Ləman Yusifli: “Sözlə ifadə edə bilmədiklərimi fırçamla rəsmlərə həkk edirəm”

ly4
 

İsmi artıq çoxlarına tanış gələn Ləman Yusifli Azərbaycanda ilk dəb illüstrasiyaları ilə məşğul olan rəssam-modelyer olmuşdur. Ləmanın fəaliyyəti tək dəb illüstrasiyaları və geyim dizaynı ilə bitmir. O öz yaradıcılıq prosesini ifadə edə bilmədiyi fikirlərin eskizlər və illüstrasiyalar vasitəsilə çatdırdığını söyləyir.

Məşğul olduğu sahəyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssam-modelyer fakultəsinin məzunu olmaqla başlayan gənc sənətşünas, həmçinin Avropa Dizayn İnstitutunun (İED) Milan şöbəsində geyim üzrə dizayner fakultəsinin magistrıdır.

Uşaqlıqdan rəssamlığa, xüsusilə də qrafikaya böyük həvəs göstərən Ləman rəssamlıq fəaliyyətini də uğurla davam etdirir. 2014-cü ildə onun miniatür üslubunda bütöv divara həkk edilmiş rəsmləri  “Natavan” qalereyasında açılan “Azərbaycan” sərgisi ilə böyük uğurla qarşılanmışdı.
 

ly6
 

Ləman etiraf edir ki, dəb anlayışı onun üçün geyimdən daha artıq məna kəsb edir. Onun fikrincə dəb sənətlə və gündəlik həyatla uzlaşmalıdır. Beləcə, dəbin cəmiyyət üçün əhəmiyyəti daha böyük olur.

Məşğul olduğu sahədə Ləman çox həvəslidir, lakin, bir o qədər də ehtiyyatlıdır. Onun dəblə bağlı məqsədləri böyükdür. Amma o bu işdə tələsmək də istəmir. Özünün də etiraf etdiyi kimi, bu yaxınlarda işlədiyi kolleksiyanın ilkin mərhələsini bitirdikdən sonra özünün buna hələ tam hazır olmadığını hiss edərək bir müddətlik dəblə bağlı planlarını kənara qoymaq qərarına gəldi.
 

ly5
 

Eləcə də, Ləman ölkəmizdə bu sahəyə ayrılan şəraitdən və mühitin onu qiymətləndirməsi mövzusunda hesab edir ki, illüstrasiyalar ilə maraqlanan şirkətlər və sifarişçilərin sayı çox olarsa bu sahədə daha böyük inkişaf olar. Onun fikrincə istedadlı gənclərin sayı çox ola bilər, lakin ölkəmizdə illüstrator olaraq gəlir mənbəyini yalnız bu sahəni seçməklə davam etdirmək üçün hələ çox tezdir.

Onun gələcək planlarından biri də hal-hazırda üzərində çalışdığı internet saytıdır. Buna görə də hazırda ən çox diqqətini və zamanını məhz illüstrasiyaların hazırlanmasına yönəltmişdir. Yaxında onun internet- jurnal formasında hər mövsümün sonu yenilənəcək illüstrasyalardan ibarət portfoliosu da təqdim olunacaq.
 

Hazırladı: Gülnar Məmmədova

 

zacposen res

chanel res

giambatista valli ss15

ly givenchy resort lvresorttry21 mcqueen resort (1)

alberta ferrbalensiaga resgiambattista ss15 sm
ly2

 

Şərhlər

Menyu