Hicablı xanımların istirahət etdiyi top 5 istirahət məkanı

Mövsüm yay olduqda şəhərin səs- küyündən, iş yükündən müvəqqəti də olsa, uzaqlaşmaq üçün insanlar yay məzuniyyətini səbirsizliklə gözləyir. Hər kəsin əylənməyə ehtiyacı olduğu bir fəsildə istirahəti harada keçirə biləcəyi barədə düşünür. Bu zaman seçim etmək üçün məlumatlı olmaqda fayda var.

Xüsusən də hicablı xanımlar üçün istirahətdə rahatlıq və sərbəstlik önəmlidir. Bu səbəbdən belə bir məlumatın axtarışındasınızsa 5 qapalı istirahət məkanı haqqında müəyyən məlumatı əldə etməklə işinizi asanlaşdırmış olarsınız.

Türkiyə turizmin yüksək səviyyədə  inkişaf etdiyi ölkələrdən biridir və halal turizm sektoru da burada fəalliyyət göstərməkdədir. Təqdim edəcəyimiz istirahət zonaları bütün tələbatlara cavab verir. Türkiyənin  Alanya bölgəsindəki “Kurort plyaj  Adeniya”Mərmərə “Məklər yarımadası kurortu”Manavqatda “Selge Beach Resort”Avsallarda “Modern Saraylar”thiyyə “Evra Hotel” kimi gözəl istirahət məkanları fəaliyyət göstərir. İstirahət zonalarının özəlliklərinə görə seçim sizin istəyinizə bağlıdır.

 

“Kurort plyaj Adeniya”– kiçik yarımadada yerləşir. Tam yeni dəbdəbəli interyer və ekzotik dizayna malikdir. Bura unudulmaz yay tətili üçün ideal məkandır. Gündə 3 dəfə yemək (bufet), qadınlar və kişilər üçün ayrıca hovuz, sauna, türk hamamı və başqa xidmətlər bu kompleksə daxildir. Bundan əlavə müxtəlif əyləncələr, trenajor zalları da mövcuddur. Hətta uşaqların əyləncəsi üçün müxtəlif oyunlar, mini akvapark, oyun meydançaları, stolüstü tennis və kinoteatr fəaliyyət göstərir.

 

17170_KbsbDXAp4GEd6D33WkQriQ417176_emajhTaxulPEgQufqqzxsw

 

“Məklər yarımadası kurortu”– arzularınızı həyata keçirəcəyiniz, ecazkar Mərmərə dənizinin sahilindəki yarımadada yerləşir. Səhər və axşam yeməyi (bufet), 2 çimərlik – qadınlar üçün “Kleopatra qumu” ilə örtülmüş bağlı çimərlik, digəri isə ailələr üçün ümumi çimərlikdir. Burada 3 hovuz, 2 universal idman- sağlamlıq mərkəzi, tennis kortu, su idman növləri və yaxtada gəzinti mövcuddur. Axşam isə yalnız qadınlar üçün canlı musiqi və orkestr ifa edir. Uşaqlar üçün kartinq, kinoteatr  və oyun salonları var.

 

57127_CgcMZp5KbtaKwIqGgBYpog Villa Pool 23Pavilions 15

 

“Selge Beach hotel”– Aralıq dənizinin sahilində yerləşən, geniş əraziyə malik, yüksək kvalikasiyalı personal xidmətinizdədir. 3 dəfə yemək, qadınlar üçün 2 qapalı hovuz, kişilər üçün ayrı hovuz, 1 ümumi və 1 uşaqlar üçün olan hovuzlar fəaliyyət göstərir. Burada 2 bağlı çimərlik – qadınlar və ailələr üçün nəzərdə tutulub. Sauna və spa mərkəzləri, müxtəlif əyləncəli proqramlar, uşaqlar üçün oyunlar təşkil olunmuşdur.

 

70620_IrOtDaKLmi-cx0S1du5iSA 70622_1eEpdMj6ahDvIBPh4bldrg 70627_rj1zGseLfldW4-AHb7ZDiA

 

“Modern Saraylar Alanya”– palma və şam ağaclarının massivinə açılan gözəl mənzərəli ərazidə yerləşir. Qadınlar üçün qapalı və açıq hovuzlar, kişilər üçün ayrıca hovuz mövcuddur. Kompleksdən 1300 m məsafədə xüsusi çimərlik yerləşir. Həmçinin spa və sauna xidmətinizdə olacaq.

 

11393_JJMTOf0frklWrJ8f4t6Eqw 30172_IvE6Q94tj64Ra2vVP33NJw file (1) file

 

“Evra Hotel”– bu möhtəşəm görünüşlü, müasir butik otelin pəncərələri heyranedici dağ mənzərəsinə açılır. 3 dəfə yemək, oteldən 3km məsafədə ümumi çimərlik, qadınlar üçün qapalı hovuz, kişilər və uşaqlar üçün ayrı hovuz vardır. Trenajor zalı, bilyard zalları istirahətə gələnlərin ixtiyarındadır. Boş zamanları faydalı və əyləncəli keçirmək  üçün internet klub, kitabxana və uşaqlar üçün xüsusi məkanlar  düşünülmüşdür.

 

????????????????????????????????????

????????????????????????????????????

file

Hazırladı: Mehriban Ağayeva

Şərhlər

Menyu