EDITORIAL | Xonça sehri: Bir gəlinin toy hekayəsi

5
 

Qarşılıqlı sevgi və səmimi münasibət üzərində qurulmuş xoşbəxt ailə həyatı hər xanımın arzusudur. Bundan sonra dəyişəcək gələcək həyatının qədəmlərini möhtəşəm tədbir- toy məclisi ilə qədəm qoyurlar. Buna görə hər kəs bu unudulmaz günün möhtəşəm təşkil olunmasını şərt hesab edir. Bugünki Azərbaycan toylarının özəlliyi bundadır ki, burada həm keçmiş adətlərin, həm də müasir toy ənənələrinin şahidi olursan. Toy sahibləri öz toylarının digərlərindən fərqləndirmək, daha yaddaqalan təşkil etmək üçün fərqli məkanlar, dekorlar və toy proqramları düşünür. Zuleykha jurnalı müasir toylarımızdan müşahidələrinə bir qədər yumor notları qataraq növbəti EDİTORİAL-ında toy mövzusunu əks etdirməyə qərara gəldi.

Toy günü hər bir gəlin üçün özəl gündür. Nədə olsa, bu gün onun günüdür. Əbəs yerə deyil ki, toy tədarükü zamanı ən çox diqqət yetirilən məhz elə gəlinlə bağlı hazırlıqlardır.

Ənənələrimizə kiçik toxunuşlarla müasir baxış gətirmək üçün Şərq Qərb adətlərinin qarışığına üstünlük verən gənc ailələr evlilik mərasimlərinin- elçilik, nişan və toy üçün hazırlanan xonça, cehiz, hədiyyələr böyük əhəmiyyət kəsb edir. Etiraf etmək lazımdır ki, nəinki gəlinlərin, onların qohumları və rəfiqələrinin ən çox səbirsizliklə gözlədiyi məhz elə xonçalardır ki, burada da adətən zinət əşyaları və qırmızı şal, paltar xonçası, mövsümə görə meyvə və şirniyyat xonçası, Qurbanlıq və s. aparılır.
 

24
 

Elit Avropa brendi- LADUREE şirniyyat evinin ətirli makaron, şokolad, konfet və tortlardan ibarət bağlamaları xonçaların daha dəbli və şıq görünmələrinin səbəbkarıdır. Brendin məhsullarının zəngin çeşidi və lüks görüntülü qablaşdırma sayəsində xonçalar qəlbləri ilk baxışdan fəth edəcək. Əlvan fransız makaronları xonçanızı diqqət mərkəzində edəcəyində şübhə yoxdur. Onları dadan qonaqlarınız isə bu xonçaların görünüş və dadının təəssüratı hələ uzun illər dillər əzbəri olacaq.

Atalar boşuna “Gözəllik ondur, doqquzu dondur” deməyib. Layihədə dəvət almış modelimizin bəyaz libası illərdir gəlinlərin gözəlliyinə cazibədarlıq qatan AJOUR Wedding gəlinlik butikindəndir. Bu ünvanda yüksək keyfiyyətli  parçalardan hazırlanmış füsünkar gəlinlik modelləri sizi bu gecənin parlayan ulduzuna çevirəcək. Şəhərin mərkəzində yerləşən bu ideal gəlinlik butiki hətta ən şıltaq xanımların belə zövqünü oxşayacaq çeşidləri ilə xanımları razı salacaq. Müxtəlif cür gəlinlik obrazlarındakı ahənglilik sizin gözəlliyinizi ön plana gətirmək üçün əcnəbi brendlərin gəlinlik libasları ilə yanaşı müxtəlif cür aksessuarları da təqdim edir.
 

6
 

Razılaşarsınız ki, ideal gəlinlik mütləq peşəkar əllərlə ərsəyə gəlmiş makyajla tamamlanmalıdır. Saç və makyajınızı AYNUR by SESEM gözəllik mərkəzinə həvalə edə bilərsiniz. Özünü güvəniləcək əllərə təslim edən gəlinlərin seçimi bu gözəllik salonunun türk ustalarıdır.  Burada çalışan peşakarlar sizə yeni obraz yaratmaqla sizi xəyallarınızın gəlininə çevirəcəklər. Fotolardan bəlli olduğu kimi işində peşəkar stilist Mehmet bey nəzərdə tutulmuş gəlin libası və aksessuarlara uyğun saç və makyaj obrazını tövsiyyə edir.

Gəlinin ağ libas və düzgün seçilmiş saç və makyajı ilə bərabər, onun şıqlığını göz önünə gətirən təbii ki, toy günündə gəlinin üzərində olan zinət əşyalarıdır. Bu işdə əlbəttə ki, ROYAL COLLECTİON butikində təqdim olunan David Morris brendinin füsünkar brilyant dəsti yardımçı oldu. Əminik ki, butikdən əldə etdiyiniz göz qamaşdıran inanılmaz zərgərlik dəstləri toy məclisinizə gəlmiş qonaqların dillər əzbəri olacaq. Burada təqdim olunan dünyaca məşhur zərgərlik brendlərinin eksklüziv modelləri gələcəkdə qonağı olacağınız ziyafətlərdə toy gününüzün sevincli anlarını illər boyu sizə xatırladacaq. Butikdə bir çox tanınmış zərgərlik evlərinin məhdud sayda hazırlanmış modelləri də geniş təqdim olunmuşdur.

 

25
 

Toy günündə obrazı tamamlayan zinət əşyasıdırsa, ona xüsusi şıltaqlıq və əlvanlıq qatan zövqlə seçilmiş gül buketidir. Jurnalımızın seçimi xaricdən gətirilmiş orqanik gül çeşidləri təqdim edən gül butiki WAX FLOWERS-dır.  Peşəkar florist və dekor stilistlərindən ibarət kollektivin köməyilə nəzərdə tutulmuş gəlinlik və məclisin dekoruna uyğun güllər seçilərək floristikada son trendlərə uyğun gül buketi hazırlayaraq sizi təəccübləndirəcəklər. İlk gündən butikin həqiqi məqsədi süni çiçək və aksessuarlardan uzaq olub, yenilikçi ideasını- orqanik floristika anlayışını şəhərimizin sakinlərinə sevdirməkdir. Canlı təbiətin əsrarəngiz gözəlliyini hər zövqə uyğun gül çeşidi təqdim edən butik dünyanın müxtəlif yerlərindən Hollandiya, Yaponiya, Kolumbiyadan gətirilən güllərlə zövqünüzü oxşayacaq, hər kəsə  bayram hissi yaşadacaq. Bununla belə seçdiyimiz şirniyyatların xonçalarda bəzədilməsini də məhz bu komandaya həvalə etdik. Fərqli bağlamalar, dəbli lentlər, elit görünüşlü xonça zənbilləri və boxçalar içərisindəki şirniyyatlara bir başqa yaraşıq bəxş etdi.

Toy məclisinin hazırlığı ilə bərabər, həmən unudulmaz gecənin harada keçiriləcəyi qərarı da önəmlidir. Ən xoşbəxt anlarını yaşayan cütlüklər adətən bu gecəni Bakının ən gözəl mənzərəli məkanında qeyd etməyi planlayır.  Bu siyahıda 5 ulduzlu FAİRMONT oteli ilk sıralarda dayanan otellərdəndir. Şəhərimizin simvolu olan alov qüllələrindən birində yerləşən otelin otaqları müasirliyi, rahatlığı, və yüksək servisi ilə zövqünüzü oxşamaqla sizi şübhəsiz ki, razı salacaq. Müştərilərinin rahatlığını təmin etmək üçün oteldə asudə vaxtı yüksək səviyyədə keçirmək üçün müxtəlif restoran, spa və istirahət zonaları da fəaliyyət göstərir.
 
 

ROYAL COLLECTION Jewelry Bül-bül pr. 30 Tel: +994124934084
LADUREE Port Baku Mall, Neftçilər pr. 151 Tel:012 404 82 32
WAX Flowers  R. Behbudov 48A Tel: +99450 2450223
AJOUR Wedding 28 may küç. 46 Tel: +994 12 4989977;
AYNUR by Sesem Ü. Hacıbəyov küç. 119 Tel : +994 12 498 75 53;
FAIRMONT Hotel Mehdi Hüseyn küç. 1A Tel: +994 12 565 4848
 
 
Mətn: Məmmədəliyeva Mənsurə
Foto: Fərid Əliyev Araz Bağırov
Retouche: Rasim Akifoğlu
Dizayn: Kənan Nəsibov
Layihə rəhbəri: Gülnar Məmmədova

 
 
1
14
9
10
2
12
26E
7
8
11
13
4
15
16
17
18
19
28
21
22
23
Logo final EE4

Şərhlər

Menyu