Təntənəli Bakı 2015 idman festivalının bağlanış mərasimi

56671_12-LG-HD

Bütün dünyada ilk dəfə təşkil olunan Avropa oyunlarını qonaq edən Bakı 2015 təntənəli bağlanış mərasimi ilə sona çatdı. 68 min izləyici qəbul edən Bakı Olimpiya Stadiona dünən gecə tarixə alovlu hərflərlə yazılacaq mərasimin şahidi oldu.

17 gün davam edən və həyəcanla izlənən oyunlarda 6 mindən çox idmançı 253 medal uğrunda mübarizə apardı. Oyunlarda 79 qızıl medalla Rusiya birinci, 21 qızıl medalla Azərbaycan ikinci və 18 qızıl medalla İngiltərə üçüncü yerə yüksəldi.

Bakı 2015 bağlanış mərasimi Azərbaycan dövlət himninin oxunması və Azərbaycan dövlət bayrağının yüksəlməsi ilə başladı.

Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə yaradıcı və milli ruhda idi. Bununla da tamaşaçılar bir anlıq ölkəmizin zəngin tarixinə səyahət etmiş oldular.

Rəsmi çıxışlardan sonra mərasim səhnədə rəqqasların yaratdığı enerji qığılcımı və səhnə şouları ilə izləyənləri heyrətləndirdi. Gecə Azərbaycan kamançısı Elnur Mikayılov və sənətçi Lamiyə Kərimovanın səsləndirdiyi musiqi, qum sənətçilərinin nümayişi və digər rəngarəng işıq, alov şouları ilə davam etdi. Alovdan düzəldilmiş simurq quşunun səhnənin mərkəzində qalxması tamaşaçılara unudlmaz anlar yaşatdı.

Bədii səhnələrin ardınca idmançılar stadiona daxil olub səhnədən keçərək öz yerlərini aldılar.

Daha sonra Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamladı və tədbirin açılış nitqini söylədi. İri miqyaslı idman tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirən Mehriban Əliyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürür hissi duyduğunu dedi: Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.” 

Daha sonra çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. O fərqli mədəniyyətlərin bir arada yaşadığı Avropanın son 17 gündə Azərbaycanın vasitəsilə olimpiya ruhuyla birləşdiyini ifadə etdi. Və o, nitqinin sonunda 4 ildən sonra bir araya gəlmək ümidi ilə Bakı 2015 Avropa Oyunlarının sona yetdiyini elan etdi.

Mərasimin ən maraqlı anlarında biri də uşaqların səhnəyə gələrək böyük çılçıraq halqasını səmaya qaldırdığı an oldu. Əlli iştirakçı dövləti təmsil edən 50 uşaqdan biri Oyunların alovu ilə çırağını yandırdı və alovu başqa uşaqlarla bölüşdü.

Və bağlanış mərasimi dünyaca məşhur  müğənnilər Con Nyumen və “Clean Bandit” qrupunun ifa etdikləri mahnıların sədaları altında davam etdi.

 

Hazırladı: Gülnar Məmmədova

56624_12-LG-HD (1)

56569_12-LG-HD

56655_12-LG-HD

56576_12-LG-HD

56586_12-LG-HD 56579_12-LG-HD 56587_12-LG-HD 56647_12-LG-HD 56653_12-LG-HD 56651_12-LG-HD 56645_12-LG-HD 56669_12-LG-HD 56691_12-LG-HD 56694_12-LG-HD 56692_12-LG-HD 56673_12-LG-HD 56674_8-LG-HD

56611_12-LG-HD

 

 

Şərhlər

Menyu