TREND | Oktyabrın seçməsi | Dəbli Şlyapalar

1
 

Bu ilin trendlərini nəzərə alsaq payız aylarını baş örtüksüz təsəvvür etmək mümkün deyil. Şəhərimizdə də bu trendi bəyənən xanımların sayı az deyil. Müşahidələrə yaxından nəzər salsaq xanımların həyat tərzi və xarakterlərinə görə bu baş örtülərinin fərqli olduğunu görmüş olarıq. Bununla belə, küçə modasında ən son dəb tendensiyalarına diqqət yetirsək bu mövsümdə əsasən fərqli ölçüdə və dizaynda şlyapalar hökm sürür.Uzaq 70-lərdən günümüzə çatan enli şlyapalar mövsümü digər trendlərdən sayılan uzun trençkotlar və gen biçimli toxunma jaketlərlə dəbli görünür.
 

7
 

Daha çox payızın “olmazsa olmazlarından” sayılan dəri gödəkçələrlə geyilən bu tip baş aksessuarları nəinki idman üslubunun, həm də klassik şalvar, oksford və lofer ayaqqabıları sevən xanımlar üçün üzərində sevərək gəzdirdiyi əşyaya çevriləcək.

Bu aksessuarı daha maraqlı edən digər element payızın fərqli material və printlərdə hazırlanmış şərfləri ola bilər. Boynunuzdakı şərf və ya aksessuar məqsədilə taxılmış nazik əlcəklər bu şlyapalarla sizi şəhərin ən dəbli xanımı obrazını yaratmaqda köməkçiniz olacaq.
 

Hazırladı : Aynur Əlibəyova
 
 

22e
2 3 4 5 6
8 9 10 11 12 13 14 15 16 17 18Processed with VSCOcam with hb2 preset20 21
23

 

 

Şərhlər

Menyu