“Pilates insan ruhuna və vücuduna müsbət təsir edən idman növüdür.” Taha Erpulat

cc1

 

Bakının mərkəzində yenicə açılmış Baku Pilates Center (BPC) yerli məşqçilərilə yanaşı, əcnəbi məşqçiləri ilə tanınır. Öncəki məqalədə Türkiyədən 1 ay müddətinə xüsusi dəvət almış Şahin Hasayın müsahibəsindən sonra, növbəti söhbətimiz Bakıya müvəqqəti səfər etmiş pilates mütəxəssisi Taha Erpulatdır. Amerika şirkəti Balanced Body- nin Türkiyədəki direktoru Taha Erpulat 8 ildir ki, vətənində  pilates məşqləri təqdim edir. Onun Bakıya səfərinin məqsədi həm yerli məşqçilərə təlim vermək və Balanced Body- nin rəsmi sertifikatlarını təqdim etməkdir. Eləcə də məkanın pilates mərkəzi olaraq bütün standartlara cavab verməsindən əmin olmaqdır. Fürsətdən istifadə edib onunla söhbət etdik və şəhərin əksər idman sevərlərinə pilates haqda qaranlıq qalan sualları cavablandırmağı xahiş etdik.

Məlumatı olmayanlar üçün qeyd edək ki, pilates asan məşq olunan, lakin çox effektiv idman növüdür ki, insanın həm əzələ, həm də sümüklərinin sağlam və elastik fəaliyyətini təmin edir. Onun sayəsində insan daha yaxşı nəfəs alır, qaməti düzəlir, əzələləri möhkəmlənir, qan dövranı və daxili orqanların fəaliyyəti yaxşılaşır, əhvalı yüksəlir – bir sözlə o orqanizm üzərində tam nəzarət təmin edir ki, bu da öz növbəsində daha keyfiyyətli həyat tərzinə gətirir və ümumi harmoniyada yaşamağınıza imkan verir. Bundan başqa pilates elə bir idman növüdür ki, hər bir əzələ ilə detallı məşqlər sayəsində digər idman növlərində işləməyən əzələləri belə əhatə edir. Hətta qısa müddətli məşqlərdən sonra adi hərəkətlər belə daha təbii, qıvraq, elastik və balanslı, qadınlarda isə hətta daha zərif olur.

 

– Bildiyimiz qədər siz Bakı Pilates Center (BPC) mərkəzinin yerli məşqçilərini təlimləndirən xüsusi dəvətli mütəxəssissiniz. Bu sizin yerli məşqçilərə ilk təliminizdir?

– Bu, Azərbaycana ilk gəlişim deyil. Türkiyə və Azərbaycan dostluğu hər kəsə məlumdur. Bakı Pilates Mərkəzinin yaradıcısı bu planı haqda danışarkən çox xoşuma gəldi. İşin ən gözəl tərəfi  Azərbaycanda ilk tam təchizatlı pilates mərkəzini qurmaqdır. Həqiqətən çox peşəkar bir mərkəz ərsəyə gəlib. Mənim Bakıya səfərimin əsas məqsədi Baku Pilates Center- in məşqçilərini dünya standartlarına cavab verən Balanced Body şirkətinin sertifikat proqramına uyğun təlimləndirməkdir. Digər səbəb isə mərkəzin pilates avadanlıqlarının və ümumiyyətlə təchizatın standartlara cavab verməsinə nəzarət etməkdir. 

 

– Standartlara görə bir pilates klubunda hansı göstəricilərin olması vacibdir?

– Ən önəmlisi təlimçilərdir, burada təcrübəli təlimçilərə ehtiyac var. Əgər təlimçi yoxdursa, burada olan heç bir trenajor və avadanlığın önəmi olmaz. İkinci sırada doğru pilates avadanlıqlarıdır. Bakı Pilates Center- də Balanced Body brendinə məxsus pilates trenajorları istifadə olunur. Çünki Balanced Body Mərkəzi Kaliforniyada istehsal olunub dünyanın 45 ölkəsinə ixrac olunan ən məşhur və keyfiyyətli alətlərə malikdir. 

 

– Sizcə Bakı Pilates Center əsl pilates klublarında olan bütün standartlara cavab verirmi?

-Bəli, Bakı Pilates Center-də bir pilates mərkəzində ehtiyac olan hər bir avadanlıqla təmin olunub. Fəaliyyətə başladığmız ilk gündən məqsədimiz sadəcə bir pilates mərkəzi açmaq deyil, ilk və tam təchizatlı 1 nömrəli pilates mərkəzini yaratmaq idi. Bura həm təlimçilər, həm də trenajorlar daxildir.

 1

– Sizin təlim kurslarınız nələrdən ibarətdir və hansı fəlsəfə üzərində qurulub?

– Buradakı ən böyük məqsəd Jozef Pilatesin yaratdığı  pilatesi müasir günümüzə uyğun sintez edərək bir pilates fəlsəfəsi qurmaqdır. Baku Pilates Center spesifik olaraq sadəcə pilates hərəkətləri üzərində qurulmuş bir mərkəzdir. Onu da qeyd edim ki, bizim mərkəz müəyyən problemləri olan xəstələrə, hamilələrə, uşaqlara, eyni zamanda sadəcə formasını qoruyub saxlamaq istəyən hər kəs üçün ayrı proqramlar təklif edir.

 

– Yerli mütəxəssislərin bu təlimləri və xarici sertifikatları almaları nə dərəcədə önəmlidir?

– Sertifikat burdakı məşqçilərin haradan təhsil aldığı və hansı keyfiyyət göstəricilərinə cavab verməsinin rəsmi göstəricisidir. Əslində sertifikatı olmayan insanlardan pilates dərsi almaq düzgün deyil. Pilates düşündüyünüz kimi sadə bir idman növü deyil. Məqsəd sadəcə hərəkətləri həyata keçirmək deyil, bu hərəkətlərlə məhz düzgün məşq etməkdədir. Çünki səhv məşq olunan hərəkətlər əksinə səhhətdə problemlərə səbəb ola bilər.


416

– Pilateslə məşğul olmağın yaş həddi varmı?

–  Pilateslə məşğul olmaq istəyən və vücudunda olan hansısa problemlərə görə pilatesə müraciət edənlərdən yaş soruşmuruq. Bunu da qeyd edim ki, Pilatesin sayəsində biz Türkiyədə bir neçə insanı əməliyyat masasından qaldırdıq. Burada heç bir yaş həddi yoxdur. Bir insan hərəkət edə bilirsə, neçə yaşında olursa-olsun pilateslə məşğul ola bilər. Hətta hərəkət etməyində  problemi olan insanlar belə pilateslə məşğul ola bilirlər və özlərini bununla daha yaxşı hiss edirlər. Həqiqətən də, hərəkətsizlik bizi məhv edir. Uşaqları isə 5-6 yaşından etibarən gimnastik və oyun hərəkətlərilə məşq etdirməyə başlayırıq. 10 yaşdan  sonra isə alətlər və trenajorlarla məşqə keçirik.

 

– Yerli idman sevərlərə tövsiyyəniz nə olardı?

– 2004-cü ildə Amerikada keçirilən araşdırmalara əsasən 10 milyon insan pilateslə məşğul olurdu. Bugün isə bu rəqəm 70 milyona çatıb. Bakı bu fürsəti çox gec əldə etdi. Hər kəs azı 10 dərs olmaqla pilateslə məşğul olub onun “dadını” hiss etməlidir. Pilates insan ruhuna və vücuduna müsbət təsir edəcək bir idman növüdür. İnsanlar həm mənəvi, həm də fiziki olaraq yenilənmə hiss edirlər. Təcrübəmdən bunu deyə bilərəm ki, idman etməyi sevən və sevməyən hər kəs pilates etməyi çox sevir. Buradakı ən böyük özəllik isə birbaşa məşqçinin nəzərati ilə həyata keçirilən məşqdir və səhvə yol verilməsi mümkün deyil. Tam effektiv, tam doğru və tez bir zamanda nəticənin görüldüyü bir idman növüdür.

 

 

Baku Pilates Center (BPC)
İstiqlaliyyat 31A,
Tel: +994 12 497 1236
+994 55 959 1536

 

Hazırladı: Gülnar Məmmədova 
Foto: Rəşad Məmmədli 

 

3
614 911

Şərhlər

Menyu