Gəlinlik rəmzi. Bəyaz fata.

878ee07a3379bea033484a55908cbf67
 

Bir gün gəlinliyini geyinmək hər bir gənc qızın xəyal etdiyi arzudur. Gəlinlik əsas libasdan ibarətdir, lakin gəlini və gəlinliyi bəzəyən əsas aksessuarlardır. Gəlin aksessuarları arasında isə məhz fata tam olaraq obrazı deyişə bilir.

Fata dünyanın istənilən bucağında gəlinliyin rəmzi hesab edilir.  Elə bizim qədim ənənələrimizə görə də toy mərasimlərində gəlinə baş örtüyü taxılmasında əsas məqsəd gəlini kəm gözlərdən, bəd nəzərlərdən qorumaq deməkdir.  Daha sonralar şəffaf fatalar təmizlik, paklıq rəmzi kimi çıxış edərək gələcək həyat yoldaşına qarşı itaətliliyi simvolizə etməyə başladı.

Gəlinliyin əsas tamamlayıcı elementi olan fatalar zamanla müasir şəkil, forma və uzunluq almaqla taxılmağa başladı. Günümüzdə gəlinlər üçün fata seçimi olduqca çoxdur. Müxtəlif materiallı parçalardan hazırlanan baş örtükləri müxtəlif ornamentlərlə bəzədilmiş, güpürlü, mirvarili və ya sadə tüldən də ola bilir.
 

v2
 

Fataların uzunluğuna qaldıqda isə qısa saçlı gəlinlər rahatlıqla qısa fata seçə bilərlər. Saç düzümünün arxasına bəzədilən qısa fata zəriflik və gözəllik qatmaqla sizi olduqca zərif və dəbli göstərəcək.

Çox uzun olan, döşəməyə kimi sürünən fata isə hər bir gəlini əsl şahzadəyə çevirir. Günümüzdə çiyinə düşən fatalara gəlinlər daha çox üstünlük verir. Belə fatalar dekolte gəlinliyin üzərinə əla seçim ola bilər.

Fataları zövqə görə sadə zərgərlik əşyaları və ya müxtəlif gül-çiçək çələngi ilə də bəzəmək olar.  Diadem və digər bəzək aksessuarları da fatalarınıza şıqlıq və təmtəralılıq qatacaq.

 

Hazırladı : Məmmədəliyeva Mənsurə

 

 

6df033db06811d5a2e7cba1d31e34fd0
v15
30f1e07cb6e1a14053ffa93e3e768f5b  2013-06-11_0014 Beaded-Vine-Applique-Bridal-Veil 
SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-4
Bridal-veil-Mantilla-veil-Gold-bridal-veil-polka-dot-veil-wedding-veil-fingertip-veil-lace-veil-beaded-veil1
v1
v3
v4
v5
v6
v7
v8
v9
v12
v13
v14

Şərhlər

Menyu