Dress-Kod: Payızın ofis qarderobu

o7
 

Jurnalımızda artıq Dress-Kod adlı rubrikaya start verildi! Rəflərimizdə geyim və aksessuarların sayı-hesabı bilinməyəcək dərəcədə çox olsa da, səhər hər bir qadının qarşısında duran ilk sual: “Bəs bu gün işə nə geyinim?” Artıq hər həftə sizə ofis qarderobunuzu zənginləşdirəcək dəb ideyaları tövsiyyə edəcəyik.

Ofis stili geyim seçimində bəzi məhdudiyətlər yaratsa belə, buna baxmayaraq işdə də zövqlü və baxımlı görünmək mümkündür. Bunun üçün ilk şərt ofis dress-kodunun qaydalarını nəzərə almaqdır. Digər şərt praktik və funksional əşyalar seçməniz məsləhət görülür. Və nəhayət baxımlı xanımların dress-kodda daha bir arzusu var- ciddi göründükləri qədər də, dəbli görünmək.
 

o1
 

Dəb dünyası elə tez inkişaf edir ki, artıq bugünün ofislərində daim geyilməkdən yorucu konservativ rənglərə çevrilmiş boz, qara və ağla yanaşı, dəbli görünmək qaydalara zidd deyil. Bununla belə, onu qeyd edək ki, hər bir ofisdə çalışan qadının qarderobunda qara pəncək, “karandaş” ətək, ağ köynək, klassik şalvarlar  və s. kimi baza əşyaları olmalıdır. Bu əşyalar asandlıqla digərlərilə uyğunlaşdırılaraq abartılı olmayan dəstlər yaratmadan ofis dress-kodunu idealaşdırır.

Məlumdur ki, bəzi təşkilatlarda hər cümə, bəzilərində isə elə həftənin istənilən günü biznes- casual adlanan biznes sayağı sərbəst geyim tərzi icazəli sayılır. Əgər siz də bu kateqoriyalı şirkətdə çalışırsınızsa, o zaman məhdudiyyətlərdən bir qədər azadsınız. O deməkdir ki, rahat cins şalvarınızı və ya rəngli köynəklərinizi işə əminliklə geyinə bilərsiniz.
 

o13

 

Ş ərf və digər maraqlı fakturada və ya rəngdə olan aksessuarlar isə sadə görünüşünüzə rəng qatacaq və boz kütlədən seçilməyinizi təmin edəcək. İnanırıq ki, redaksiyamızın seçdiyi aşağıdakı dəstlər sabah işə geyim seçimində faydalı olacaq.

Hazırladı: Aynur Əlibəyova

 
 

     

o2
o3
o4
o5
o6

PAris Fashionweek ss2015 day 4, outside Acne Studios, candela novembre

o9
o11
o12
o14
o15
o16
o17
o18
o19
o23
o30e



Şərhlər

Menyu