Bəyaz libas: Mövsümün ən dəbli gəlinlikləri

1
 

Toy dedikdə hər bir xanımın xəyalına ilk gələn əlbəttə ki, gəlinlikdir. Gəlinlik toyun ən çox diqqət çəkib danışılan atributlarından biri hesab edilir. Məhz buna görə də gəlinlik seçimində gənc xanımlar xəyalların bəyaz libasını tapana qədər həyəcanlı anlar yaşayırlar.

Müxtəlif dövrlərdə fərqli model və rənglərdə olan gəlinlik libasının tarixi  qədim Misirə çıxır. Qədim Misirdə gəlinlər üzərlərinə qat- qatlı ağ rəngdə kətan parçadan tikilən paltarlar geyinirdilər. Orta əsrlərdə isə gəlinliyin rəngindən çox parçasının keyfiyyətli və dəbdəbəli olmasına diqqət göstərilirdi.

Günümüzdəki, gəlin paltarı modellərinin əsası isə 1854-cü ildə evlənən İngiltərənin 64 il taxtda oturan kraliça Viktoriyanın ağ sətin parçadan tikilən, ətəyinin uzunluğu 5,5 metr olan dəbdəbəli gəlinliyi oldu. Ağ gəlinlik paltarları 1800-cü illərin ortalarından etibarən İngiltərə saraylarından Osmanlı saraylarına qədər bütün dünyada sevilərək yayılmağa başladı.

Hər il dəyişən dəb tendensiyalarına baxmayaraq məsumluğun və saflığın simvolu olan gəlinlik paltarlarının tikilməsində bu gün tafta, tül, şifon, sətin və ipək parçaları ən çox istifadə olunan materiallardır.

Bakılı xanımların zövgünü qane etmək üçün hal-hazırda şəhərimizdə onlarla gəlinlik evləri fəaliyyət göstərməyə başlayıb. Belə bir vacib gündə gəlinə yaraşan libası seçmək  həyatında düzgün qərar verib doğru insanla ailə qurmaq qədər önəmlidir. İlk baxışdan bütün gəlinliklər bir-birinə oxşasalar da, seçilən gəlinlik zövqü oxşamaqla yanaşı orijinallığı ilə də yadda qalmalıdır.

Bu layihəyə dəvət almış modellərin əynindəki bəyaz libaslar CASABLANCA BRİDAL gəlinlik evinə məxsusdur. ABŞ- da 15 ildən artıq fəaliyyət göstərən 1997-ci ildə əsası qoyulan dünya şöhrətli bu gəlinlik brendi açıldığı ilk gündən bütün dünyada məşhurlaşaraq yüksək keyfiyyətli parçaları bir araya gətirərək orijinal dizaynla möhtəşəm gəlin libasları üçün fərqli modəllər hazırlamışdır. Tələbkar və iddialı xanımların belə qəlbini fəth edəcək butikdə gəlinlik modelləri mürəkkəb silüetləri, fərqli dizayn təsviri ilə yaradacağı gəlinlik obrazına təntənəli və incə toxunuş qatır. Xalis ipək və atlaz parçadan, zərif fransız gipüründən tikilmiş, Swarovski qaşları ilə bəzədilmiş gəlinliklər sizin zərif obrazınıza şıqlıq qataraq bütün diqqəti üzərinizdə cəmləşdirir.
 

18
 

Gəlinlik modellərini seçərkən müxtəlif zövqlü xanımları nəzərə alaraq bir-birindən fərqli obrazlar yaratmağa çalışdıq. Təqdim etdiyimiz müasir tələblərə cavab verən klassik və modern gəlinlikləri zərgərlik əşyalar olmadan təsəvvür etmək mümkün deyil. Gəlinlik obrazlarını tamamlamaq üçün Bakıda tanınmış məşhur multi brend zərgərlik butiklərinin məhsulları yerinə düşdü. Bakıda xüsusilə tanınan ROYAL COLLECTİON butikinin füsünkar zərgərlik əşyaları göz qamaşdırır. Buradan əldə olunan zərgərlik əşyaları sizin istənilən obrazı tamamlamaqla yanaşı bütün diqqəti üzərinizə çəkəcək. Burada təqdim olunan dünyaca məşhur zərgərlik brendlərinin eksklüziv modelləri istənilən məclis və tədbirlərdə sizin başqalarından fərqli şarma sahib olmanıza səbəb olacaq.  Butikdə bir çox tanınmış zərgərlik evlərinin məhdud sayda hazırlanmış modelləri geniş yer alır.

ELLUXUS BAKU digər məşhur multibrend zərgərlik butiki olaraq misilsiz zərgərlik əşyaları ilə diqqətləri öz üzərinə çəkir. Yüksək zövqlə hazırlanan zinət əşyaları gəlinliklərə yeni baxış toxundurur. Müasir qadınların nə istədiyini bilən  ELLUXUS BAKU  brendi ziyafət və gündəlik seçimlər üçün də olduqca uğurlu seçimdir. Burada xüsusi seçilmiş hər bir dəst zərgərlikdə ən son dəb tendensiyalarına uyğun dizayn həlli, zərif üslubu ilə hətta ən qərarsız xanımları belə seçim etməyə stimullaşdırır. Gəlinlik modellərinin bəzədilməsində bizim bu dəfəki seçimimiz isə həndəsi və nəbati ornamentləri olan zərgərlik dəstləri oldu. Bu incə əşyalar qar kimi bəyaz libasa parıltı qatmaqla gəlinə zərif görünüş bəxş edir, onun obrazını daha ifadəli edir. Digər seçimi illərdir dəbdən düşməyən saflığı və isməti simvolizə edən massiv görkəmə sahib mirvari dəstinə verdik. Bu da gəlinimizə daha saf və romantik abu-hava vermiş oldu.

Mükəmməl gəlinlik obrazının yaradılmasında saç və makiyajın rolu əvəzsizdir. Gözəlliyi vurğulamaq, obraza ifadəlilik qatmaq üçün peşəkar ustalara ehtiyac duyulur. Layihədə artıq illərdir “gözəllik səfirliyi” adını qazanmış və bu yaxınlarda Azırbaycandakı fəaliyyətlərinin 5 ilini qeyd edən AMBASSADE DE LA BEAUTE gözəllik və sağlamlıq mərkəzinin xarici və yerli dəb nümayişlərində təcrübə toplamış ustaları gənc xanımların cizgilərini və libasları nəzərə alaraq hər biri üçün individual makiyaj və saç düzümü düşündü. Yaradılan hər bir obrazda isə zəriflik və qadınsı məsumiyyət ön plana çıxarıldı. Ənənəvi gözəllik sirlərini müasir texnologiya ilə calaşdıraraq bu sahədə liderliyi qoruyan mərkəz öz işində hər zamankı kimi seçilə bilir.
 

6
 

Bugünün gəlinlərinin digər qayğılarından biri də libasa və hətta bəylik kostyuma müvafiq seçilmiş çiçək buketidir. Seçilən buket dəsti gəlinlik və saç-makiyajı qədər əhəmiyyətlidir. Düzgün buketin seçilməsində bir neçə önəmli məqamlar nəzərə alınmalıdır. Seçəcəyiniz çiçək dəsti formasına və rəng qammasına görə sizin gəlinliyinizi tamamlamalı, bəzək aksessuarlarınızla birgə harmonik vəhdət təşkil etməlidir. Bakıda yeni açılmış IVY LANE BAKU butikinə müraciət etdik. Butikdə hər növ gəlinlik modelinə uyğun buket dəstləri hazırlanır. Peşəkar floristlər tərəfindən müxtəlif forma və dizayn tərtibatı ilə seçilən, qış və yay mövsümünə görə parlaq və ya pastel tonlarında əsrarəngiz buket dəstləri hazırlanır. Təbbi çiçəklərdən hazırlanan, müxtəlif formada bəzədilən bu güllər sizə yüksək əhval-ruhiyyə verməklə gəlinliyinizi tamamlayacaq. Layihədə öz kreativ yaradıcılıq tərzi ilə bu butikin floristi Rufan Abbasovun gəlin buketləri nümayiş edilir.

Söz özəl günlərin ən yaddaqalan şəkildə təşkilindən gedirsə, qonaqlarını daim yüksək xidmətlə razı salan HİLTON oteli yada düşür. Bu lüks otel müxtəlif tədbir və yığıncaqlar üçün əla seçimdir. Gəlinlik obrazlarını çəkərək toy abu-havasını yaşatmaq üçün məkan seçimi olaraq tərəddüd etmədən bakılılarımızın sevidyi Hiltona üz tutduq. Nahar üçün şəhərə görüntülü və geniş teraslı Sky Grill, döşəməsi daim fırlanaraq eyni masada oturmaqla şəhərin hər bir bucağını görməyi yaşadan 360 Bar restoranları axşam kokteylləri üçün sevilən ünvana çevrilə bilib.
 

10
 
 

AMBASSADE DE LA BEAUTE: Hüseyn Mehdiyev 1054 Tel: +994125308555
IVY LANE: Nizami 123 Tel:+99412-493-95-39
ELLUXUS JEWELLERY: 28 küç. 28C Tel: +99412493 89 85
ROYAL COLLECTİON: Bül-bül pr 30 Tel: +994124944084
CASABLANCA BRİDAL BAKU: R.Behbudov küç.138 Tel: 012 440-42-96
HİLTON: Azadlıq pr. 1 B Tel: +99412464 50 00
 
 
Hazırladı: Məmmədəliyeva Mənsurə
Foto: Rasim Akifoğlu
Məkan: Hilton Baku
 
 
1
3
17
4
6
5
25
19

8
11
9
10

12

13
14
15
20
16
22

 

 

 

 

Şərhlər

Menyu