Transformer dəstlər: Mövsümün ən sərfəli Dress Kodu

Bu mövsümdə ən önəmli və sərfəli dress kodlardan olan, həm gündəlik, həm də gecə ziyafətləri üçün uyğunlaşa bilən “transformer” dress kod dəstləri mövcuddurmu? Yəqin ki, dəfələrlə şahidi olmusunuz ki, kişi geyimləri qadını daha cəsur və xüsusi xarakterli göstərir. Rahat və funksional olan “tuxedo”– lardır ki, tikiliş tərzinə görə mənşəyini kişi geyimilərindən alır. O zaman hesab etmək olar ki, busmokinqlər” dəb sevən xanımların da qarderobunda yer ala bilər.

Önəmli faktorlardan biri bədən quruluşunuza görə düzgün seçilmiş smokinqdir. İdeal seçilmiş smokinq  bədəninizə tam oturmalıdır. Sizə uyğun smokinqlə hündür yaxalıqlı köynək və qalstuk obrazınıza rəsmilik də qata bilər. Rəsmi görüşlər üçün bu əla seçimdir.

Digər əsas məsələ rəng seçimidir. Qara və boz rəngdə seçilən smokinq ofis, rəsmi görüşlər və ya müvafiq tədbirlərdə sizin geyim seçimində xilaskarınız olacaq.

Əgər siz rahat iş geyimi obrazı yaratmaq istəyirsinizsə, köynəyi zövqünüzə uyğun “T-shirt”- lə də əvəz edə bilərsiniz. Ayaqqabı seçimi olaraq isə makasin və ya oksfordlar tam yerinə düşəcək.

Ağır iş günündən sonra gözlənilmədən axşam ziyafətinə dəvətlisiniz və vaxtınız məhduddursa, bu tərz geyim sizi bu vəziyyətdən də çıxaracaq. Sadəcə bir- iki toxunuşla imicinizi dəyişə biləcəksiniz. Pencəyinizin yaxasına daş- qaşlı broş bərkitməklə görkəminizə artıq ziyafət şıqlığı vermiş olacaqsınız. Son olaraq isə alçaq dabanları dik daban ayaqqabılarla əvəz etməklə, şux rəngdə seçilmiş mat dodaq boyası sizi gecənin ən maraqlı görkəmə sahib xanımına çevirəcək. Təbii ki, obrazınıza bir az da ifadəlilik qatmaq arzu etsəniz seçdiyiniz smokinqin uyğun qolunuza iri ölçülü saat və ya bilərziklər də taxa bilərsiniz.

 

Hazırladı: Məmmədəliyeva Mənsurə

 

690x1035_0xd42ee42a_12171332581444396096
690x1035_0xd42ee42a_1230309401444396218
690x1035_0xd42ee42a_14032190081444396081
690x1035_0xd42ee42a_14839922151444396208
690x1035_0xd42ee42a_16072471941444396235
690x1035_0xd42ee42a_16162158561444396066
690x1035_0xd42ee42a_17026093441444396250  690x1035_0xd42ee42a_17647726621444396089
690x1035_0xd42ee42a_20615591101444396073
690x1035_0xd42ee42a_8447659351444396242
690x1035_0xd42ee42a_9994121281444396226

Şərhlər

Menyu