RAFFLES İstanbul otelində keçirilən Yeni il tətili

r9
 

İstanbul hər fəsildə gözəldir..Mənzərəsi ilə şəhəri yaraşığa gətirən Boğaz, Şərq və Qərbin qarışdığını əks etdirən qədim mədəniyyət, zəngin türk tarixinə xas abu-hava bura gələn qonaqları yalnız unudulmaz anlarla yola salır. Həmvətənlərimizin ən çox bəyənib istirahət üçün ziyarət etdikləri yerdir İstanbul. Bəs İstanbulda qış aylarında, hələ Yeni il tətilini necə keçirməli?   Havaların soyuq olmasına baxmayaraq qış fəslində də bu qədim şəhərdə özəl əyləncəli anlar yaşayacaqsınız. İstanbul gəzintisi sizi mehriban abu-havası ilə bərabər, küçə boyunca tez-tez rastladığınız közdə bişirilmiş şabalıd, qaynar səhləb içkisi ilə isidəcək.

Restoranlarında daddığınız təamlar isə bütün dünyada məşhurdur. Şübhə yox ki, qəlblərinizi fəth edəcək türk yeməklərinin dadı hələ uzun müddət damağınızda qalacaq. Bu ərəfədə mağazalardakı bayram endirimləri, xüsusən xanımların istirahətinə daha bir əyləncə qatmış olacaq.

Bunların hamısını bir arada İstanbulda yenicə fəaliyyətə başlayan dünyaca məşhur 5 ulduzlu RAFFLES oteli təklif edir. Otelin strateji yerləşimi əlverişli olduğu üçün siz həm şəhərin ən prestijli Zorlu ərazisində qala bilərsiniz. Zorlu Mərkəzində həm alış veriş mərkəzləri, eləcə də, saysız əcnəbi və yerli mətbəxi olan restoran və kafelər vardır ki, tıxaclı şəhərdə yollarda uzun zaman sərf etmədən istədiyiniz əyləncəyə bir addım məsafədə olacaqsınız. Burada yerləşən fərqli konsert salonlarında daim müxtəlif festival və incəsənət tədbirləri isə zamanınızın rəngarəng keçməsinə səbəb olacaq.

Bu möhtəşəm otelin digər əlverişli təklifi isə ailəli cütlüklər üçündür. Yeni il ərəfəsində İstanbula səyahət etməyi planlaşdıranlar RAFFLES otelini seçməklə uşaq otaqlarına 50% endirim əldə edəcəklər. Həmçinin, istirahət üçün İstanbulu seçdiyiniz halda Bosfor körfəzi və Qara dəniz sahillərində gəzə bilər, mahir türk balıqçılarını izləyə bilərsiniz. Otelə axşam yorğun döndüyünüzdə spa mərkəzi sizin qayğınıza qalacaq. İstirahətinizi pozmamaq üçün övladları ilə tətilə gəlmiş ailələr balacaları burada yerləşən xüsusi uşaq klubuna əmanət edə bilərlər.

Oteldə yerləşən AROLA restoranı isə bir ayrı mövzudur.  Burada yoldaşınızla keçiridyiniz şam yeməyi il boyu gərgin keçən günləri 2 Mişlen qazanmış müasir təqdimatda olan ispan mətbəxinin sayəsində unudulacaq. Rahatlığınız üçün otel hər zamankı kimi hər qayğınızı nəzərə alaraq, bu müddət ərzində körpələrinizi həvalə edə biləcəyiniz xüsusi dayə təklif edir.
 

r4
 

Uşaqlardan söz düşmüşkən, onu da qeyd edək ki, RAFFLES şəhərin ən hündür təpələrindən birində Zorlu Mərkəzində yerləşir ki, bu da otelin eyvanlarından İstanbula, xüsusən də Boğaza möhtəşəm görüntünün açılmasını təmin edir. Otelin ətrafında uşaqlar üçün əyləncə və mədəniyyət mərkəzləri, mağazalar, həmçinin, təchiz edilmiş parklar da yerləşir. Qeyd edək ki, mədəniyyət mərkəzlərində mütəmadi olaraq uşaqlar üçün şou-proqramlar təşkil olunur. Yeri gəlmişkən mərkəzlərin birində yanvar ayının 22-sində övladlarınız “Şrek” müziklını izləyə bilərlər.

Otelin ətrafında yerləşən məkanlardan biri də Miniatürk parkıdır. Bu parkı açıq səma altında muzey də adlandırmaq olar. Dünyanın ən böyük parkı olan bu məkanda böyük şahmat, macəra sevənlər üçün labirint, köhnə Osmanlı evlərinin maketləri də var.

Istanbul tətilinin əyləncələrini saymaqla bitməz. RAFFLES otelində qalan qonaqlar tətili başa vurduqda buradan xoş təəssüratlarla ayrılacağına şübhə yoxdur. İstanbulda qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, artıq bu şəhərə səyahət edən qonaqların tərəddüdünün məhz elə bu oteli seçməsi təəccüblü deyil.

 

Hazırladı: Rəfiqə Əziz
 
 
r1

r2

r3

r5

r6

r7

r10

r11

Şərhlər

Menyu