Məşqlər zamanı düzgün nəfəsalmanın vacibliyi

11720518_1749622525136466_1135013075_n
 
Təcrübəli peşəkar idmançılar adətən məşqlərə başlamamış ilk öncə məşqlər zamanı düzgün nəfəs almadan danışır. Bəs niyə bu ən önəmli mövzudur? Çünki məşğul olduğunuz idman hərəkətlərinin effektliyi düzgün tənəffüsdən asılıdır.

İdman hərəkətləri zamanı dərindən nəfəs almaq önəmlidir. Tənəffüs zamanı diafraqma ilə nəfəsi tənzimləmək lazımdır. Bunun üçün burunla nəfəsi alıb, ağıla geri buraxmaq lazımdır. Fiziki hərəkətləri çox yerinə yetirdikcə artıq nəfəs burundan alınıb, ağızla tənəffüs olunur. Düzgün nəfəs məşğul olduğunuz idman növündə istədiyiniz nəticəyə nail olmaq deməkdir.

1. Günlərlə etdiyiniz məşqlər və bu zaman arzuolunmaz kilo, kalorilərdən azad olmaq üçün ilk öncə düzgün tənəffüs uğurlu nəticə əldə etməyə imkan verir. Əgər tənəffüsə düzgün riayət olunmazsa, etdiyiniz məşqlərin heç bir əhəmiyyəti olmaz. Bəs bu necə baş verir? Məsələ burasındadır ki, tənəffüs orqanizmi oksigenlə zənginləşdirir, qan dövranı sürətlənir, bu isə öz növbəsində əzələlərdə enerji yaradır. Və məhz bu enerji nəticəsində artıq “yağlar” yanır.

2. Insan orqanizminin fəaliyyəti elə qurulmuşdur ki, düzgün nəfəs alma nəticəsində o rahatlayır. Bu isə o deməkdir ki, adrenalin və kortizol kimi stress hormanlarının  qarşısı alınır. Çüki stress insanda özünüqoruma funksiyasını dərhal canlandırır ki, bu da metobolizmi zəiflədir.
 

3. Dərindən nəfəs almaq üçün insan təbiətən qamətini düzləşdirməli olur. Demək, düzgün nəfəsalma həm də bədənin düzgün vəziyyətdə durmağına səbəb olur. Çünki səhv vəziyyətdə (sıxılmış çiyinlər, onurğaya güc düşməsi və s.) məşq etmək sizə əlavə problemlər yarada bilər.

4. Düzgün tənəffüz idman hərəkətlərini etməyə kömək edir. Nəfəsinizi içəri aldıqda daha çox oksigenlə birgə bədəniniz daha çox güc yığmış olur. Əzələlərdə isə güc çox olduqca siz daha asan və effektiv məşq edə biləcəksiniz.

5. Və nəhayət, tənəffüz beyinin funksiyasını yaxşılaşdırır və diqqəti gücləndirir.

 
 
Hazırladı: Mehriban Ağayeva

 

Şərhlər

Menyu