İdmanı həyat tərzi seçən Aytən Mirəliyeva

11693218_901316476611903_1536209168_n
 

İradəli cəsur qadın Aytən Mirəliyeva üçün idman onun həyata yenidən qayıtmağının səbəbidir. “Idman sağlamlığın rəhnidir” kimi sözlər öz istəyinə nail olmuş xanımın həyat devizidir. Aytən Mirəliyevanın özünə inam və həyat sevgisi haqda fikirlərini bizimlə bölüşdü:

”Uşaqlıqdan idmanı çox sevirəm. Əvvələr yüngül atletika ilə məşğul olmuşam, aldığım zədə nəticəsində bir müddət idmandan uzaqlaşsam da idmansız qala bilmədim. Sonra özümü cüdoda sınadım, lakin heç bir nəticə olmadı. Bir gün təsadüfən trenajor zalına getdim. Bir neçə gündən sonra anladım ki, yenidən həyata qayıdıram. 10 ildir ki, bodibildinqlə məşğul oluram.
 
1972536_618298378247049_4134134647253366542_n

 
Müəyyən səbəblərdən yarışlara çıxmıram, ancaq 2014- cü ildə Pauerliftinqdə iştirak etdim və Azərbaycan kubokunu qazandım. Bu mənim üçün idmana sərf etdiyim illərin mükafatı idi. Hal- hazırda trenajor zallarının birində fitnes məşqçisi kimi çalışıram. Boyun və onurğa fəqərələrarası qrija, skolioz, protruziya, ürək-damar xəstəlikləri üzrə də fiziki məşqlər aparıram.

Ümumiyyətlə hesab edirəm ki, kişi və ya qadın olmağından asılı olmayaraq insan idmanla xobbi kimi və ya çəki atmaq üçün deyil, onu həyat tərzi yaşamalıdır. Mən həftənin beş günü idmanla məşğulam və qida rasionuma da ciddi əməl edirəm. Çünki düzgün qida sağlam qalmağımız üçün vacibdir ki, bu da elə lazımsız çəkinin artmamasına səbəb olur. İstərdim ki, bütün xanımlar bu fundamental həyat prinsipini anlayaraq tətbiq etsinlər və hər zaman sağlam və cavan görünsünlər. Unutmayaq ki, sağlam insan həm də inamlı insan deməkdir. Sağlam və cavan görkəm sözsüz ki, insanda güvən hissi yaradır. Əziz xanımlar, hər zaman özünüzə güvənin və iradəli olun! Sağlamlıq elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmaz.”

 
 
Hazırladı: Mehriban Ağayeva
 
 

Şərhlər

Menyu