Payızı yola saldıqca havalar günü- gündən daha soyuyar. Belə soyuq havalarda həm qalın geyinmək, həm də dəbdən geri qalmamaq mümkündürmü?
Havanın soyuq olması dəbli xanımlar üçün heç zaman problem olmayıb, əksinə bu onlar üçün yeni eksperimentlər etməyə əla fürsətdir. Dəb sevər qadınların qarderobunda baza əşyalarından biri olan qış jaketləri soyuq havalarda sizin imdadınıza çatacaq. Əyninizə tam oturan və ya “oversize”, müxtəlif rəngli, naxışlı və ya işləməli bu jaketlərlə bir-birindən zövqlü kombinlər etmək mümkündür.
Seçim zamanı əsas diqqəti əyninizdə rahat oturan, təmiz pambıq və ya yun jaketlərə verin. Hazırkı kobin qaydalarındakı uyğunsuzluq qaydalarının mövcudluğu isə sizə onları maksi və ya midi ətəklərlə də kombin etməyə imkan verir. Karandaş ətəkdə yun köynəklərlə birlikdə olduqca dəbli görünür. Daha da rahat obraz yaratmaq istəyirsinizsə, yun köynəyin altına cins şalvar da geyinə bilərsiniz. Ona daha ofis dress-kodu görkəmi vermək istəsəniz yaxası görünmək şərtilə sadəcə altından ağ köynək geyməniz kifayətdir.
Hazırladı: Məmmədəliyeva Mənsurə