EDITORIAL: Ülkər Hüseynova son kolleksiyasını öz üzərində nümayiş etdirdi

1e
“FASHİON COUTURE” moda evinin sahibi və modelyer-dizayneri Ülkər Hüseynova yeni Payız-2015 kolleksiyasını Zuleykha Jurnalının yeni EDİTORİAL rubrikası üçün təqdim etdi. Bu layihədə həm də model olaraq iştirak edən dəbli xanım yaratdığı geyimləri mahiranə şəkildə sizlər üçün nümayiş etdirir. Dizayner yeni payız kolleksiyasını cəsarət və zövqünə güvənən, eləcə də dəbdəbəni sevən xanımlara həsr edib.
Orijinal dizayn həlli ilə seçilən bu kolleksiyada dizaynerin əsas ilham mənbəyi misilsiz gözəllikləri özündə cəmləyən təbiətdir. Əsas ilhamını payız fəslinin gözəlliyindən, misilsiz rəng qammasından ilham alan dizayner zövqlü parçaları ilə sevənlərinin könlünü oxşayır. Böyük əmək sayəsində ərsəyə gələn kolleksiyada hər bir geyim dəqiqliklə düşünülmüş və biçilmişdir. Güpur, şantilye, tafta, krep kimi parçalardan hazırlanan kolleksiyanın əsasını uzun ətəkli ziyafət geyimləri təşkil edir. Qadın proporsiyalarının zərifliyini ön plana verməklə, dizayner diqqəti incə belli kəsimlərdə cəmləyə bilmişdir. Bu zərif nüans kolleksiyaya şıqlıq gətirərək ziyafət geyimlərinə cazibədarlıq qatır.  Kolleksiyada böyük ustalıqla ərsəyə gəlmiş əl işi sayılan nəbati formalı naxışlar xanımların özəl gecələrini bəzəmək üçün hazırlanıb. Bir sözlə, kolleksiya daim diqqət mərkəzində olmağı sevən, hər zaman hər kəsdən seçilməyi arzulayan qadınların seçimidir.


6
Gözəl geyimi mütləq mükəmməl dəqiqliklə işlənmiş makiyaj və saç düzümü tamamlayar. “Gözəllik səfirliyi” adını qazanmış “AMBASSADE DE LA BEAUTE” unikal gözəllik və sağlamlıq mərkəzinin peşəkar ustaları layihənin makiyaj və saç düzümünün zövqlü tərtibatını təşkil etdi. Ənənəvi gözəllik sirlərini müasir texnologiya ilə birləşdirərək gözəllik sənayesindəki liderliyini qoruyan mərkəz öz işində peşəkar ustaları ilə hər zamankı kimi seçilə bildi. Əcnəbi kosmetik vasitələrin mərkəzi sayılan kompleks sağlamlıq üçün faydalı SPA, bədən, saç və dırnaq qulluğu, arıqlama və cavanlaşdırma prosedurları, eləcə də idman klubuna görə tanınır.

Ülkər Hüseynovanın şıq ziyafət geyimlərinə ifadəlilik qatmaq, kolleksiyaya dəbli bərbəzək əşyaları ilə tamamlamaqda isə Bakıda tanınmış “ELLUXUS BAKU” multibrend zərgərlik butiki yardımcı oldu. Brend misilsiz zərgərlik əşyaları ilə diqqətləri çəkir, şəhərimizin dəbli xanımlarını dünyaca məşhur brendlərin ən son kolleksiyaları ilə bəzəməkdə davam edir. Doqquz zərgərlik brendlərini təqdim edən butik “ELLUXUS BAKU”  bu layihədə  “Adler” “Antonini”, “Bochic”, “Messika”, “Theo Fennell”, “Pippo Perez”, “Shaun Leane”, “Brumani”, “Judith Ripka” kimi əcnəbi brendləri hər bir geyim dəstinə xüsusi olaraq uyğunlaşdıraraq təqdim etmişdir. Tez-tez tədbirlər və daimi müştəriləri ilə görüş keçirən butik şəhərimizin müasir qadınlarının nə istədiyini bilir, ziyafət və eləcə də, gündəlik üçün nəzərdə tutulmuş zərgərlik əşyalarında zövqlü dizayn həlli, zərif üslubu, forma seçimi ilə rəğbət qazanmışdır.


 
8
Bakının tam mərkəzində yüksək təchizatlı lüks HİLTON otelinin geniş terraslı Sky Grill360 Bar və çoxlarının səhər yeməyinə ziyarət etdikləri Cilantro restoranları bu dəfə çəkiliş üçün fərqli bucaq altında nümayiş etdirildi. Hilton restoranlarının görüntüsü sayəsində Xəzər dənizinin seyrinə gələn qonaqlar burada eləcə də, zəngin Spa, unikal müalicə prosedurları, fitnes mərkəzləri, möhtəşəm hovuzla yararlana bilərlər.


AMBASSADE DE LA BEAUTE: Hüseyn Mehdiyev 1054 Tel: +994125308555
ELLUXUS JEWELLERY:
28 küç 28C Tel: +99412493 89 85
FASHİON COUTURE:
Hənifə Ələsgərova 37B Tel: +99412441 45 74
HİLTON:
Azadlıq pr. 1 B Tel: +99412464 50 00

Hazırladı: Məmmədəliyeva Mənsurə
Foto: Rasim Akifoğlu
Məkan: Hilton Baku

 




4
5


11
6
8

7
9
11

10

1
2

19

6
3
9


12

1e

Şərhlər

Menyu