Tamilla Qurbanovanın sehirli kuklalar aləmi

966117_643719975684776_209307554_o

“Dizayn incəsənət ola bilər. Dizayn estetika ola bilər. Dizayn çox sadədir. Elə ona görə də mürəkkəbdir”– deyən məşhur  amerikan qrafik dizaynerı Paul Randın bu fikrini  bu dəfəki qonağımız Azərbaycanda tanınmış heykəltəraş, rəssam və kukla dizayneri Tamilla Qurbanova deyərək istinad edir. Onun fikrincə dizaynerlikdə yaradıcılıq üçün ilk öncə böyük sevgi, ideya, emosiyalar və daim öz üzərində inkişaf lazımdır. Uzun müddətdir ki, kukla dizaynerliyilə məşğul olan Tamilla xanım dizaynerliklə əlaqədar olaraq çox sayda sərgilərdə, tədbirlərdə, festivallarda iştirak edərək, öz nümunəvi əl işlərini dünyanın müxtəlif ölkələrində nümayiş etdirmişdir. Yaradıcı xanım işinə necə həssass yanaşdığını və həvəslə gördüyünü “Zuleykha” ilə bölüşdü.

” 90- cı illərdən bəri kuklaları dizayn etməklə məşğulam. Klassik üslubda işlər görür və miniatür  heykəltəraşlıqla sintez edirəm. Hətta mənim modaya olan marağım da düzəltdiyim kuklalarda özünü göstərir. Müxtəlif aksesuarlarla kuklaları bəzəmək, onlara rəngarənglik qatmaq, mis və zərdən istifadə etmək mənim işimin əsasını təşkil edir.  2009- cu ildə Sankt-Peterburq şəhərində “İlin Kuklası” yarışında iştirak etmişəm. 2012- ci ildə isə “Kukla ölkəsinin sirləri” adlı fərdi sərgimi həyata keçirmişəm. Qalereyamda portret kuklalar da var. Bunlar arasında Mehriban Əliyeva, Nəsibə Zeynalovanın adını çəkə bilərəm. Mənim üçün kukla düzəltmək işdən əlavə hobbidir. Kuklaları hazırlayandan sonra mən uzun müddət onlara baxıram və düşünməyə başlayıram. Hesab edirəm ki, bütün stresimi onlarla aşıram. İşimi sevərək görürəm. İşini sevərək görmək isə əsl xoşbəxtlikdir.

Uşaqlıqda ən sevdiyim kitabım “Buratinonun sərgüzəştləri idi ki, möcüzələr diyarının gizli qapısı və sərgüzəştlər dünyasının aparan hekayə idi. Orda olan Papa Karlo isə mənim üçün ən sevimli, müqəddəs obraza çevrilmişdi.  Bunlar hamısı mənim daxili dünyama yaxın idi. Gizli qapı, qızıl açar, sehirli nağıllar bir ömür boyu mənimlə qaldı. Mən şanslıyam ki, sevdiyim işlə- bir sehirli dünyanın arxasındakı gizli qapını açmaq üçün mənə qızıl açarı bəxş edən işlə məşğulam”

 

Hazırladı: Məqsumə Süleymanlı
 
 
(15)970112_691042094245585_1346049376_n (1)1005343_723032444379883_1004303139_n (1)1451591_775116635838130_753575768_n (1)1006204_690942754255519_1543624276_n581851_775118405837953_959501329_n16818_988133661203092_4865500204301973173_n (1)856229_614622675220861_1044597856_o1499641_786407611375699_303724987_n13118_612063672143428_369317671_n

 

 

 

 

 

 

 

Şərhlər

Menyu