İnteryerinizi tamamlayacaq gənc Azərbaycanlı rəssamların tabloları

Rəsm tabloları istənilən interyeri tamamlamaq üçün əvəzolunmaz dekordur. Orijinal rəsm əsərləri interyerə xüsusi “zənginlik” qatır. Düzgün seçilmiş tablo mənzildə qeyri- adi komfort yaradır. Rəsm əsərləri yalnız harmoniya elementi deyil, həm də insanın ruhunu sakitləşdirən bir dekor olmalıdır.

Rəsm əsəri seçimində bəzi nüanslara diqqət yetirmək lazımdır.

Vacib olan budur ki, hər bir otağın rəng palitrasını və uyğunlaşma prinsipini pozmadan əsəri seçməlisən. Qonaq otağında təbiət, iri şəhərlər təsvir olunmuş rəsm əsərləri həm gələn qonaqlarınıza, həm də sizə xoş əhval- ruhiyyə bəxş edəcək. Yataq otağının divarında abstrakt, modern təsvirlər və qadın siluetləri olan tablolar ruhunuzu sakitləşdirəcək. Rəngarəng meyvə natürmortları mətbəxdə yerinə düşən elemnt sayıla bilər. Uşaq otaqlarına isə daha da pozitiv abu- hava verəcək seçim edə bilərsiniz. Cizgi filmlərindəki şən qəhramanların yaşadığı nağıllar aləminə səyahətə aparan rəsmlər balacaların dünyasını zənginləşdirəcək. Eyni zamanda burada rəng seçimində diqqətli olun.

Hal- hazırda istedadlı, yerli rəssamlarımızın peşəkar əl işləri vardır ki, onları interyerdə zövqlə istifadə etmək olar. Gənclərin rəssamlığa olan marağı təqdirə layiqdir. İncəsənət insanı mənəvi zənginləşdirir, onun dünyaya baxışının formalaşmasında mühüm rol oynayır. İstedadlı, yerli rəssamların çəkdiyi rəsm əsərləri Bakı Xətai Sənət Mərkəzində toplanıb və incəsənət həvəskarları üçün sərgilənir. Belə sərgilərin təşkil olunması gəncləri ruhlandırır, onların zövqünün formalaşmasına xidmət edir. Bu məkan eyni zamanda əsərlərin zənginliyinə görə tanınır. Fərqli istiqamətlərdə incəsənət nümunələri galereyanın 3 mərtəbəsi boyunca buraya gələn qonaqları heyran edir.

Nəzərinizə çatdıraq ki, burada hətta rəsmlərin satışı da təşkil olunur. Bu cür istedadlı həmyerlilərimizin əsərləri evlərimizin inteyerinə xüsusi unikallıq qatmış olacaq. Odur ki, istənilən evə yaraşıq verə biləcək nadir dekor əşyaları və peşəkar rəsm əsərlərini tapa biləcəyiniz məkan məhz bura sayıla bilər.

 

Bakı Xətai Sənət Mərkəzində
Xətai prospekti 40 G

Tel: (994 12) 490- 84- 51
info@xsm.az

Hazırladı: Mehriban Ağayeva
 
 

Tariel Ehmedov Naturmort 30x35cm ketan yagli boya (2)

Tariyel Əhmədov. Natürmort. 

 
 
Emin Esgerov Pencere 145x180cm ketan yagli boya
Emin Əsgərov-  “Pəncərə”

 
 
Yusif Mirze Kompozisiya pastel kagiz

Yusif Mirzə. Kompazisiya. 
 
 

Celal Agayev Mis qablar 80x200cm ketan yagli boya
Cəlal Ağayev- “Mis qablar”

 

 

Celal Agayev At 230x100 ketan yagli boya
Cəlal Ağayev- “At”

 

 

Taleh Mirkazim Nar agaclari 75x130cm ketan yagli boya
Taleh Mirkazım- Nar ağacları

 

 

Tariel Ehmedov Naturmort 30x35cm ketan yagli boya (1)

Tariel Əhmədov- Natürmort

 

 

Raul Huseynov Xoruz 60x60cm ketan yagli boya

Raul Hüseynov- “Xoruz”

 

 

Metin Serifov Kaktuslar 80x100cm ketan yagli boya

Mətin Şərifov- Kaktuslar

 

 

Celal Agayev Baki 180x180cm ketan yagli boya

Cəlal Ağayev- “Bakı”

 

Celal Agayev Samovar 200x130 ketan yagli boya

Cəlal Ağayev- Samovar

 

Vafadar Baharov Qiz 100x140cm ketan yagli boya
Vəfadar Baharov- Qız

 

 

Emin Esgerov Muzikant 80x140cm ketan yagli boya

Emin Əsgərov- Muzikant

 

 

Celal Agayev Hamile qadin 110x200cm ketan yagli boya

Cəlal Ağayev- Hamilə qadın

 

 

Azad Sixeliyev Kompozisiya 40x30cm akvarel kagiz

Azad Şıxəliyev- Kompozisiya

 

Zohrab Dadashov Iceri seher 40x30cm akvarel kagiz

Zöhrab Dadaşov- İçəri şəhər

 

Taleh Mirkazim Gunaydin 100x50cm ketan yagli boya

Taleh Mirkazım- Günaydın

 

Anar Huseynzade Mudrik 100x100cm ketan yagli boya
Anar Hüseynzadə- Müdrik

 

 

 

 

 

 

 

Şərhlər

Menyu