“Four Seasons Qadın Klubu: Toy Hazırlıqları” layihəsini təqdim etdi.

DSC_8294
 

Xəyalların toy məclisini təşkil etmək üçün ən mükəmməl məkan Four Seasons Hotel Baku, bu gözəl və unudulmaz gündə cütlüklərin bütün istək və arzularını yerinə yetirməyə hazırdır.

Gələcək gəlinləri toy və nişan tədbirləri üçün füsunkar imkanlarla yaxından tanış etmək məqsədilə Four Seasons Hotel Baku Rosa Clara BakuBeauttech gözəllik salonları şəbəkəsi ilə əməkdaşlıqda “Four Seasons Qadın Klubu: Toy Hazırlıqları” təqdim etdi. Həmçinin, tədbirdə zərgərlik əşyaları mağazası Chimento JewelrySS Production dəstəklərini nümayiş etdirdilər.

Çiçək kompozisiyaları otelin floristi tərəfindən hazırlamışdı. Qeyd edək ki, Four Seasons Hotel Baku beynəlxalq Prix Villegiature Awards 2014 –də “Avropa otelləri arasında Ən yaxşı çiçək dizaynı” nominasıyasında qalib gəlmişdir.

Tədbir Rosa Clara-dan möhtəşəm ziyafət və gəlinlik paltarlarının nümayişi ilə yadda qaldı. Beauttech salonlar şəbəkəsi isə gəlinlik makiyajı və saç düzümündə ən son trendləri nümayiş etdirdilər. Həmçinin tədbir zamanı hər bir gəlin öz üzərində üz quruluşuna və fikrində tutduğu gəlinlik paltarının tərzinə uyğun makiyaj və saç düzümünü sınamaq imkanı əldə etdi.

Segah Zalı SS Production tərəfindən xına və toy tədbirləri üçün müxtəlif və möhtəşəm dekorasiyalar ilə bəzədilmişdir. Four Seasons Hotel Baku-nun aşbazları bu sehrli və kübar axşam üçün xüsusi dadlı menyu hazırlamışdır.
Gələcək gəlinlər Segah zalında Rosa Clara tərəfindən ziyafət və gəlinlik paltarlarının nümayişi daxil olmaqla “Toy Hazırlıqları” –na hər ay dəvət olunacaq.

Tədbir zamanı paylaşılan bütün foto və məlumatları #TheWeddingClubBaku həştaqı vasitəsilə izləmək olar.
Ətraflı məlumat üçün: +99412 404 24 24

 
 

DSC_8273

DSC_8266

DSC_8357

DSC_8312

DSC_6772

DSC_6843

DSC_8278

 

 

 

Şərhlər

Menyu