Ağla balam, ağla..Və ya erkən yaşdan möhkəm iradə

cov b2
 

Yeni doğulan körpə öz narahatçılığını ağlamaqla bildirir. Bu narahatçılığa səbəb aclıq və ya hələ tam formalaşmayan mədə bağırsaqda həzm problemi, yaş bez, isti və ya soyuq mühit və hətta körpənin ana ürəyinin döyüntüsü və nəfəsi üçün darıxması ola bilər. Beləki, körpənin fiziki tələbatlarından əlavə emosional tələbatlarının ödənilməsi sağlam gələcəyin əsas təminatıdır. Əbəs yerə isti ana qucağı körpənin inkişafında mühüm rol oynamır.

Kifayət qədər valideyn qayğısı, doğmalarının sevgisini ilə əhatə olunan körpələr nəinki fiziki, hətta psixoloji cəhətdən sağlam böyüyürlər. Lakin bəzən ifrat diqqət, aşırı həssaslıq və yersiz yardımlar övlada xələl yetirə bilər. Əgər uşaq ac, susuz, yuxusuz deyilsə, bezi təmiz, havaya uyğun geyinmişdirsə, bir sözlə ağlamaq üçün ciddi səbəbi yoxdur, lakin ağlayırsa, nə əsəbləşməyə, nə də təlaşa yol verməyə ehtiyac yoxdur. Beləki, hələ danışmağı bacarmayan balaca öz istəyini izah etmək üçün adətən qışqırır. Sadəcə səbrli olub “Axı sən nə istəyirsən?” kimi suallarla üstünə qışqırmayın yaxud da “Ay aman, nə oldu?” deyərək qorxu ilə üstünə qaçmayın. Və ən əsası səbəbi bilmədən onun diqqətini yayındırmağa cəhd etməyin. Əgər hər qəfil ağladıqca yanına qaçaraq “can-can” edib əlinə sevdiyi şirniyyatı versək, yaxud tutaq ki, rəngli halqaları ardıcıl olaraq üst-üstə yığa bilməyəndə əlindən alıb tez tələsik ona başa salmadan  özümüz yığırıqsa, öz fikrini izah edə bilməyən körpədə artıq qışqırma, ağlama adətini inkişaf etdirmiş olacağıq.

Nəticədə hər zaman bütün tələbatları siz tərəfdən ödənilən, imkan tapdıqca sizin diqqətinizi cəlb etməyə cəhd edən ərköyün övlada sahib olacaqsınız. Bu baş verməsin deyə sakit, təmkinlə ona yaxınlaşaraq səbəbi aydınlaşdırmağa çalışın. Daha sonra əgər yardım edə bilməyəcəksinizsə, bunu ona izah etməyə çalışın. Əgər başa düşməyib ağlamağa davam edərsə, ona otaqda ağlamağa imkan verin.
 
8
 
Avstraliya alimlərinin Melburndakı Merdok və Kral uşaq hospitallarında aparılan 6 illik araşdırmasına əsasən sərbəst yatmaqdan imtina edən ağlayan uşaqları su, yemək vermək, yellətmək və ya uzun uzadı laylalar oxumaqla onlara əksinə sərbəst şəkildə yatmalarına mane olunur. Tədqiqatın banisi Anna Praysın sözlərinə görə “uşaq göz yaşları onun psixikasına qətiyyən ziyan gətirmir”. Qeyd etmək lazımdırki, tədqiqat zamanı 225 sayda 6 aydan məktəbəqədər yaş dövrunə qədər avstraliyalı uşaqlar iştirak etmişdir. Beləki, 6 aya kimi yeni doğulmuş körpələrin gecə dövründə südlə qidalanması vacibdir. 6aydan sonra artıq bu vərdişdən imtina etmək lazımdır.

“Baby love” adlı bestsellerin müəllifi, psixoloq Robin Barkerin araşdırmasına əsasən “uşaq göz yaşları şizofreniya və s. psixoloji pozuntulara səbəb ola bilər” deyiminin heç bir əsası yoxdur. Bu natamam və qeyri-sağlam həyat tərzi keçirən ailələrdə, həmçinin uşaqların valideynləri ilə heç bir fiziki kontaktda olmayan ailələrdə baş verə bilər. Onun fikrincə, əksinə valideynlərinin nəzarəti altında bir neçə dəqiqə ağlamaq isə olduqca xeyirlidir.
 
2
 
Qeyd olunduğu kimi bir çox psixoloqların məsləhətlərinə əsasən uşaq ərköyünlüyündən qurtulmaq üçün ən uğurlu yol  “Çox təəssüfki, mən sənin istədiklərinin hamısını edə bilmirəm” – deyərək otaqda onu gözyaşları ilə təkbaşına buraxmaqdır. Orda ayaqlarını yerə çırparaq, qışqırıb ağlayarsa, qətiyyən mane olmayın. Bir müddətdən sonra otaqda tək qaldığını görüb artıq dərk edəcək ki, hər şeyi ağlamaqla həll etmək mümkün olmur. Sakitləşmiş halda yanınıza gələn zaman onunla olduqca mehriban olun və bacardıqca başqa mövzularda söhbət açın. Körpənizə öz sevginizi biruzə verməklə onu qəmgin fikirlərdən yayındırın. Özünü tənha hiss etməsin deyə onunla birgə sevgiyi cizgi filmə baxın, birgə mahnı oxuyun, bir sözlə diqqətini onu cəlb edəcək faydalı işlərə yönəldin. Böyüklərdən fərqli olaraq, uşaqlar diqqətini asanlıqla bir obyektdən başqasına yönəldir. Bununla, siz övladınıza “hamının ona dərhal və hər zaman yazıqları gəlməlidir” xarakteri formalaşdırmayacaq, öz hisslərini və istəklərini sərbəst  idarəetməni aşılayacaqsınız.
 
 
Hazırladı: Aygün Yusifqızı
 
 

Şərhlər

Menyu