Monique Lhuillier gəlinlikləri ilə “Alisa möcüzələr diyarında” səyahəti

Gəlinlik kolleksiyaları ilə moda aləmində hər zaman diqqət mərkəzində olan filippinli dizayner Monik Lülyer bu dəfə də heyrətamiz kolleksiyası ilə böyük marağa səbəb oldu.

Güpür detallar, balıq formalı ətəklər, uzun tül fatalar…Bu təkrarolunmaz və romantik gəlinlik modelləri xanımların görkəminə zəriflik qataraq onların şəhzadələr kimi görünməsinə zəmin yaradacaq.

Britni Spirs kimi bir çox məşhurların toy gününə imza atmış ənənəvi lüksün təmsilçisi Monique Lhuillier kolleksiyaları  fil sümüyü rəngindən, zərif güpür və şəffaf tüldən ibarətdir. Sadəliyi və həyəcanı özündə birləşdirən 18  fərqli modeldən ibarət kolleksiyada kristal daşlardan istifadə olunmuşdur. Kolleksiyanın sonunda isə “A” kəsimli qabarıq formalı modellərə rast gəlmək olar.

Dizayner ən son gəlinlik kolleksiyasını yaradarkən “Alisa möcüzələr diyarında” hekayəsindən  ilham almışdır.

 

Hazırladı: Mədinə Xəlilova

 

picture_1080p-363757 picture_1080p-363758 picture_1080p-363759 picture_1080p-363760 picture_1080p-363761 picture_1080p-363762 picture_1080p-363763 picture_1080p-363764 (1) picture_1080p-363764 picture_1080p-363765 picture_1080p-363766 picture_1080p-363767 picture_1080p-363768 picture_1080p-363769 picture_1080p-363770

 

Şərhlər

Menyu