IVY LANE: Bakıda yeni çiçək və dekorasiya studiyası

_MG_3877
 

Çiçəklər insanların ürəyinə fərahlıq gətirən, ruhunu qidalandıran nemətdir. Şübhə yoxdur ki, elə bu səbəbdən onları yer üzünü bəzəyən “təbii makyaj” adlandırırlar. Özəl günlərin anlamına xoş xatirə qatan çiçəklər sevdiklərimizin üzündə səbəbsiz təbəssüm yaradacaq enerjiyə sahibdir.
 
Təbiət mozaikasının ən estetik vasitəsi olan çiçəklərə, eləcə də, incəsənətdə böyük yer ayrılmışdır. Əsrlərdir ki, onların rəsmlərini çəkən incəsənət xadimləri, son illər onları fərqli müasir instalyasiyalarla sintez etməkdən çəkinmir. Beləcə, nəticədə göz oxşayan heyranedici kompazisiyalar yaranır.
 

_MG_3938
 

Bugünlərdə Bakının mərkəzində yeni açılmış İVY LANE gül və dekorasiya studiyası zövqünüzü və həyatınızı gözəlləşdirəcək peşəkar florist xidmətləri göstərməyə başladı. Həyatınızın ən önəmli və xüsusi günlərində ətirli gül buketləri ilə bərabər, təmtəraqlı və zövqlü dekorasiyanı “İVY LANE” studiyasına həvalə edə bilərsiniz.
 
Gül və dekorasiya studiyasının təcrübəli və istedadlı baş floristi Rufan Abbasov və komandası yaratdığı kompazisiyaları peşəkar və xüsusi olması ilə fərqlənəcək. Qeyd edək ki, butikdə təqdim olunan zəngin çeşiddə fərqli gül və bitkilər xüsusi olaraq Hollandiyadan gətirilir. Studiya sevdiklərinizin sağlamlığının da qayğısına qalır. Belə ki, buradakı gülləri kimyəvi qatqısız olduğuna görə çiçəklərə allerqik reaksiyası olanlar burada hazırlanmış buketləri almaqda yalnız məmnunluq duyacaqlar.
 
Studiyanın daha bir özəlliyi bundadır ki, floristikaya həvəsi olanlar- həm böyüklər, həm də uşaqlar üçün burada Avropa üslublu aranjiman, yeni başlayanlar üçün baza kursları, nəzəri biliklər və praktik dəsrlər – dekorasiya, kaskad buketlərinin hazırlanması və digər bacarıqları öyrədən təlimlər keçirilir.  
 
Çiçək alan zaman çiçəklərin tək- tək görüntüsü qədər onun peşəkar hazırlanması və ərsəyə gələn kompazisiya da önəmlidir. Məsafələr sevdiklərinizlə aranıza girəcək səbəb olmasın. Siz getməsəniz belə, “İVY LANE” çiçəkləri sevdiklərinizin ünvanına çatdıracaq.
 
 
IVY LANE decoration & flowers
Nizami küç. 123
Tel: +994 12 493 9539
Mob: +994 50 226 0508
Instagram: ivy_lanebaku
 
Hazırladı: Gülnar M.
Foto: Gülşən N. 

 

 

_MG_3772

_MG_3816

_MG_3850

_MG_3891

_MG_3924

_MG_3952

_MG_3769
_MG_3942

_MG_3788
_MG_3952

_MG_3954

_MG_3985

_MG_4032

_MG_4041

Şərhlər

Menyu