Gəlin əlcəklər‏i Pronovias brendi ilə zərifləşir

guantes-novia-pronovias
 

İspan gəlinlik brendi Pronovias illər boyu toya hazırlaşan gəlinlərin zövqünü oxşayaraq bir- birindən təmtəraqlı gəlinliklər yaradırlar. Gəlinlik dedikdə ağıla ilk gələn brendlərdən olan Pronovias gəlinlik dəbinin konsepsiyasını pret-a-porter ilə əlaqələndirərək zərif incə kolleksiyalar ərsəyə gətirir. Brendin peşakərlardan ibarət komandasına Ellie Saab, Manuel Mota kimi dizaynerlər də daxildir.

Nəinki gəlinliklər, həm də gəlinlik aksessuarlarını da boyük ustalıqla nümayiş etdirən brend əlcəklər, kəmərlər, duallar və gəlinliyi tamamlayan digər akssesuarlar yaradır.

2016-ci illin gəlinlik kolleksiyasına aid olan əlcəklər  güpür materialından tərtib olunmuşdur. Әl işi olan və incə teksturaya malik olan bu əlcəklər əllərə vizual daha zərif görüntü verməklə unudulmaz gündə şahzadə obrazınızı tamamlamış olacaq.
 
 

Hazırladı: Aynur Əlibəyova
 
 

G-314 G-315 G-316 G-317

 2016_guantes

Şərhlər

Menyu