TREND | İyunun seçməsi | Enli şalvarlar

1

Yaz -yay aylarının must have  trendlərindən sayılan, xarici street style larda görməyə alışdığımız enli kəsimli şalvarlar yayın gəlişilə artıq Bakının dəbli xanımlarının üzərində də görmək mümkündür. Bu dəb tendensiyası Bakıdan da yan keçmədiyinə görə may ayının seçimi olaraq məhz bu tip şalvarları diqqətinizə gətirmək istərdik.

Rahatlığı ilə seçilən və qızmar günlərin vazkeçilməz geyimi olan enli şalvarlar bu yaz dar kəsimli şalvarları tamamilə əvəz etdilər. Həmçinin  əsas yaz- yay dəb mövzusu  70- ci illərə aid olduğu üçün bu şalvarların yüksək belli, zolaqlı, gül və digər printli versiyaları yenidən aktual olacaqlar.

3

Şifon, monoxrom tipli və digər müxtəlif  növ və fakturalarda olan enli şalvarları düzgün geyindikdə bədən quruluşunun  müsbət tərəflərini vurğulaya bilərsiniz. Enli şalvarların üstünlüyü ondadır ki, düz kəsiminə görə bu tip şalvarlar budları gizlədir, ayaqları daha incə və hətta dik daban ayaqqabı ilə geyinildikdə daha uzun göstərir.

Elə isə nümunələri dünyanın müxtəlif hissələrində xanımların necə geyindiklərini birlikdə nəzərdən keçirək.

Hazırladı: Aynur Əlibəyova

20
11
1325
9
8
6
4
15
 23
12
21 16 17
24
            

Şərhlər

Menyu