Aynur Məmmədova: “Ətrafındakılar belə sənə inanmasa, sən özünə inanmalısan.”

cover
 
– Aynur xanım, TV-dən korporativ mühitə düşmək, PR- la məşğul olmaq ideyası hardan yarandı? Bu sizin seçiminiz olub, yoxsa həyat karyeranızın təsadüfən bu istiqamətdə irəliləməsinə təkan verdi?

– Əslində hər şey televiziyadan başladı. Televiziyada aparıcı, daha sonra jurnalda işləmişəm, ssenari yazıb reklam çarxlarını səsləndirməklə yanaşı Azərbaycan dilinə tərcümələr də edirdim. Bundan əlavə radioda da çalışırdım. Lakin hər zaman içimdən yeni bir istiqaməti sınamaq hissi keçirdi. Beləcə, Park Bulvardan PR vəzifəsi ilə bağlı təklif gəldi. İlk olaraq düşündüm ki, bacarmaram, lakin özümü inandırdım ki, bu işi də sınamalıyam. Daha sonra isə Four Seasons otelindən təklif aldım. Bugün keçmişə dönüb karyeramın hansı axarla gəlməsini düşünəndə bunların təsadüf olduğunu düşünmürəm. İnanıram ki, PR istiqamətində olmasaydım belə, istənilən sahədə özümü tapacaqdım.

Four Seasons  möhtəşəm və böyük oteldir. Bununla belə siz işinizi sərbəst yerinə yetirən vər çətinliyin öhdəsindən gən müssis təəssüratı yaradırsınız. İşinizdən daha çox şikayət edirsiniz, yoxsa bütün çətinliklə baxmayaraq ondan məmnunsunuz?

– Böyük insan kütləsi qarşısında əminliklə durmağı teleefirlərdə öyrəndim. Bu vəzifə səni hər an diqqətli olmağını tələb edir. Hər hansı xəta olan halda isə dərhal situasiyadan çıxmağı bacarmalısan. PR işində də bu belədir. Deyə bilmərəm ki, PR ixtisası üzrə fəaliyyətimə başladıqda bu işin incəliklərini tam bilirdim. Etiraf edirəm ki, hər şeyi sıfırdan öyrənməli oldum. Amma onu da qeyd etməliyəm ki, öncəki iş və həyat təcrübəm bu işdə mənə yardımçı oldu. Bu işdə mənə həm də daim öz üzrərimdə durmadan işləmək, bilmədiklərimi araşdırıb öyrənmək kömək oldu. Bir də sizə bir sirr açım ki, inam böyük rol oynayır. Dəfələrlə olub ki, hər hansı layihəni təklif etdikdə onun uğurlu olacağına məndən başqa heç kəs inanmayıb. Lakin sonda işin nəticəsi ilə çoxlarını təəccübləndirə bilmişəm. Buna elə tanınmış “Teddy ilə səhər yeməyi” layihəsini misal göstərmək olar.

– Hər peşənin sevilən və sevilmən təfləri var. Sizə gö PR sahəsində bunlar hansılardır? 

– Xaraktercə emosional insanam. Bəzən qərarlarımı əhval-ruhiyyəmə görə verirəm. Məsələn, yetərincə sosial insan olsam da bəzən evə dönərkən çox yorğun olsam evdəkilərlə ünsiyytədən belə qaçıram. Bunun həmişə düzgün olduğunu hesab etmirəm, xüsusən də işdə. PR sahəsi elə sahədir ki, hər zaman insanların əhatəsində, ünsiyyətdə olumalısan. Bu bəlkə də işimin  yeganə tərəfidir ki, bəzən məni yorur.

– Artıq neçə illərdir ki, bu otelde çalışırsınız. Görünür sizi bura bağlayan özəl səblər var. Sizcə bunlar nədir?

– Mən artıq Four Seasons otelində 4 ildir ki, çalışıram. Buranın mənim üçün bir iş yeri kimi özəlliyi ondadır ki, daim təlimlər və işdə yaranan layihələr nəticəsində insan inkişaf edir, böyüyür. Təbii ki, işinə öz evi kimi yanaşan insan üçün mühitin mehriban olması çox önəmlidir.
 
5
 
– Peşənizlə bağlı özəl vərdişləriniz varmı?
– Əlbəttə! Çalışdığım məkanda komanda işinə və ətrafdakılara hər zaman kömək etməyə o qədər alışmışam ki, artıq bu məndə hara getsəm- yolda, hava limanında, təyyarədə belə məndən xahiş etməsələr də insanlara  kömək etməyə çalışıram. Yəni belə bir mühitdə və ümumiyyətlə belə servisdə işləyən insanlarda belə vərdişlərin yaranması yəqin təəccüblü deyil.

– Yeri gəlmişn PR-a daha çox diqqət ayırdığınıza baxmayaraq sizi hələ də TV- da izləyirik. Bir gün yenidən bütünlüklə TV-ə qayıdardınızmı

– Əslində televiziyadan çoxdan uzaqlaşmağa çalışıram. Lakin son 7 ilə yaxın lotoreya verilişində canlı yayımda aparıcıyam. Yəqin məhz kameralar qarşısında əsl stress atdığıma inanmayacaqsınız, amma bu həqiqətən belədir. Nə qədər yorğun olub gərgin iş qrafikimə görə özümü danlasam da kameraların işığı yanan kimi hər şeyi unudub yenidən özümü toplaya bilirəm.

– Four Seasons oteli restoran və otellərində müştəri xidmətlərinin keyfiyyətinə görə tanınmışdır. Otelin digər ölkələrdə tətbiq etdiyi beynəlxalq standartları Bakıda da tətbiq edirsinizmi? Yerli adət- ənənələrə görə bəzi qaydalar uyğunlaşdırılırmı? 

– Ümumiyyətlə, Four Seasons Baku oteli beynəlxalq olduğu üçün yerli adət- ənənələri hər zaman nəzərə alır. Otellər şəhərdən- şəhərə, ölkədən- ölkəyə  dəyişir. Məsələn, Four Seasons otelinin bəzi restoranlarında salfeti açıb masada əyləşmiş xanımın üzərinə qoyurlar. Biz bu otel qaydasının Bakıda da tətbiqi haqda düşündük. Eləcə də, yemək porslarının ölçüsü və ya menyunun tərtib olunması. Terrasda hətta təndir də yerləşdirilmişdir ki, burada çörək və kabablar bişirilir.  Nəticədə yenə də anlayırsan ki, yerli adətləri nəzərə almasısan. Çünki burada olan hər şey məhz müştəri üçündür.

– Aşpazlarınızın sayəsində restoranlarınız da yerli sakinlər təfindən sevilir. Bu peşəkar aşpazların seçimi necə baş verir? Yerli sakinləri bu restoranalar hansı cəhətinə gö özü sevdirə bilir?

– Təbii ki, gözəl yeməklərinə və xidmətə görə. Əslində aşpaz vəzifəsinə namizədlər böyük seçim turu keçir. Göstəricilər arasında isə aşpazın hansı mətbəxin yeməklərini hazırlayacağından tutmuş, peşəkarlıq və gülərüzlüyünə görə qiymətləndirilir.

– Karyera mövzusunu qoyaq bir kənara. Aynur xanım ilk öncə bir xanımdır. O həyatından məmnundurmu?

– Bəli, hər şeyi istədiyim kimi edirəm və buna nail olmağı bacarıram. Bəzən əziyyətli olur, fiziki və mənəvi çox yoruluram. Əslində həyatda mənə heç bir şey asan başa gəlməyib. Ona görə də hər şeyin qədrini bilirəm.
 
13
 
– Qızıl balığın nağılında olduğu kimi 3 istək şansı versəydilər Aynur həyatında nəyi dəyişərdi?

– İnanın ki, heç nəyi dəyişməzdim. Həyatımda baş vermiş hər sevincli və ya kədərli anlara görə şükürlüyəm. Səhvlərim mənim təcrübəmdir və onlar mənə aiddir. Amma elə bir istək şansı olsaydı, sadəcə can sağlığı istərdim. İstədiyim bir çox şeyləri sınamışam, hətta dəyişiklik üçün saçımın rəngini və uzunluğunu dəyişdiyim vaxtlar da olub. Saçlarımı kəsdim və qaraya boyadım. Lakin vaxt keçdi və yenidən əvvəlki görkəmim üçün darıxdım. Zaman mənə özümü olduğum kimi sevməyi və şükürlü olmağı öyrətdi.

– Facebook və İnstagram səhifənizdə “love is in the air” adlı haştaqınız məşhurdur. Əslində bu haştaqın açıqlaması nədir?

– Bu mənim ən sevdiyim haştaqdır, çünki mən həyatda hər şeyə vurğunam. Onu olduğu kimi sevirəm. Sevginin həyatda ən aparıcı qüvvə olduğuna inanıram. O hər yerdədir. Bu sadəcə səhər qarşınıza ilk çıxan insanın üzündəki təbəssüm də ola bilər ki, sizin gününüzün axarına müsbət təsir edəcək.

– İşgüzar qadınlar üçün Aynur xanımın ən praktik yemək resepti nədir?

– Ən praktik yemək təbii ki, hansısa bir salatdır. Tərəvəzlərdən hazırlanan salatlar adətən həm tez hazır olur, həm də yüngül olur. Ümumiyyətlə isə etiraf edim ki, mətbəxdə çox vaxt keçirməyə imkanım olmur. Anam isə mənim xilaskarımdır.
 
15
 
– Pəhrizlərə inanırsınızmı? Yoxsa fikrinizcə bunlar bir əfsanədir?

– Bəli, həyatımda bir çox pəhrizlər saxlamışam. Sadəcə uzun müddətli pəhrizləri faydalı hesab etmirəm. Bu səbəbdən də hazırda pəhrizlərdən tam uzaqlaşmışam və sadəcə sağlam qidalanmağa çalışıram. Tam olaraq yağlı yeməklərdən imtina etmişəm, orqanizmim çörək də tələb etmir. Eləcə də hal- hazırda idmana daha çox üstünlük verirəm, nəinki pəhrizlərə.

rgin iş qrafikini nəzərə alsaq bugünün işgüzar xanımı sağlam həyat tərzinə uyğunlaşa bilirmi?

– Təbii ki, çox rahat. Çünki sizin ayrıca idmanla məşğul olmağa vaxtınız olmasa belə, hər yerə piyada gedə bilərsiniz. Hətta liftdən heç istifadə etməyib pilləkanlarla qalxıb – düşmək də mümkündür. Evdə isə 15 dəqiqə yemək hazır olana kimi müəyyən hərəkətlər etmək olar. Ev üçün trenajorların alınmasına praktik baxmıram. Çünki idman zalının həvəsləndirici ab-havası olur. Zalda 3-4 saat keçirməyə də ehtiyac yoxdur. Həftədə 3 dəfə 45 dəqiqə zalda keçirmək məncə kifayətdir. Və hər zaman gəzmək lazımdır. Bulvarımızda uzun yürüşlər hazırda ən sevdiyim məşğuliyyətimdir. Elə dünən 11 km gəzmişik.
 
2
 
– Uğurlu işgüzar qadının 3 qızıl qaydası hansılardır?

1- İnam- heç bir zaman və heç bir halda ruhdan düşməmək! Ətrafındakılar belə sənə inanmasa, sən özünə inanmalısan. İlk addımlarda büdrəsən də, amma sonunda mütləq alınacaq. Heç bir zaman yolundan geri dönməməlisən. Anlamalısan ki, həyat enişli-yoxuşlu anlardan ibarətdir. Və onlarla rastlaşdıqda geri çəkilməməlisən. Özqüvənin nəinki qadın üçün, həm də kişi üçün vacibliyini vurğulamaq istərdim.

2- Hər zaman öz üzərində çalışmalısan, daima yeni şeylər öyrənməlisən.

3- Xoşbəxt olmalısan. Depressiyada olan insanlar heç vaxt uğur əldə edə bilməz. Hər zaman özünüzə  qulaq asın, heç vaxt başqalarının  fikirləri ilə oturub-durmayın. Tənqid var ki, səni irəli aparır, tənqid də var ki, səni arxaya çəkir. Hər zaman balansı müəyyən etməyə çalışın.

– Bugün Aynur xanım aşpaz Federiko Parraviçini ilə yarışacaq. Sizcə bugün kim qalib gələcək? 

– Təcrübəni nəzərə alsaq, təbii ki aşpazımız qalib gələr. Amma deyim ki, mənim də əlimin duzu var! (gülür)

 

14(Aşpaz Federiko Parraviçini)

 

– Federiko Bakıya gəlişinizdən  məmnunsunuzmu?
Federiko: Bəli, məmnunam. Daha öncə BƏƏ-də çalışmışam. Deyə bilərəm ki, adətlərinə görə Azərbaycana bənzər ölkədə iş təcrübəm olub.

– Artıq yerli mətbəximizi dadmağa imkanınız olubmu? Azərbaycan  mətbəxi sizcə ən çox nəyinə görə yadda qalır?
Federiko:
Dadmışam. Mətbəxinizdə daha çox ətli yeməkləri bəyəndim. Sizin kababın hazırlanma üsuluna heyranam.

-Azərbaycanın zəngin mətbəxini nəzərə alsaq yerli sakinlərə xarici mətbəxi sevdirmək çətin olmadı ki?
Federiko: Düşünmürəm ki, çətin olmadı. Bakılılar Avropa mətbəxi ilə tanışdırlar.

-Ağlınızdan heç belə bir ideya keçibmi ki, hansısa sevdiyiniz resepti azərbaycansayağı  hazırlayasınız?
Federiko: Açığı bu barədə düşünürəm. Bu çox güman ki, tərəvəzli və təndirdə bişmiş ət və ya toyuqla əlaqəli bir şey olacaq.

– Sizcə əsl spaqettini hazırlamaq üçün italyan olmalısan?
Federiko: Əslində hətta italyanlar belə spaqettini fərqli hazırlaya bilər. Və alınmış yemək fərqli dada bilər. Düşünürəm bu italyan olub-olmamağından daha çox insanın əlinin duzundan asılıdır.

– Bir azdan mətbəxdə Aynur xanımla yarışacaqsınız. Sizcə bu gün kim qalib gələcək?
Federiko: Bilmək olmaz, Aynur xanım çox iddialıdır. (gülür)

 

10
 
Krab və çerri pomidorlu spaqettinin hazırlanma qaydası:

Içindəkilər:

– 16-20 krab
– Zeytun yağı
– Sarımsaq
– Qırmızı acı bibər
– Yaşıl reyhan
– Çerri pomidoru
-Pomidor sousu
-Spaqetti

Hazırlanması:

– Qazanda spaqettini duzlu suda qaynadırıq.
– Krabları quyruğundan ayırın və tavada zeytun yağı, acı bibər, əzilmiş sarımsaq və yaşıl reyhanla qovurun.
– Spaqetti bişdikdən sonra tavada hazırlanan sosun üzərinə əlavə edin.
– Biryerdə bişirin və üzərinə ikiyə bölünmüş çerri pomidorları əlavə edin.
– Üzərinə pomidor sousu və doğranmış cəfəri əlavə edin.
– Dərin qabda , üzərini zövqə görə dizayn edərək süfrəyə verə bilərsiniz.
 
 
Hazırladı: Veronika K.
Foto: Tahir Sadıxov
Məkan: Four Seasons Hotel Baku
 
 
6412311

Şərhlər

Menyu