Aslı Cekson: “Yuxular, xatirələr və əlaqəli assosiasiyalar birləşərək kolleksiya yaradır”

3
 

“Baku Fashion Night” çərçivəsində paytaxtımızda türkiyəli dizayner Aslı Ceksonun bənzərsizliyi və möhtəşəmliyi ilə yadda qalan “Molla Nəsrəddin” adlı yeni kolleksiyası nümayiş olunmuşdu. Fərqi zövqüylə bizləri özünə heyran edən dizaynerin yeni kolleksiyası haqqında ətraflı məlumat almaq üçün dizaynerlə bir araya gəldik. Dizayner yaratdığı yeni kolleksiya haqqında dəyərli fikirlərini söhbət zamanı bizimlə paylaşdı.
– Bakıya ilk səfərinizdir? Bakı sizdə hansı təəssüratları yaratdı?
– Bəli, Bakıya ilk gəlişimdir. Bakı mənə Londonu xatırlatdı. Insanların aurası yüksək, tarixi memarlığı isə ilham vericidir.

– Yeni kolleksiyanızın konsepsiyasını açıqlaya bilərsinizmi?
– Mən hər kolleksiyamda öz hekayəmi danışıram… Yuxular, xatirələr və əlaqəli assosiasiyalar birləşərək kolleksiya halına düşür və mənim daxili emosiyalarımı ifadə edir. Toxunuşu ilə azadlıq bəxş edən geyimlər.. Bax bu mənim kolleksiyamın əsas konsepsiyasıdır.
 

5
 

– Niyə kolleksiyanızı məhz Molla Nəsrəddin adlandırdınız?
– Molla Nəsrəddin simvolik bir obrazdır. Əsas məqsədimiz bu obrazı təkcə Türkiyə hüdudlarında deyil, bütün dünyaya tanıtmaqdır. Obraza dair hər araşdırma Türkiyəni dünyaya tanıdacaq, Molla Nəsrədin hər kəsin bildiyi imicə çevriləcəkdir. Kolleksiyamızı hazırlayarkən obrazın xarakterindən faydalanmışıq. Molla Nəsrəddinin ironik üslubu, yüksək zəkasından istifadə edərək yenilikçi mədəniyyəniyyətə xidmət edən kolleksiyaya imza atdıq.

– Uzun yola çıxdığınızda hansı çantaları özünüzlə götürürsünüz?
– Funksional və şıq çantalara üstünlük verirəm. Dinamik gündüz həyatımı gecəyə kimi böyük bel çantam müşaiyət edir. Axşam mərasimi üçün daha kompakt qeyri-adi dizaynlı çantalar seçimim olur.

– Hansı çantalardan istifadə etməyi oxucularımıza tövsüyə edirsiniz?
– Dinamik həyat tərzinə sahib olan xanımlar funksional və daşınması rahat olan bel çantaları ilə həyatlarını asanlaşdıra bilərlər. Rubrikanızın adının Çanta olduğunu və dəvətli qonaqların çanta kolleksiyasını çəkib oxuculara göstərdiyinizi bilirəm, lakin səfərə ən sevdiyim bütün çantaları təbii ki, gətirə bilmədim. Buna görə də, sizinlə son kolleksiyamdan bu əşyaları mənim tərzimə uyğun kombin edərək təqdim edəcəm. 

– Kolleksiyanızda çantaların az çeşiddə olmasına səbəb nədir?
– Kolleksiyamda çanta və ayaqqabılar olur. Bizim üçün önəmli olan kəmiyyət deyil, keyfiyyətdir. Buna görə də az sayda, ancaq istifadəsi moda sevərlərin zövqüncə olan çantalar hazırlayırıq. Nümayiş olunan kolleksiyasında kub və digər ilham aldığım geometrik ve praktik bel çantaları mövcuddur. Həmçinin kolleksiyamda multi funksional portfel olan şıq çiyin çantaları, unikal əşyalar yaratmağa çalışmışam.
 

2

 

-Bildiyimizə görə stilist kimi də fəaliyyət göstərirsiniz. Stilist ilə dizayner arasındakı fərqliliyi nədə görürsünüz?
– İmicin dəbdə olduğu dövrdür. Stil insanın estetika haqda anlayışıdır və geyimini ifadə etdiyi anlam ilə bağlılıq yaradaraq imicə çevrilir. Stilist bir insanın sosial statusunu dəyərləndirərək, onun peşəsinə, bədən quruluşuna, həyat tərzinə görə geyim üslubu yaradır.
Dizayner isə bir əşyanı, bir elementi ilk öncə düşünür, sonra təsəvvürünə uyğun olaraq reallaşdırır. Kolleksiya gün ərzində təsirləndiklərimizdən yaranır. Modanın öz dili var. Seçdiyimiz geyim bizim haqqımızda çox şey danışa bilər əslində. Geyimin bədən və ruh üzərindəki psixoloji təsiri hislərimizi belə dəyişdirmək gücünə sahibdir. Seçdiyimiz geyimlər düşüncəmizə, davranışımıza da təsir edir.

-Bir neçə gündür ki, vətənimizdə qonaqsınız. Dəb həyatımızı necə dəyərləndirirsiz?
Şəhərinizin estetikası, memarlığına görə dəb həyatınızda yeniliklərə ehtiyac duyulduğunu düşünürəm. Zamanla hər şeyin yoluna düşəcəyinə inanıram. Digər sahələrdə olduğu kimi Azərbaycan da moda və dəb sahəsində zamanla peşəkarlaşacaq.

 

 

Hazırladı: Aynur Əlibəyova
Foto: Azad Cahangirzadə
 
 


1

4

6

7

8

9

10

11

Şərhlər

Menyu