Editorial: “Zuleykha”-nın seçimi yerli brendlərdir

1-08

 

Son zamanlar modanın nəbzinin Bakıda atdığı bir ərəfədə keçirilən tədbirlər dəb sevərlərin və modelyerlərin diqqətini cəlb edir, xarici və yerli modelyerlərin əl işlərini nümayiş etdirməyə imkan yaradır və onları yeni kolleksiyalar yaratmağa ilhamlandırır.

“Zuleykha” jurnalı yerli istedadlara dəstək məqsədilə daim bacarıqlı həmyerlilərimizin axtarışında olur, onların maraqlı əl işlərini – kulinariya, incəsənət, moda, media, bloq və s. kimi istiqamətlərdə nailiyyətlərini önə gətirir, işıqlandırır və imkanlar yaradır. Bu dəfə jurnalımız yerli modelyer və dizaynerlərə dəstək olaraq yeni “Zuleykha”-nın seçimi yerli brendlərdir” adlı layihəyə təşəbbüs göstərdi. Gələcəkdə jurnalımızda davamlı olaraq izləyə biləcəyiniz layihənin açılışını isə ilk olaraq elə jurnalın Təsisçisi və Kreativ Direktoru Lalə Mirzəyeva etməyə cəsarətləndi.

Və bu səbəbdən onun üçün xüsusi yaradılmış obrazlarda istifadə olunmuş geyim və aksesuarlar istedadlı yerli dizaynerlərin əl işidir. Stilist olaraq layihədə iştirak edən Aynur Əlibəyova obrazlar müəyyən olunmamışdan öncə geyindirəcəyi xanımın adətən üstünlük verdiyi geyim tərzi haqda məlumat almış və bunun əsasında ona ruhən yaxın olan obrazlar yaratmağa çalışmışdır.

 

e1E

 

Söhbət zamanı məlum oldu ki, o dəb dünyasının hədsiz pərəstişkarı olmasa da onu izləyir və gündəlik geyimlərində heç zaman dəbdən düşməyən unikal və etnik motivlər olan aksessuar və geyim əşyaları, daha çox pastel və qara rəngli baş örtükləri istifadə edir.  O iş xanımı olaraq geyimində praktikliyi və rahatlığı daha çox vacib hesab edərək, eyni zamanda etiraf edir ki, qarderobunda gündəliyə və işgüzar tərz üçün kişi qarderobuna yaxın elementlər də istifadə etməyi sevir. Bütün bu fikirləri nəzərə alaraq isə aşağıdakı obrazlar yaradılmışdır.

Eyni zamanda jurnalımız layihədə iştirak edən istedadlı və peşəkar modelyerlərəHokuma by Hokuma Hajiyeva” brendinin müəllifi Hökümə Hacıyeva, “Turan fashion” brendinin müəllifi Turan Kərimbəyliyə, “Fashion Couture” brendinin müəllifi Ülkər Hüseynova, “De Camie” brendinin müəllifi Kəmalə İbrahimovaya, “Hijab Queen” brendinin müəllifi Fəridə Əfəndiyevaya yaradıcılıqlarında uğurlar arzu edir və gələcəkdə də yerli modasevərləri yeni kolleksiyaları ilə sevindirməyi diləyir.

Modasevərlərimizi isə yerli modelyer və dizaynerlərlə yaxından maraqlanmağı, onların unikal əl işlərini sevdikləri digər xarici brendlərlə calaşdıraraq unikal tərzdə geyinməyə çağırırıq. İnanırıq ki, bu həm yerli moda industriyasının inkişafına, eləcə də qarderobunuzun daha da zənginləşməsinə səbəb olacaq.
 
 
Hazırladı: Gülnar Məmmədova
Stil: Aynur Əlibəyova
Makiyaj və hijab: Günel Rəhimova
Foto: Rasim Akifoğlu
 
 

1-041-02
1-12
 

Pencək – “Hokuma by Hokuma Hajiyeva”
Köynək/Baş örtüyü – “Hijab Queen”

 
 

“Turan fashion”
Stul- “Chelebi Furniture & Decor”

 
 
1-111-03
 
 

Kofta / Yubka / Sırğalar / Jilet- “Turan fashion”

Mebel və dekor – “Chelebi Furniture & Decor”

 
 

 1-08

Jilet /  Dəri Yubka / Baş aksessuarı – “Turan fashion”

 
 

1-10

Paltar / Köynək –  “De  Camie”

 
 
1-071-06
Kofta – Fashion Couture”
Yubka – “Hijab Queen”

 
 
 
 
 

Şərhlər

Menyu