Uzun məsafəni qaça bilmək üçün nə etməli?

qacis
 

Qaçışla məşğul olmaq artıq sağlam, güclü və artıq çəkidən azad olmuş bədən üçün ən effektiv idman növlərindən biridir. Uzun məsafəni qət edə bilmək bizə o qədər də asan gəlməyə bilər. Çünki effektiv və uzun məsafəli qaçış kifayət qədər enerji və dözüm tələb edir. İnsan orqanizmi isə uzunmüddətli qaçışa tədricən alışır. Buna nail olmaq üçün bir neçə üsullar mövcuddur ki, aşağıda verilən bu məsləhətlərdən faydalanaraq bədəninizi uzun məsafəli və effektiv qaçışa hazırlaya bilərsiniz.
 
qac3e
 

– Qaçış ayaqqabılarınızı düzgün seçin. Yumşaq və ayağınıza rahat olan ayaqqabı seçimi rahat qaçış üçün çox vacibdir. İdman ayaqqabıları arasında bunun üçün xüsusi dizayn edilmiş krassovkalar vardir. Son qərarınızı ayaqqabının xarici görkəminə görə deyil, onun məhz qaçış üçün nəzərdə tutulduğundan əmin olub alın. Dükanda seçim edərkən mütləq satıcı ilə məsləhət edin. Adətən qaçış ayaqqabılarının altlığı bir qədər hündür və yumuşaq materialdan hazırlanır. Unutmayın ki, qaçış sağlamlığınız üçündür, ona görə bunu digər orqanlarınıza dəyilmiş ziyan sayəsində əldə etməyin.

 Qaçmazdan ən azı iki saat öncə kifayət qədər su için və qidalanın. Erkən vaxtlarda bədəniniz uzun məsafələrə öyrəşənədək su şüşənizi özünüzlə də götürə bilərsiniz.

Asda qaçışla başlayın. Dərhal sürətli qaçış enerjinizin daha tez tükənməsinə gətirəcək. Buna görə dəf edəcəyiniz məsafəni nəzərə alaraq qaçış sürətinizi nəzarətdə saxlayın. Xatırladaq ki, asda qaçış gəzişmək demək deyil.

 

qac
 

Fasilələr verin. Fasilələrin nəzarət olunması sizə həm məşğul olduğunuz idman növündən həzz alaraq davam etməyə kömək edəcək, həm də enerjinizi sabit saxlamağa. Unutmayın ki, istənilən idman növünə məcburi yanaşmanız sizin ondan tezliklə bezib uzaqlaşmanıza səbəb ola bilər.
 

qac 2
 

Musiqi dinləyin. Qulaqcığınızı taxıb zövqünüzə görə öz musiqinizi dinləyərəq qaçışdan zövq ala bilərsiniz, eləcə də bu zamanı hiss etmədən məsani dəf etməyinizə kömək edəcək.

– Qaçış partnyoru. Bu idman növü ilk baxışdan solo görünsə də, birgə qaçış daha əyləncəli sayılır. Hətta sizə qoşulmağa bir kəs yoxdursa, ev heyvanınızla belə qaçışa çıxa bilərsiniz.
 

qac4
 

Dartının. Uzun məsafəni dəf edib evə döndükdən sonra bədəninizin əzələlərinin möhkəmlənməsi üçün dartının.


 
Həmişə sağlam qalın!
 

Hazırladı Afaq Aslanova

 

 

 

 

 

Şərhlər

Menyu