EDİTORİAL: Fərqli bucaq- BLİSS aksessuarları qida məhsulları ilə gözlənilməz harmoniyada

vv

 

Aksessuarlar geyimimizi tamamlamaqla yanaşı obrazımıza rəng qatır, maraqlı abu-hava yaradırlar. Koko Şanelin “Aksessuar nə qədər çox olsa o qədər yaxşıdır” deyimindən ilham alaraq Zuleykha komandası aksessuarları qida məhsulları ilə bir araya gətirərək BLİSS mağazalar şəbəkəsinin daimi alıcılarını adət etdikləri mənzərəyə fərqli bucaq altında baxmağı təklif edir. Jurnalın budəfəki Editorialında zərif qadın əllərində cəmlənən diqqəti qida məhsullarının bəzək əşyaları ilə gözlənilməz harmoniyası yayındırır. Bu əşyaların soyuducularımızda gündəlik görməyə alışdığımız məhsullarla rəng, forma və əhvalına görə əlaqəli olduğunu hiss etmək mümkündür.

Layihənin məhz şəhərimizdə yetərincə tanınıb sevilən BLİSS mağazalar şəbəkəsi ilə həyata keçirməyimizə səbəb burada ən zəngin çeşidli seçimin olması idi. Burada nəinki gündəlik və ya ziyafət üçün görkəminizi tamamlayacağınız ən son dəbli aksessuarlar, eyni zamanda dəyərli və yaddaqalan hədiyyə ola biləcək əşyalar seçmək mümkündür. Dünyaca tanınmış fərqli brendlərin gümüşü, bronz və ya qızıl suyuna salınaraq müxtəlif çalarlarda daş-qaşlarla, dəri və metal hissəciklərlə tamamlanmış saat, qolbaq, üzük, sırğa, boyunbağı və digər əşyalara rast gəlmək olar. Hər zaman dəbdə qalmağı bacaran klassik və müasir tərzli mirvari dəstləri isə istənilən yaşda olan xanımların müraciət etdikləri seçimlər sırasındadır.
 

ccE
 

Güman ki, butikin daimi müştəriləri burada təqdim olunan saat brendləri ilə də tanışdırlar. Butikdə Guess, Romanson, Timex, Citizen, Spark və digər məşhur əcnəbi saat markalarının ən son modellərini əldə etmək mümkündür. İllərdir ki, müasir dizayna malik bu saat nümunələri keyfiyyəti və funksionallığı ilə alıcıların etibarını qazanmışdır.

Həmçinin butikdə “Swarovski”, firuzə, kəhrəba, pişik gözü, büllur, ametist, mirvari və digər daşlarla bəzədilmiş, qızıl suyuna salınmış gümüş zinyət əşyaları, eləcə də son illərin trendi olan bürünc üzüklərinin saysız nümunələrinə rast gəlmək olar.
İri gözə çarpan aksessuarlar sadə geyimi vurğulayaraq yerinə düşən vasitədir. Elə burada təqdim olunan dəbdəbəli, daş-qaşlı və ya iri metal qolbaqlarla sadə geyimlərinizə son ştrixləri vurğulaya biləcəksiniz.

 

BLİSS Mağazalar şəbəkəsi

Tel: +99412 4980418
WhatsApp: +99450 4080418

Ünvan:
– Nizami küç, 77 (Vətən kinoteatrının sırasında) (Torgovıy Filialı)
– Bülbül küç, 7 (Sahil metrosunun yanı) (Sahil filialı)
– Azadlıq pr, Fizuli küç,28 Mall T.M. 1 mərtəbə (28 mall filialı)
– Atatürk pr. Bizim market (Ayna sultanova filialı)
– Binəqədi rayonu, 9-cu mikrorayon,  Mir Cəlal küç, 59k, Favorit market (9-cu mik. filial)
– Xətai rayonu, Ehmədli qəsəbəsi, Sarayeva küç, 38c, Bizim market (Əhmədli filialı)
– Zahid Xəlil 62 (Yasamal – Makro Market)
– Xırdalan ş.Araz Market, Yeni Bazarın yanı.
– Xırdalan ş.Bizim Market,H.Əliyev parkının yanı.
– Xırdalan ş.Makro Market AAAF park
– Bakıxanov qəs.Aygün City TM 2 mərtəbə

 

 

Hazırladı: Mədinə Xəlilova

 

 

_J1A0552

_J1A0617m

_J1A0718m

_J1A0692m

_J1A0760m

_J1A0530m

 

 

 

Şərhlər

Menyu