İmplant dişlər: Təhlükəli, yoxsa üzünömürlu estetik çarə?

_MG_0140
Müasir texnologiya sayəsində son illərdə tibb sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Bu tibbi kəşflər nəticəsində mütəxəssislər dişlə bağlı problemlərini asanlaşdırmağı və onların uzunömürlülüyünü təmin etməyə nail olur. Stomatologiyada diş əkilməsi və ya implantasiya bu mövzuda aktual və daim inkişaf edən sahələrdəndir. Bunun sayəsində də zamanla insanlar bu üsula daha çox etibar edir, artıq implantın üstün cəhətlərini və təhlükəli prosedur olmadığı haqda məlumatlıdırlar. Azərbaycanda da diş əkiminə tələbat artmaqdadır. Mövzunun aktuallığını nəzərə alaraq suallarımızı bu sahədə yetərli təcrübəsi olan peşəkar həkim, implantoloq “Apple Dental” klinikasının aparıcı mütəxəssisi Raman Məhərrəmovdur.

Azərbaycan Dövlət Tibb Universitenin stomatologiya fakultəsinin məzunu olan Raman şəhərin tanınmış diş klinikalarından olan “Vital”  klinikasında şöbə müdiri, “32 Gözəl” klinikasında həkim- stomataloq kimi çalışmışdır.. Hazırda o şəhərin mərkəzində yerləşən “Apple Dental” klinikasında fəaliyyətini davam etdirir. Ramanın mütəxəssis kimi üstün cəhətlərindən biri də budur ki, o hər zaman öz üzərində çalışmış, peşəsində ən son nailiyyətlərdən məlumatlı olmaq və onları ölkəmizdə tətbiq etmək üçün daim xaricdə keçirilən konfrans və təlimlərdə iştirak etmişdir. Artıq 10 ilə yaxındır ki, bu işlə məşğul olan stomatoloqun özünün də etiraf etdiyi kimi stomatologiyada fərqli istiqamətlərlə maraqlansa da, ən çox onu hər zaman cəlb edən implantologiya olmuşdur. Eyni zamanda xaricdə aldığı tətbiqi biliklərlə yanaşı, onun bu sahədə istiqamətləndirən, implantologiyanın əlifbasını ona öyrətmiş, ölkəmizdə ilk implant əməliyyatı edən həkim, Azərbaycan Dövlət İmplantologiya Birliyinin sədri Cabbar Həsənovun da böyük rolu olmuşdur. İmplantologiya elmi digər elmlər kimi daim inkişaf edir və burada yeni-yeni üsullar kəşf olunur. Və təbii ki, Raman bu yeni metod və vasitələri öyrənmək üçün xarici ölkələrə üz tutmağa davam edir-  Türkiyə, Almanya, İtalya, Yaponiya, Cənubi Koreya, Amerika, BƏƏ kimi ölkələrdə təlimlər, kurslar və master-klasslarda iştirak etmişdir.

 

_MG_0099

 

–  Fəaliyyətiniz daha çox implant diş istiqamətində olduğu üçün bu sahə ilə oxucularımızı maraqlandıran sualları məhz sizə ünvanlandırmağı düşündük. Son illər müasir texnologiyaların nəaliyyətləri sayəsində tibb elmindəki irəliləyişlər insanların həyatını daha da asanlaşdırır, bir çox problemlərin daha asan və uzunmüddətli həll olunmasına xidmət göstərir. Azərbaycanda da əvvəlki illərə nisbətən insanlar bugün arıq implant dişlərin üstünlüyünü anlayır və onun təhlükəli prosedur olmadığından məlumatlıdırlar. Əvvəla implantın nə olduğu və özəlliyi barədə danışa bilərsinizmi?

– Diş implanları – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş köküdür. Özəlliyi ondan ibarətdir ki, implantasiya əməliyyatı zamanı digər konstruksiyalarda olan digər dişlərin zədələnməsi kimi çətinliklər yaranmır və yalnız diş əksikliyi olan nahiyədə əməliyyat keçirilərək diş əkilir. Digər özəlliklərindən biri də budur ki, implantlar stomatalogiyanın digər sahələrində də istifadə olunur. Məsələn, mini-implantlar, çıxan protezlərin ağız boşluğunda yaratdığı problemləri aradan qaldırmaq və ya birdəfəlik protezi ləğv etmək kimi prosedurlarda implant əməliyyatından istifadə edirik. Bəzən maddi və ya digər səbəbdən az saylı implantdan istifadə edərək üzərinə çıxarıla bilən protez düzəldirik. Lakin çıxarıla bilən protezlə implant üzərinə düzələn protez arasında böyük fərq var. Adi protezin ölçüsü böyük olur və bu da diskomfort hissi yaradır – tərpənir, qidalanan zamanı narahatçılıqlara səbəb olur. Bu problemlerin birdəfəlik həlli üçün biz pasiyentlərə adi implantı məsləhət görürük. 
-Oxşar problemlərlə müraciət edən xəstələr üçün digər alternativ proseduralarla müqayisədə implantın üstün cəhətləri nədir?

– Məqsəd ağız boşluğunda olan itirilmiş dişləri bərpa etməkdir. Bu yalnız rahat qidalanma və estetika üçün deyil, eyni zamanda digər dişlərin deformasiyası və əyilməməsi üçün vacibdir. Bunu bərpa etmək üçün iki üsul var. Ya dişin kənarında olan dişləri də yonaraq körpüyəbənzər protez qoymaq və ya heç bir dişə toxunmadan həmin nahiyədə implant əkmək. Məlum olduğu kimi də körpüyə bənzər protezdə yandakı dişlər yonulur, tamlığını itir və əvvəlki kimi dözümlü olmur. Lakin implant zamanı digər dişlərə heç bir zərər toxunmur. İmplant olunan nahiyələrdə, hətta sümükdə ərimələrin qarşısı alınır. Və həmin nahiyə işlək olur və fəaliyyətini normal diş kökü kimi davam etdirir.
-Bəziləri bunun ağrılı və uzun prosedur olduğunu düşünür. Yeni dişin bərpa olunması üçün nə qədər zaman sərf olunur? 

-Düzdür yeni prosedur kəşf olunduğu zaman onu həyata keçirmək istəyərkən o ilk vaxtlar birmənalı qarşılanmır və insanlarda suallar və şübhələr doğurur. İmplant da Azərbaycanda nisbətən yeni sayılır. Lakin xarici ölkələrdə çox uzun müddətdir ki, implant diş əkimindən istifadə olunur. Təcrübəmdən bunu da qeyd edə bilərəm ki, xarici ölkələrdə pasiyentlər həkim məsləhətinə ehtiyac olmadan özləri diş implantına müraciət edirlər. Bu artıq onlarda adi haldır. Sevindirici haldır ki, son illər ölkəmizdə də insanlar diş implamtına inanmağa başlayır və müraciət edənlərin sayı çoxalır. Və qorxu hissi olsa da, bu digər prosedurlar kimi çənə sümüyünə müdaxilə olunur. Əlbəttə ki, pasiyentin ağrı hiss etməməsi üçün keyidicilərdən istifadə edərək əməliyyatın ağrısız keçməsinə çalışırıq. Bir neçə il bundan öncə istifadə olunan implant əməliyyatından sonra 1 ilə kimi gözlənilirdi. Artıq indiki dövrdə implatasiya əməliyyatı olan kimi tez bir zaman çənədə sabitləşmə prosesi olur. Hətta implantı yerləşdirdiyimiz gün üzərinə diş yerləşdirə bilirik. Sadəcə olaraq biz öncədən implant olunacaq çənənin sümüyünü müayinə edirik.

_MG_0102

-Diş implantı üçün istənilən pasiyent müraciət edə bilərmi, yoxsa burada məhdudiyyətlər vardır?

-İmplantasiya əməliyyatına diş əksikliyi olan istənilən pasiyent müraciət edə bilər. Müraciət edən pasiyentlərin ağız boşluğunu vizual müayinə edirik, rentgen, tomoqrafiya müayinələr və digər analizlərin nəticəsində qərar verir və təbii ki, sonda əks göstərişin olub-olmayacığını müəyyən edirik. Və hər kəsin müraciəti qəbul olunur. Yalnız psixoloji problemləri olan insanlar müraciət edə bilməz. Çünki bir müddət sonra emosional çətinliklərə görə həkimə implantın çıxarılması kimi müraciətlər ola bilər. Ən çox verilən suallardan biri də şəkərli diabet xəstələrinin implant diş əkimi üçün müraciət edə biləcəklərinə dair suallardır. Əlbəttə, o xəstələr də müraciət edə bilər.
-İmplant dişlərin qoyulması üçün yaş həddi varmı?

Diş implantı 19 yaşdan yuxarı pasiyentlər üçün nəzərdə tutulub. Çünki 19 yaşa kimi çənə sümüyündə ölçü baxımından dəyişikliklər olur. 19 yaşdan sonra isə hər yaşda pasiyentlər müraciət edə bilər. Hətta implant diş əməliyyatı üçün yaşlı insanlar daha çox müraciət edir. Bildiyimiz kimi hər bir insanda, hətta yaşlı insanda da sümükləşmə prossesi gedir. Bizim tələb etdiyimiz əsas şərt implantasiya əməliyyatı edəcəyimiz nahiyənin sağlam olması- orada sümükləşmə prosessinin getməsidir.
– Təcrübənizdə implantasiya əməliyyatı edə bilmədiyiniz pasiyentlər olubmu? Olubsa, buna nə səbəb nə olub?

– Rastlaşdığımız çətinliklər olub, amma sonda həyata keçirilib. Bəzən pasiyentin danışıq və ya çənə quruluşunda müəyyən qüsürlarla qarşılaşmışıq. Lakin elə bir hal olmayıb ki, pasiyent implantasiya əməliyyatı üçün müraciət etsin və biz onu edə bilməyək. Qeyd etdiyim kimi, xarici ölkələrdə keçdiyim təlimlərdən bu problemlərin aradan qaldırılmasının mümkün yollarını mənimsəməyim mənə bu işdə çox yardımçı olur.
_MG_0054
– Məhz sizin diş əkimi prosedurunda xəstənin estetik baxımdan daha yaxşı və təhlükəsiz nəticə əldə etməsi üçün özəl olaraq tətbiq etdikləriniz nədir?

– Bu çox vacib suallardan biridir və demək olar ki, implantasiya əməliyyatının nəticəsi də bundan aslıdır. İmplantasiya sadəcə çənədə diş ətini ayırıb, implantı sümüyə yerləşdirməkdən ibarət deyil. İmplant qoyulan zaman biz sonra hansı maneələrlə rastlaşa biləcəyimizin öncədən müəyyən etməliyik. İmplantlar düzgün, paralel qoyulmazsa, zaman keçdikcə estetik görüntü ilə bərabər, sağlamlıqla da bağlı böyük problemlər yarana bilər.
– Bəs implant olunmuş dişlərə necə qulluq etmək lazımdır?

– Diş implantlarına edilən qulluqla öz dişlərimizə edilən qulluq arasında demək olar ki, fərq yoxdur. Dişləri gündə 2 dəfə fırçalıyır, diş saplarından istifadə etdiyimiz kimi, implantlara da eyni qulluq göstərilməlidir. Sadəcə olaraq, sırf implant dişlər üçün xüsusi diş məcunları və diş fırçaları vardır. Bunlarla implantın bəzi nahiyyələrini- qapağın altını təmizləməyi təmin edir. Bundan əlavə, digər dişlərdə olduğu kimi implant dişləri üçün də ildə 2 dəfə baxış üçün həkimə müraciət etməlidirlər.
-Bu cür dişlərin ömrü nə qədərdir?

– Diş implanların ömrünün uzun olmasında həkimin peşəkarlığının böyük rolu vardır. Və ondan sonrası isə pasiyentin özündən asılıdır – əgər gigiyenik qulluğu və həkimə baxış üçün müayinəni vaxtında həyata keçirərsə və başqa bir xəstəliklə qarşılaşmazsa implant ömürlük ola bilər. Ümumilikdə statistikaya görə ağız boşluğunda düzələn bütün konstruksiyalar içində ən uzunömürlü implantlar sayılır.

 

 

Hazırladı: Gülnar Məmmədova
Foto: Gülşən Nərimanlı

_MG_0128

_MG_0081

_MG_0075

_MG_0145

Şərhlər

Menyu