EDITORIAL: Cehizim CHELEBİ-dən olarsa..

Ailə qurmağa hazırlaşan hər bir xanımın toy qabağı qayğılarından biri də cehiz tədarüküdür. Təbii ki, seçim prosesində hər kəs cehizində praktik olanı seçmək arzusunda olur. Çünki ən sadə bir ev əşyası və yaxud mebel dəsti evinizdə rahatlığı, estetik görünüşü təmin etməlidir. Lakin cehizini nəinki praktiklik üzərində, həm də yüksək zövq və orijinallıq üzərində quran xanımların gözü adətən şəhərdə nadir sayılan ev əşyaları axtarır. Bu mövzuda jurnalımızın tövsiyyəsi CHELEBI furniture and decor mebel və dekor butikidir. Butikdən alınan hər bir əşya şübhəsiz ki, cehizinizin ən dəyərli hissəsi olacaq və sizə uzun illər ən əziz gününüz haqda xatirələr yaşadacaq. Belə ki, yerli brendin istehsal etdiyi özünəməxsus üslubu ilə seçilən mebel dəstləri və dekor əşyaları evinizin interyerində dəbdəbəli abu-hava, estetik görünüş yaradacaq, ən əsası isə bir millilik nişanəsi olacaq.

Mebellər klassik olmaqla bərabər yüksək zövqlə hazırlanmışdır ki, özəlliklərindən biri də budur ki, istənilən üslubda dizayn edilmiş interyerə uyğunlaşa bilir. Hər bir hazırlanmış mebelin üzərində istedadlı rəssamların, dizaynerlərin əl işləri nümayiş olunur.

Mebellərin üzərində milli musiqi alətləri, vətənimizə məxsus simvolik bitki və meyvələr, sirli nağıl qəhrəmanları və quşlar, şəbəkəmiz Azərbaycan koloritini əks etdirmiş olur. Milli motivləri müasir dizaynda təqdim edən CHELEBI furniture and decor şirkəti evlərimizdə və digər məkanlarda milli ruhu yaşatmağa imkan yaradır.

CHELEBI furniture & decor şirkəti istehsal etdiyi mebellərdə yüksək keyfiyyətli materiallardan istifadə edir. Kürsülər,masalar, divanlar, dolablar, stullar, pufları keyfiyyəti və uzunömürlülüyü ilə fərqlənən palıd, göyüş agacı və bir çox ağac növlərindən hazırlanır. Bu keyfiyyətli məhsullar isə gözoxşayan milli naxış və təsvirlər olan əl oymaları ilə tamamlanır. Üzərində köhnə Bakı təsvirləri olan stullar, atalar sözləri və folklor misraları həkk olunmuş şkaf və rəflər interyerinizə xüsusi maraq qatacaq.

Azərbaycan mədəniyyətini və tarixini özündə birləşdirən mebel seriyası cehizinizin əvəzedilməz hissəsinə çevriləcək. Şübhə etmirik ki, əldə etdyiniz CHELEBI məhsulları ailənizdə həmişə pozitiv enerji, gümrahlıq və mehriban abu-hava gətirməklə düşərli olacaq. Bu nadir masalar üzərində qeyd olunmuş mərasimlər, doğmalarınızla rahatlıqla əyləşib saatlarla söhbətləşdiyiniz divan və kürsülər həmən anların daha yadda qalan edəcək. Butikə yolunu salmaq istəyənlərə məlumat üçün bildirək ki, alıcılarına rahatlıq təmin etmək üçün butik dəbli alış veriş və əyləncə mərkəzlərinin ünvanı olan Port Baku Mall-da yerləşir.
 
 
Hazırladı: Mehriban Ağayeva
Foto: Rasim Akifoğlu
Məkan: Otto Colonne
Dekorasiya: Merci Baku Flowers

 
 

1
 
 

( Tut Chester kürsü /  Palıd ağacı / Qiymət: 1800AZN )

( Tut Chester divan /  Palıd ağacı / Qiymət: 2950AZN )

( Tut skamya / Palıd ağacı / Qiymət: 550AZN)

( Rəngli Şəbəkə / Quba xalçası, Əl işi / 900AZN)

 
 

2

3
4
 
 

( Tut Chester divan /  Palıd ağacı / Qiymət: 2950AZN )

( Yastıqlar / Heyva, Nar, Şəbəkə / Qiymət: 50AZN 1əd)

 
 

6a

 
 

( Biri alma, biri heyva, biri nar dolabı /  Göyrüş ağacı/ Qiymət: 2200AZN )

( Üzərlik kürsü /  Palıd ağacı / Qiymət: 1350AZN)

 
 

5

 
 

( Üzərlik divan /  Palıd ağacı / Qiymət: 2150AZN )

( Üzərlik kürsü / Palıd ağacı / Qiymət: 1350AZN)

( Üzərlik TV altı / Göyrüş ağacı / Qiymət: 1450AZN )

 
 

7a
 
 

( Üzərlik  /  Palıd ağacı / Qiymət: 1350AZN)

( Biri alma, biri heyva, biri nar dolabı /  Göyrüş ağacı/ Qiymət: 2200AZN 1əd)

 
 
 

8

 
 

( Üzərlik TV altı /  Göyrüş ağacı / Qiymət: 1450AZN )

 
 

 

9

10
 
 

( Qaşqaldaqlar Yumşağ Mebelin Dəsti /  Palıd ağacı / Qiymət: 4650AZN )

( Antikva Osmanlı Masa / Göyrüş ağacı / Qiymət: 1100AZN)

( Tez duran Komod/ Göyrüş ağacı / 1100AZN)

 
 

11 12
13
 
 

( Stullar / müəllif Bayram Hacızadə “Köhnə Bakı karikaturaları” / Palıd ağacı / Qiymət: 550AZN)

(Nar Masası / müəllif Arif Hüseynov (Əl işi) / Göyrüş ağacı / Qiymət: 4250AZN)

 

Şərhlər

Menyu