Işgüzar əllər: Ofis manikürü

@nailsinc2-600x600
 

Bugünün işgüzar qadını işlədiyi kollektivdə nəinki bilik və bacarıqlarını, həmçinin də xarici görkəminin peşəkar və  baxımlı olmasını təmin etməlidir. Lakin baxımlı xanımlar bu anlayışın yalnız qarderobla bağlı olmadığını anlayır. Onlar üçün qiqiyena, səliqəli saç və baxımlı dırnaqların dress-koda müvafiq olması şərtdir.

Dırnaqlar demişkən, işgüzar xanımların əlləri həmişə ön planda olması şübhəsizdir.  Daim jestlərlə danışmaq, təqdimat və iş görüşmələrində əl hərəkətləri manikürünüzün diqqət önündə olduğu vaxtlardır. Koko Şanelin “Əllər – qadının vizit kartıdır” ifadəsi isə bu nüansın vacibliyini bir daha xatırlatmış olur.

Baxımlı əllər yalnız peşəkar tərəfindən olunmuş manikür demək deyil. Əllərin hamar və qüsursuz olması da vacibdir. Baxımlı xanımlar bu məqaləni oxuyarkən çantalarında qış aylarında daim gəzdirdikləri nəmləndirici kremləri xatırlayar. Məsələ burasındadır ki, heç bir peşəkar manikürün quru və çatlamış dəridə səliqəli görünməsi mümkün deyil. Düzgün qulluq edilmiş dəri və dırnaqlar manikür gigiyenasının əsası hesab edilir.

Hədsiz uzun dırnaqlar artıq dəbdə deyil, hələ dırnaqların hər birinin fərqli ölçüdə olmasını demirik.. Çox uzun dırnaqlar artıq çoxdan dəbdə deyil. Həm də orta və kiçik ölçülü dırnaqlar komputer arxasında çalışan xanımlar üçün komfortlu sayıla bilər.

Təbii ki,rəng və üsluba qaldıqda, ofis üçün nəzərdə tutulmuş manikür nisbətən ciddiliyi ilə seçilir. Lakin bugünün dəb aləminin sayəsində ofis dress-kodunda da sərbəstliyə yer verildiyi üçün cuzi eksperimentlər adi hala çevrilmişdir.

Son manikür trendlərinə diqqət yetirsək, klassik hesab edilən “frenç” və ya pastel rəngli manikürlərdən başqa həndəsi printlərə də rast gəlmək olur. Peşəkar manikür mütəxəssisləri gündəlik manikürü yüngül naxışlar və ya xallı printlərlə bəzəməyi təklif edirlər.

Qışda tünd rənglər daha çox aktualdır. Pastel, şəffaf rəngləri digər tünd rənglərlə kombin edib maraqlı kompozisiya də ala bilərsiniz. Belə maraqlı “nail art” stressli iş saatlarında yüksək əhval- ruhiyyə təmin edərək ofis obrazınıza xüsusi şarm qatacaq, iş görüşmələrinə daha inamlı yola düşmənizə səbəb olacaq.

 

Hazırladı: Minayə Vəliyeva
n4
n7
n6
n8
n9

@bakenekonails2-600x600

@formulaxnail2-600x600
@formulaxnail3-600x600
@jinsoon1-600x600
@mpnails1-600x600

@mpnails2-600x600
1

@paintboxnails6-600x600
@paintboxnails2-600x600

 

Şərhlər

Menyu