın mətbəxdə hazırladığı bu dekorativ şirniyyatı bəyəndinizsə, resepti ilə müsahibənin ən sonunda tanış ola bilərsiniz.

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. Otelin memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir. Oteldə 3 əsas interyer konsepti- Qara şəhər, Ağ şəhərYaşıl şəhərlə əlaqələndirilərək keçid ideyası hər bir detalda əks olunmuşdur.

“The Green House Kitchen” isə otelin əsas restoranı olaraq qonaqlara beynəlxalq səhər yeməyi bufeti, nahar və şam yeməyi üçün isə Aralıq dənizi mətbəxi nümunələrini təklif edir. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir. İnteryerində xüsusi bitkilər və tərəvəzlərin əkildiyi canlı guşə və Aralıq dənizi mətbəxinin nümunələrinin təklif edildiyi salat guşəsi, kömürlü qril və odunla işləyən təndir restorana xüsusi gözəllik verir. Açıq havadakı və müxtəlif bitkilərlə bəzədilmiş geniş terras Xəzər Dənizinə açılan mənzərə ilə şəhər daxilində rezort hissi yaradır. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə “Baku White City” ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.
 

8
 

– Rəna xanım bildiyimiz qədər siz artıq illərdir şirniyyat aşpazı olaraq fəaliyyət göstərirsiniz. Bir qədər öz fəaliyyətiniz barədə bizə məlumat verə bilərdinizmi?

Rəna A: İş həyatına 80- ci illərdən bəri başlamışam və 20 ildən artıq Hyatt Regency otelində çalışmışam. Bu ilin əvvəlindən Saffron Restaurant GroupAbşeron Hotel Group-da işləməyə başladım. Hər zaman yeniliklər, innovasiyalar axtarışında olmuşam. Yeni çalışdığım Boulevard Hotel Baku mənə bu imkanları təqdim edir. Yeri gəlmişkən qeyd edim ki, bu otel Qafqazın ən böyük otelidir. Məqsədimiz qonaqlara özəl və peşəkar xidmət göstərməkdir.
 
– Sizin şirniyyatlarınızın özəlliyi nədədir? Tez-tez müraciət etdiyiniz hazırlanma texnikası və ya inqredient varmı?

Rəna A: Təbii ki, var. Mənim üçün ən önəmli məqam keyfiyyətdir. Hər zaman keyfiyyətli məhsullarla işləməyə çalışırıq. Məsələn, şokoladları biz hər zaman Belçikadan gətizdiririk. Bizdəki desertlərin  80%  fransız üsulu ilə hazırlanır.
 

-Boulevard otelin qonaqları üçün nələr təqdim edirsiniz? Qonaqların ən çox sevdiyi favorit şirniyyatlar hansıdır?


Rəna A: Qonaqlarımıza təqdim etdiyimiz şirniyyatlardan çizkeyk, tiramisu və şokoladlı fondant ən sevilənlər arasında ilk yerləri tutur.
 

– Bəs sizin özünüzün hazırladığı eksklüziv şirniyyat varmı?

Rəna A: Bəli, bu, “Chocolate Suprise Cake” adlanır. Tərif etsək, bu şokolad toplarının içərisində qarağatların olduğu, üzərinə şokolad gəzdirərək əriyən bir şirniyyatdır.
 

r33E
 

– Bildiyimiz qədər sizin masterklasslarınız keçirilir. Siz çalışdığınız sahənin sirlərini başqaları ilə paylaşmağa nə dərəcə açıqsınız?

Rəna A:  Yüzdə yüz! (gülür). Özünə güvənən bir peşəkar heç vaxt sirlərini bölüşməkdən çəkinməz deyə düşünürəm.
 

– Peşəkar aşpaz evinin mətbəxində özünü necə hiss edir? İşdə bişirib evdə yorulursunuzmu?

Rəna A: Təbii ki, əgər yorğun iş günündən evə qayıdıramsa, evdə də yemək hazırlamağım mümkün deyil. Əgər asudə vaxtım olursa, evdə yemək hazırlamaqdan da böyük zövq alıram.
 

– Deyirlər ki, ən yaxşı aşpazlar kişilərdir. Dünya praktikasına nəzər yetirdikə uğurlu kişi aşpazlar çoxluq təşkil edir. Bəs siz bu haqda nə düşünürsünüz?

Rəna A: Bu fikir daha çox yemək aşpazları üçün söylənmiş ola bilər. Bununla hardasa razılaşa bilərəm. Lakin söhbət şirniyyatdan gedirsə, burada mütləq qadın əli olmalıdır. Doğrusu, yemək işi çox çətindir. Amma fikrimcə qənnadçının qadın olması doğrudur.
 

16
 

– Eyni resepti müxtəlif insanlar hazırlaya bilər. Lakin görünüş və dad fərqli alınır. Sizcə “əlinin duzu” anlayışı bir əfsanədir, yoxsa bu doğrudan belədir?

Rəna A: Bu doğrudan da belədir. Təcrübədən asılı olan bir faktor da ola bilər, lakin “əlinin duzu” anlayışı mövcuddur.
 

– Bu gün şirniyyat kulinariyasında hansı trendlər müşahidə olunur?

Rəna A: Günümüzdə makaronlar və marsipanlı tortlar çox trenddir. Mən Fransada şokolad sərgisində olarkən şokolada qarşı böyük rəğbətin olduğunu müşahidə etdim. Və düşünürəm ki, ən çox tələbat məhz şokoladadır. Günümüzdə şokoladların artıq bir çox növləri də var.
 

– Ümumiyyətlə, kulinariya sizin fikrinizcə konservativ qalmalıdır, yoxsa aşpazlar ona müdaxilələr edib yeniliklər gətirə bilərmi?

Rəna A: Konservativlik bizim sənətə yaraşmır. Əgər belə olsaydı, bu çox sıxıcı olardı. Kimin ağlına gələrdi ki, ciyər kimi qida məhsulundan konfet hazırlamaq olar? Mən İsveçrədə “Şokolad Akademiyasının” üzvüyəm. Tətbiq etdiyim üsullar və innovasiyalar həmən laboratoriyanın keçirdiyi təcrübələrə əsaslanır.
 

3E
 

– Eksperimentlərə nə dərəcə açıqsınız? Ən son nəyi təcrübədən keçirmisiniz?

Rəna A: Məsələn, bu dekorativ və eləcə də, yeməli güllər mənim öz təcrübəmin məhsuludur. Bu ideyanı düşünərkən hazırda Azərbaycanda inkişaf edən floristikadan ilham almışam. Bu güllər və onların dibçəkləri həm şokolad, həm də marsipandan hazırlanmışdır. Onların həm də çox ətirli şirin qoxusu alıcıları məsd edir.  Bu gözəlliyin hazırlanması isə 3 günə başa gəlir. 

– Bu yaşa qədər seçdiyiniz peşədən peşiman olduğunuz olub mu?

Rəna A: Xeyr, bir an belə peşiman olduğumu xatırlamıram. Mən çox xoşbəxtəm ki, insanların xoş günlərində- toy, nişan, xına, ad günləri və s. kimi özəl günlərinə şirin dad qataraq iştirak edirəm. Sənətimi çox sevirəm.
 

17e
 

– Ailənizdə sizdən başqa bu sahədə işləyən başqa biri varmı?

Rəna A: Anam peşəkar aşpazdır. İxtisasca mühasib olsa da o, uzun illər aşpaz olaraq işləyib. Əsasən milli mətbəx yeməklərini hazırlayır.
 

– Sizin 3 əsas mətbəx qaydanız.

Rəna A: İlk növbədə təmizlik,  ikincisi nizam-intizam qaydaları, üçüncüsü isə peşəkar standartlar. Standart hər bir otelin, müəssisənin özünün təyin edərək bizə təqdim etdiyi tələbdir. 
 

111
 

– Sosial şəbəkələrdə bir çoxları tərəfindən maraqla izlənirsiniz. Bu yaxınlarda da mətbəx bloqeri olaraq fəaliyyətə başladınız. Bu ideya sizdə necə yarandı? Bloqun əsas məqsədi nədir?

Jalə S.: Bəli doğrudur, Facebook sosial şəbəkəsində 2000- dən artıq izləyicim var. Artıq 2 aydır burada “Delicious Life” adlı qrupumuz fəaliyyət göstərir. Lakin mənim şəxsi bloqumun üzərində işlər hələ də davam edir. Yanvar ayının əvvəllərində bloqumun ilk paylaşımlarını edərək izləyicilərimi sevindirməyi planlayıram. 
 

– Bloqunuzda daha çox yerli, yoxsa xarici mətbəxə üstünlük verirsiniz? Burada şirniyyat, xörəklər, yoxsa içkilər haqda bloqlar yer alacaq?

Jalə S.: Çalışırıq  ki, bloqda materiallar hərtərəfli olsun və hər kəs istədiyi yeməyi, şirniyyatı və fərqli içkini bizim bloqda tapsın. Buna görə də dünyanın müxtəlif mətbəxtlərinə, faydalı resept və yeməklərə müraciət etməyi düşünürük.
 

-Hazırda bütün dünyada orqanik yeməklərin təbliğatı aparılır. Bəs sizin bloqunuzda orqanik məhsullara nə dərəcədə yer verilir?

Jalə S.: Qeyd etdiyim kimi, bu bloqumuz hərtərəfli olacaq. Həm vegetarian, həm də oqranik yeməklərlə bəslənən insanları nəzərə almağı düşünürük. Təbii ki, yalnız orqanik məhsullarla bəslənən insanlar var ki, bizim onlar üçün maraqlı paylaşımlarımız olacaq. Qrupumuzda isə vegetarianlar üçün ayrıca reseptlər elə indi də mövcuddur. Hər şeydən öncə bu tip mətbəxi sevməyimin səbəbi isə ana olmağımdır. Çalışıram ki, süni məhsulları mətbəximdən uzaq tutum. Övladımı təbii və sağlam məhsullarla böyütmək üçün, yeməklərimdə  ət, süd məhsulları və tərəvəzlərə verirəm.
 

13
 

-Tənqid və ya qınaqlar sizi məşğuliyyətinizdən yayındırmır ki?

Jalə S.: Xeyr. Mən ümumiyyətlə kritikanı sevirəm. Söhbət əsaslı iradlardan gedirsə və bu müzakirədən öyrəndiklərim olursa, əksinə, bu məni sevindirər.  Lakin adekvat olmayan istifadəçilərlə də qarşılaşıram. Yaxşı olanları görməyib, yalnız səhv axtaran insanları sevmirəm.
 

-Bu sahədə sizin ən böyük ilham məmbəyiniz kimdir?

Jalə S.: Uşaqlığım evdə anam və nənəmin evdə məharətlə bişirdiyi müxtəlif yeməkləri izləyərək keçib. Lakin etiraf etməliyəm ki, mən anamın yanında heç vaxt yemək bişirməmişəm. Qurmanam. Bir yemək haqqında saatlarla düşünə bilərəm. Deyə bilərəm ki, özüm özümün ilham pərisiyəm. Ailəm üçün yemək hazırlayarkən isə buna çox böyük həvəslə yanaşıb sevgi ingredientimi qatıram. 
 

– Bəs ananızın sizin bu marağınıza münasibəti necədir?

Jalə S.: Anam bəzən deyir ki, “qızım sən məni də üstələmisən”. Anamdan eşitdiyim müsbət rəy mənim üçün ən böyük mükafatdır.
 

– Reseptləri olduğu kimi etməyi xoşlayırsınız, ya özünüzdən əlavələr edirsiniz?

Jalə S.: Yeməyin daha da dadlı olması üçün əlavə ədviyyatlar qatmağı, souslar hazırlamağı çox sevirəm. Lakin hər yeməyə individiual yanaşıram. Elə reseptlər var ki, onları olduğu kimi hazırlamaq lazımdır.
 

– Təamlarınızı qonaqlarınıza təqdim edərkən onların fikri sizin üçün nə dərəcə vacibdir? Yoxsa siz şərhləri dinləməyi sevmirsiniz?

Jalə S.: Əlbətdə ki, insanların fikri mənim üçün önəmlidir. Rəfiqələrim bizdə qonaq olduqdan sonra sosial şəbəkələrdə “Təsəvvür edin, mən bu təamı Jaləgildə daddım” kimi fikirlər yazaraq mənim yeməklərimi paylaşırlar. Bu mənim üçün sözün əsl mənasında  fəxrdir.
 

10
 

– Elə insanlar var ki, bişirdikləri yeməklər haqqında hər zaman şərh gözləyirlər və “yaxşı idimi?” “duzu yerində idimi?” deyə suallar verirlər. Bəs siz mətbəxinizi dadanlara tez-tez bu sualları verirsinizmi?

Jalə S.: Yeməyi qonaqlar üçün hazırlayıramsa, demək ki, onların fikri mənim üçün önəmlidir. Yalnız onlar yeyən zaman mən üz ifadələrindən və davranışlarından artıq bu yemək haqda təəssüratlarını hiss edə bilirəm. Bu yalnız qonaq deyil, mənim həyat yoldaşım da ola bilər. Onun yeməyi çox tez bitirmək vərdişi var. Əgər yoldaşımın qabındakı yeməklər bitibsə, artıq anlayıram ki, onu bəyənib. Eləcə də, qonaqlarım.  
 

– Jalənin “şah” yeməyi hansıdır? Sizi hansı yeməyinizin dadına görə tanıyırlar?

Jalə S.: Mənim ördəkdən hazırladığım bütün yeməklərimi çox sevirlər. Kiş piroqumu yeyən hər kəs tərifləyir. Nar jeleli toyuq paştetim və şaftalılı tortuma isə hər zaman “Əla!” şərhini alıram.
 

– Qida məhsulları arasında ən çox sevdiyiniz hansıdır?

Jalə S.: Məni tanıyan hər həs bilir ki, əcnəbi dildə “sparja” kimi tanınan qulançarı çox xoşlayıram. Əgər qulançar mövsümüdürsə, mənim bütün yeməklərimdə onu dada bilərsiniz.
 

12
 

– Qış mövsümündə xanımlara mətbəxlərində daha çox hansı məhsullardan istifadə etmələrini məsləhət görərdiniz?

Jalə S.: Bir daha qeyd edim ki, mən təbii məhsullardan istifadənin tərəfdarıyam. Parnikdə yetişdirilmiş bitkilərdən nadir hallarda istifadə etməyə çalışıram. Bu səbəbdən ilk öncə qadınlarımıza təbii və faydalı qidalardan yemək hazırlamağı tövsiyə edərdim. Mövsümün əsas məhsulu isə vitaminlərlə zəngin balqabaq sayıla bilər. Yeri gəlmişkən, etiraf edim ki, mən balqabağı öz mətbəximdə bu ildən sevmişəm.
 

– Üzərində adınız yazılmış önlüyünüz çox məzəlidir. Bunun bir tarixçəsi varmı?

Jalə S.: Mənim kimi yemək və maraqlı tortlar hazırlamağı sevən, Rəna Həşimli adlı bir rəfiqəm Praqada səfərdə olarkən bu məzəli önlüyü mənə hədiyyə olaraq gətirmişdi. O zamandan bütün masterklasslara yalnız bu önlüklə gedirəm.
 

– Sizin elə bir mətbəx qaydalarınız varmı ki, o sizin üçün qaçınılmazdır?

Jalə S.: Təmizlik. Bu mütləqdir. Digəri isə fantaziyalar. Mətbəx incəsənətin yarandığı bir yerdir. Orada sərhədlər qurmağa ehtiyac yoxdur. Çünki incəsənət azadlığı seçir.
Yeni il şirniyyatının resepti  

İnqredientlər: 170  qr yağ , 75 qr şəkər tozu, 500 qr un, 2 ədəd yumurta, 20 qr zəncəfil ənliyi, 20 qr darçın, 5 qr soda, 2 qr duz, 180 qr bal.        

Hazırlanma üsulu: Yağı çalıb şəkər tozunu və yumurtaları əlavə edirik. Alınmış məhlulu un və ədviyyatlarla qarışdırırıq. Sonda isə balı əlavə edirik. Alınmış məhsulu 180C-də sobada bişiririk. Şirniyyatın dekorativ bəzədilməsi isə yuxarıdakı fotolarda təsvir edilmişdir.  
 
 
 

Boulevard Hotel Baku 
Ağ şəhər, AZ 1025
TEL: +994 12 310 00 10
http://boulevardhotelbaku.com/
 
 
Hazırladı: Aydan Mirzəyeva/ Nigar Hacizadə
Foto: Azad Cahangirzadə  
 
 

14

11

10

9

6

7

 

 

 

 

Şərhlər

Menyu