Yayın vida notları: Giləmeyvəli şokoladlı keks

Chocolate-Meringue-Cake-with-Fresh-Berries-4-600x900
 

Jurnalımızda adət etdiyinz az kalorili yemək reseptlərinə bəzən istisnalar etməyi qərara gəldik. Hər halda bir kiçik dilim meyvəli tort keyfinizi açacaqsa, bəzən bunu etməyə dəyər.

O zaman şirniyyatsevərlər üçün hazırlanması asan şokoladlı beze və üzərində giləmeyvə “buketi” lap yerinə düşər. Bitməkdə olan yay mövsümünə ətirli meyvə fantaziyalı kekslə vidalaşmış olacaqsınız.

Düşünün, yeni dərilmiş tər giləmeyvələr şokoladlı beze ilə bir arada ağız dadınıza unudulmaz dad qatacaq və beləcə, sərinləşən fəsildə yayı xatırladacaq. Bu dadlı keksin hazırlanması üçün lazım olan inqredientlər:

 
Chocolate-Meringue-Cake-with-Fresh-Berries6-600x796
 

Tort üçün :

-225 q.tünd şokolad (doğranmış 1/2 fincan)

-3/4 stəkan kərə yağı

-2 ədəd iri yumurta

-4 yumurtanın sarısı

-1/3 stəkan qəhvəyi şəkər tozu

-1 çay qaşığı vanil

-1/3 stəkan ələnmiş un

-1/2 qabartma tozu

-1/3 badam

Beze:

-4 yumurtanın ağı

-3/4 şəkər tozu

-1 çay qaşığı ağ sirkə

-1 çay qaşığı qarğıdalı nişastası

-1 xörək qaşığı kakao

-1/4 əridilmiş tünd şokolad

 

Hazırlanması:

Yumurtanın ağını əlavə edilmiş qaba hissə-hissə şəkəri əlavə edərək mikserlə çırpın. Üzərinə nişasta və kakaonu ehmallıca tökün. Sonda əridilmiş şokoladı süzərək alınmış tərkibə əlavə edin. Lakin onu qarışdırmayın və 250 dərəcədə 20 dəqiqə sobada bişirin. Bişdikdən sonra tam soyuyana qədər gözləyin.

Soyuduqdan sonra giləmeyvələri tortun üzərinə buket şəklində yığın. Giləmeyvəli şokoladlı tortunuz hazırdır, sevdiklərinizlə birgə nuş edin!

 

Hazırladı: Mehriban Ağayeva

 

Chocolate-Meringue-Cake-with-Fresh-Berries5-600x900

 

Şərhlər

Menyu