Möcüzəvi kətan toxumu

Wooden spoon with flax seed
 

Kətan bitkisi birillik ot bitkisidir ki, bitkinin toxumları çox unikal xüsusiyyətlərə malikdir. Kətan toxumunun tərkibi omeqa3 yağ turşuları, omeqa6 , vitamin A, zülallar və digər orqanizm üçün lazım olan vacib komponentlərlə zəngindir. Bu toxumdan həm tibbdə, həm də kosmetologiyada istifadə olunur.

Toxumdan mədə bağırsaq xəstəlikləri, xroniki qəbzlik, xolestrolun təmizlənməsində, sinir sistemi və yaddaşın zəifləməsində istifadə olunur. Hamilə və kiçik yaşlı uşaqların kətan toxumundan istifadə etməsi isə tövsiyyə olunmur.

Kosmetologiyada bu toxumdan hazırlanan maskadan qırışlar əleyhinə istifadə olunur. Bu möcüzəvi toxumun artıq çəkidən əziyyət çəkən insanlara da faydası var. Belə ki, gün ərzində yeməyinizdə istifadə etməklə orqanizminizi  zərərli toksinlərdən və xolestroldan təmizləmiş olursunuz. Siz də bu toxumdan istifadə etməklə öz sağlamlığınızı və  gözəlliyinizi qoruya bilərsiniz.

Yadda saxlamaq lazımdır ki, bu toxumu  qəbul edərkən qida rasionuna riayət etmək və çoxlu su içmək lazımdır.

 

Hazırladı: Mehriban Ağayeva

 

 

 

 

keten-tohumu-yagi-720x450

 

Şərhlər

Menyu