İslandiya: Buz və alovun vəhdəti

6a00d8341bfb1653ef019b00bdcd2b970b
Qütb parıltısı ( Aurora borealis)
 


Qlobal Sülh İndeksinin
2015– ci il üçün hazırladığı hesabatda  liderliyi İslandiya ələ keçirib. Dünyanın ən təhlükəsiz və sülhsevər ölkəsi olan İslandiya öz ekstravaqant və heyrətamiz təbiət inciləri hesabına fotoqrafların diqqət mərkəzinə çevrilib. Bir çox səbəblərə görə səyahət etməyi sevənlərin bu ecazkar ölkəyə marağı daha da artmışdır.

Xüsusən qış aylarında açıq səmada rəqs edən mistik yaşıl, sarı, mavi işıqları müşahidə etmək İslandiyada fenomenal deyil, adi haldır.

İslandiyanı tanıdan populyar mərkəzlərdən biri də, dünyada tayı-bərabəri olmayan geotermal müalicəvi bulaqlardır. Paytaxt Reykyavikdən 40 km aralıda yerləşən Mavi Laqunun temperaturu 40 dərəcəyədək artır. Bu müalicəvi bulaqlar dərinin cavanlaşmasına kömək edir.

 

Blue-Lagoon-Iceland-2

Mavi Laqun Geotermal Spa (Blue Lagoon)

 

 

Qeyzerlərin vətəni sayılan İslandiya təkcə buna görə deyil, ətrafa yayılmış aysberqlər, qara lava çimərlikləri, püskürən vulkanlar  və s. ekstremal təbii gözəllikləri ilə turistləri heyran edir. Ring Road turu götürməklə siz 2010– cu ildə püskürərək hava nəqliyyat sistemini iflic edən Eyyafyallayokul vulkanından tutmuş, Yokusarlon buzlaqları, Şərq Fyordları və füsünkar Detifoss şəlaləsini ziyarət etmək imkanı qazanırsınız.
 

sdf

Arkanum Buzlaq Turları

 

Təbiəti hiss etməklə yanaşı ona qarşı həssassınızsa, İslandiyanın ən lüks oteli sayılan, eyni zamanda təbiətlə harmoniyada dizayn edilən İON otelində istirahət etmək sizin üçün unudulmaz  olacaq. Buradan siz lava püskürmələri, qütb parıltısını izləyə biləcək və termal bulaqlardan faydalanacaqsınız.
 

ion

İON Oteli

 

Reykyavik limanında yerləşən şüşələrlə örtülmüş möhtəşəm konsert və konfrans zalı Harpa öz avanqard dizaynı ilə gələnləri heyrətə salır. Memar Olafur Eliasson şüşə fasad istifadə edərək limandakı buzlaqların şüşədə əks olunan gözəlliyini ziyarətçilərə dəqiqliklə çatdırmışdır. İslandiya Simfonik Orkestri və İslandiya Operası burada yerləşir. Həmçinin bu möhtəşəm bina hər il İceland Airwave musiqi festivalına ev sahibliyi edir.
 

harpa_back

Harpa Konsert zalı

 

Hazırladı:  Züleyxa Şirinova

 

 

Şərhlər

Menyu