StylishTalks bloqu: “Sadəlik hər zaman dəbdədir”

unnamed (4)

Salam, “Zuleykha”-nın dəbli oxuyucuları! Mən İnstagramda Stylish Talks bloqunun müəllifi kimi tanınan Şeba bugündən etibarən jurnalda geyim seçimlərim və dəb məsləhətlərimlə sizlərlə də paylaşacağam.

İlk bloq yazımı daha çox sadə və yay mövsümündə yüngül olmasına görə sevilərək geyinilən gündəlik dəst seçməyi qərara aldım. Bu geyim dəsti sadə, rahat eyni zamanda şıq görünmək istəyən xanımlar üçün idealdır.

Elə geyim dəstləri vardır ki, onlar əlavə aksesuar və detalları sevmir. Bax elə bu üzərimdəki gördüyünüz boz, qolsuz köynək  kimi. Onu yüksək beli olan cins şalvarla geyinməklə bugünün trendlərindən olan tərz yaratmış oldum. Köynək və şalvar seçimimi etdikdən sonra hiss etdim ki, bu görünüşə canlı rənglər əlavə etmək lazımdır. “Look” sadə olsa da, maraqsız görünməsin. Beləliklə aksessuarlarda istifadə etdiyim  mövsümün daha bir trendi sayılan bordo rəng görünüşümə canlılıq gətirdi.

Çantam kiçik olsa da, üzərindəki kəmər detalı lookumun “gizli” aksesuarı oldu. Çantanın rənginə uyğun hündür dabanlı ayaqqabı seçdim. Məhz bu ayaqqabı bütün görünüşə bir andaca şıq görünüş gətirdi. Hündür dabanlı “stilettolar” bu tərz geyimlərə dəbli, göz oxşayan görünüş bəxş etmək üçün ən yaxşı seçimdir.

Bir az parıltım əksik idi. Bunu isə nazik, gözə çarpmayan, gün işığında incə parıltı verən boyunbağımla tamamladım. Bu kimi sadə geyim dəstlərini səliqəli, yay havasına uyğun, “çox” olmayan makyajla  tamamlamaq olar. Eynilə saçlarda da təbiilik və sadəliyi qorumaq lazımdır ki, ümumi olaraq yaratdığımız  tərzə uyğunlaşsın.

 

Köynək: Mango

Cins: Zara

Çanta: Mango

Ayaqqabı: Koton

Qızıl boyunbağı: Midiya

 

unnamed
unnamed
unnamed (3)
unnamed
unnamed (2)
unnamed (1)

 

Şərhlər

Menyu