RAFFLES İstanbul oteli: Şərq və Qərbin mükəmməl harmoniyası

RIS_63338038_390_JZARINS_Raff_Istanbul_Suite_Lounge_121_1_f1
 

Avropa Asiya qitələrini özündə birləşdirən, tarixi və mədəni köklərinə bağlı olan turizm mərkəzlərindən biri möhtəşəm İstanbulda yeni otellerin sayı artmaqdadır. İstanbulun Avropa hissəsində ticarət və əyləncə mərkəzi sayılan Beşiktaşda tarixi abu-havanın tam mərkəzində isə özündə müasirliyi əks etdirən RAFFLES oteli yerləşir.

İncəsənət, moda və əyləncənin bir araya gəldiyi bu məkanda, bir tərəfdən adalar, digər tərəfdən Bosfor üzərindən inanılmaz görüntü ilə şəhərə açılan mənzərə, türk motivlərini əks etdirən Hirsch Bedner Associates şirkəti tərəfindən inşa edilmiş müasir interyer yerli sənətşünasların əsərləri ilə tamamlanmışdır. Qonaqlarına yüksək xidmət nümayiş etdirən məkanda lüks otaqlar, restoranlar, spa mərkəzi, hovuzlar, korporativ tədbirlər üçün nəzərdə tutulmuş geniş zallar komfort və istirahət arzu edən kəslərin qulluğundadır.

Raffles Hotels & Resorts-un prezidenti Piter Frençin də qeyd etdiyi kimi ümumiyyətlə RAFFLES-ın fəlsəfəsi insanların tam rahatlayaraq dincəlməyə gəldiyi oazis yaratmaqdan ibarətdir. Əsrlərdir ki, İstanbul Şərq və Qərbin, Avropa və Asiyanın, sivilizasiya və mədəniyyətin birləşdiyi, zəngin adətlərin izi qaldığı torpaq olmuşdur. Elə RAFFLES oteli də “yeni” İstanbul təəssüratı yaradır- dəbdəbəli, müasir, enerji dolu və innovativ.
 

RIS_63338078_390_JZARINS_Raff_Istanbul_LongBar2_039
 

Şübhəsiz ki, belə lüks otelin restoranlarında qonaqlara peşəkar mətbəxin təamlarını dadmaq imkanı yaradılır. Türk baş aşpazı tərəfindən hazırlanmış dünya mətbəxinin müxtəlif yeməkləri, eləcə də fərqli içki və kokteyllər təqdim olunur.

Qalacaqları otellərdə spa prosedurlarını sevənlərə RAFFLES İstanbulun töhvəsi burada xidmət göstərən çeşidli sayda hovuz, saunatürk hamamıdır ki, şəhərdə ən böyüklərdən biri hesab edilir. Gazelli və The Organic Pharmacy isə müxtəlif sayda spa prosedurlar, eləcə də eksklüziv olaraq çəhrayı yağ və şəkərdən istifadə edərək Modern Hamman Experience adlı müasir hamam prosedurunu təqdim edir.

Oteldə quraşdırılmış bütün sistem müasir texnoloqiyalara cavab verir, yüksək müştəri xidmətləri isə buranı ziyarət edən qonaqlarda unudulmaz xatirələr yaşadır. Özəl qonaqların rahatlığı və təhlükəsizliyi üçün isə oteldə vertoylot meydançası da fəaliyyət göstərir.

RAFFLES İstanbulun rəhbəri bir çox premium klasslı beş ulduzlu otellərin uğurlu açılışında rolu olmuş təcrübəli mütəxəssis Tarek Muraddır. Bir zamanlar Four Seasons Sultan Ahmed-də çalışan və hətta Four Seasons Baku-nun açılışı üzərində töhvəsi olan Tarek Türkiyəyə yenidən dönməsinə çox məmnundur: “Mən belə bir möhtəşəm layihənin bir hissəsi olmaqdan qürur duyuram. Burada “mükəməlliyə doğru” devizi altında təcrübəli peşəkarlardan ibarət komanda çalışır ki, bunun sayəsində də RAFFLES-a xarakterik cəhət olan- qonaqlara individual yanaşma və xüsusi qulluq təmin olunur. Belə bir komandanın rəhbəri olmaq həqiqətən də qürurverici hissdir.”

Bir sözlə, oteldə inanılmaz sülh və harmoniya hökm sürür..
 
 
Hazırladı: Mehriban Ağayeva

 

RIS_58864238_Raffles_Istanbul_Suite_Bedroom

RIS_58864282_Raffles_Istanbul_Guest_Room

RIS_60764709_390_JZARINS_Raff_Istanbul_Suite_Bathrm_018_f2

 

RIS_63338046_390_JZARINS_Raff_Istanbul_Arola_Food_007_1

 

RIS_63338086_390_JZARINS_Raff_Istanbul_Spa_DblTreatment_082

RIS_63338126_390_JZARINS_Raff_Istanbul_IndoorPool_052

Şərhlər

Menyu