Türkiyədən dəvətli peşəkar Şahin Hasayla birgə pilates məşqi

25
 
Bu yaxınlarda şəhərin mərkəzində rəsmi açılışı baş tutmuş Baku Pilates Center (BPC)  yenidən “Sağlamlıq” rubrikasına tövhələri ilə davam edir.

Baku Pilates Center (BPC) şəhərimizdə açılmış yeganə və ilk klubdur ki, yalnız pilates məşqlərinə həsr olunub. Xaricdə təlim keçmiş peşəkar məşqçilər və elə Jozef Pilatesin özü tərəfindən ixtira olunmuş trenajorlar sayəsində şəhərin idman sevərləri artıq əsl pilates məşqlərinə yazıla bilərlər.

Pilatesin nəcə bir idman növü olduğunu və faydaları haqda maraqlananların nəzərinə çatdıraq ki, asan məşq olunan, lakin çox effektiv idman növü olan pilates insanın həm əzələ, həm də sümüklərinin sağlam və elastik fəaliyyətini təmin edir. Bu məşqlərin sayəsində insan daha yaxşı nəfəs alır, qaməti düzəlir, əzələləri möhkəmlənir, qan dövranı və daxili orqlanların fəaliyyəti yaxşılaşır, əhvalı yüksəlir – bir sözlə bu idman növü orqanizminiz üzərində sizə tam nəzarət təmin edir.  Bu da öz növbəsində daha keyfiyyətli həyat tərzinə gətirir və ümumi harmoniyada yaşamağınıza imkan verir.

Klubun pilates üzrə xarici sertifikasiya almış və Türkiyədən dəvətli məşqçisi Şahin Hasayın 1 ay müddətində Bakıda olacağını bilirdik. Və elə bu məqsədlə ondan “Zuleykha” oxucuları üçün bir pilates məşqini nümayiş etdirməyi xahiş etdik.

Hərəkətlərin ilk baxışdan çox bəsit görünməsinə baxmayaraq, bədənini onları tam və düzgün etməsi və daha plastik olması üçün zaman tələb olunur. Ən əsası isə görünüşcə asan görünən bu hərəkətlər sayəsində bədənin daxili əzələləri belə çalışır. Buna görə də məşqlərdə ən önəmli prinsip düzgün nəfəs almaq və hərəkətləri doğru şəkildə yerinə yetirməkdir. Diqqətinizə əsas pilates hərəkətlərini təqdim edirik.

Baku Pilates Center (BPC)
İstiqlaliyyat 31A,
Tel: +994 12 497 1236
+994 55 959 1536

Hazırladı: Gülnar Məmmədova
Foto: Rəşad Məmmədli

 

 

1 2

1. Körpü- onurğa elastikliyini və gücünü artır, qalça və ayaq əzələləri güclənir.

 
 
 

3 4

2. Kranç– qarın əzələlərini gücləndirir.

 
 
 

56

3. Müstəvi – onurğa və qalça möhkəmliyini gücləndirir.

 
 
 

8

4. Tək ayaqla gərəlmə– qarın və ayaq əzələlərini gücləndirir, onurğa sabitliyini artırır.

 
 
 
911

5. Kriskros– qarın və ayaq əzələlərini gücləndirir, onurğa sabitliyini artırır.

 
 
 

1214

6. Ayaq hərəkətləri– ayaq əzələlərini gücləndirir.

 
 
 
15 16

7. Bel və qol hərəkətləri– çiyin, onurğa, sinə və qarın əzələləri möhkəmlənir.

 
 
 

17

8. Diz-qarın hərəkətləri- qarın və ayaq əzələlərini və eyni zamanda çiyin və onurğa sütünü güclənir.

 
 
 
18 19

9. Qu quşu – bel, qol əzələlərini gücləndirir, onurğanın elastikliyini artırır.

 
 
 

20

10. Ayaqlar kəmərdə – qalça, ayaq əzələlərini qüvvətləndirir və elastikliyini təmin edir.

 
 
 

21

 11. Qısa bel masajı – onurğaya masaj edir, elastikliyini artırır, qarın əzələlərini gücləndirir.

 
 
 
22

12. Sehirbaz – onurğanı gücləndirir, qalça, ayaq və qarın əzələlərini gücləndirir.

 
 
 

23

13. Qartal – onurğanın elastikliyini artırır.

 
 
 
 

Şərhlər

Menyu