İlk və yeganə pilates mərkəzi artıq Bakıda!

1
 
Bakının mərkəzində yenicə açılmış Baku Pilates Center (BPC) sağlam həyat tərzini sevənlər üçün özəl xəbərdir. Bu pilates mərkəzi Bakıda açılmış yeganə və ilk klubdur ki, yalnız pilates məşqlərinə həsr olunub. Xaricdə təlim keçmiş peşəkar məşqçilər və elə Jozef Pilatesin özü tərəfindən ixtira olunmuş trenajorlar sayəsində sakinlərimiz artıq əsl pilates məşqlərinə yazıla bilərlər. Klubun pilates üzrə xarici sertifikasiya almış məşqçiləri klubla bağlı suallarımızı belə cavablandırdılar.

Pilates nədir? Bu asan məşq olunan, lakin çox effektiv idman növüdür ki, insanın həm əzələ, həm də sümüklərinin sağlam və elastik fəaliyyətini təmin edir. Onun sayəsində insan daha yaxşı nəfəs alır, qaməti düzəlir, əzələləri möhkəmlənir, qan dövranı və daxili orqlanların fəaliyyəti yaxşılaşır, əhvalı yüksəlir – bir sözlə o orqanizm üzərində tam nəzarət təmin edir ki, bu da öz növbəsində daha keyfiyyətli həyat tərzinə gətirir və ümumi harmoniyada yaşamağınıza imkan verir. Bundan başqa pilates elə bir idman növüdür ki, hər bir əzələ ilə detallı məşqlər sayəsində digər idman növlərində işləməyən əzələləri belə əhatə edir. Hətta qisa müddətli məşqlərdən sonra adi hərəkətlər- duruş, gəziş, oturuş, əl hərəkətləri və s. belə daha təbii, qovraq, elastik və balanslı, qadınlarda isə hətta daha zərif olur.

Tibbi araşdırmalar sübut edir ki, o sağlamlığında osteartrit, osteoparoz, onurğa, oynaq, çiyin problemlərinin həll üçün effektiv idman növüdür. Bəzi pilatessevərlər isə bu idman növünə sadəcə stressli gündəlik həyatdan qurtulub dincəlmək və daxili harmoniyaya qovuşmaq üçün yazılır. Buradakı hərəkətlər insanın nəinki xarici görkəminə, həm də zehninin itiləşməsinə və daxili ruh aləminə yüksək təsir edir.
 
2
 
– Bu mərkəzi açmaqda məqsəd nə idi?
– Bu gün Azərbaycanda yüksək standartlara uyğun, təmirli və idmanın bütün istiqamətlərini əhatə edən mərkəzlər çoxdur. Bizim mərkəz yaradılarkən isə məqsəd sırf pilatesə həsr olunmuş, daha yıgcam və müştərilərin özlərini evdəki kimi hiss edəcəyi mərkəz yaratmaq olmuşdur. Digər məqsəd şəhərin sağlamlığa önəm verən sakinlərinə əsl pilates məşqlərini Bakıya gətirmək olmuşdur.

– Öncəliklə məlumatı olmayanlar üçün pilatesin ne olduğu haqda qısa məlumat verərdiniz.
– Pilates 20-ci əsrin əvvəllərində Amerikada yaşayan alman əsilli Jozef Pilates tərəfindən kəşf olunub. O, özü uşaq yaşlarından həm revmatezma, həm də onurğa xəstəliklərindən əziyyət çəkib. Daha sonra isə ev şəraitdə özü- özünü müalicə edərək pilates idman növünü kəşf edir. Pilatesin əsas özəlliyi insan zehni ilə vücudun birgə fəaliyyətidir. Pilatesdə hərəkətlər həm daxili, həm də insanın xarici əzələlərinin inkişafına yönəldilib. Xüsusilə də məlumat üçün qeyd edək ki, əsl pilates ixtiraçının elə özü tərəfindən kəşf olunmuş xüsusi trenajorlar tərəfindən həyata keçirilməlidir.

– Pilateslə kimlər məşğul olmalıdır? O kim üçün nəzərdə tutlub?
-Pilateslə hamı məşğul ola bilər. 12 yaşından yuxarı uşaqlar, bir sözlə özünü trenajorlarda hərəkət edəcək qədər sağlam sayan hər kəs pilateslə məşğul ola bilər. Dünya praktikasında pilatesə əsasən müraciət edənlər həm onurğa xəstəliklərindən, həm də oynaq xəstəliklərindən, onurğasında skalioz, kifoz və digər problemləri olan insanlardır.

– Bu idman növü ilə qadınlar, yoxsa daha çox kişilər məşğul olur?
– Xanımlar pilatesə daha çox diqqət göstərsə də, dünya praktikasında həm də kişilər, xüsusən aktyorlar, modellər də pilatesə böyük önəm verir. Eləcə də, Hollivud ulduzları pilateslə məşğul olur. Səbəb pilatesin müalicəvi əhəmiyyətindən başqa insan əzələlərinin möhkəmlənməsinə və eləcə də artıq çəkidən azad olmasına kömək etməsidir. Məsələn, məşhur ulduzlarından Cennifer Lopez, Beyons və s. kimi ulduzlar pilateslə çox sıx məşğul olurlar. Pilatesdə hərəkətlərin sayı saysız hesabsızdır. Onun hər alətində 700-dən çox hərəkətlər mövcuddur.

– Mərkəzin özəlliklərindən danışa bilərsinizmi? Sizin pilates mərkəzində olan məşqlər digərlərindən nə ilə fərqlənir?
– Azərbaycanda bizdən öncə də pilates klubları fəaliyyət göstərib. Sadəcə olaraq Azərbaycanda pilatesin təməli düzgün qoyulmayib. Çünki Bakıda pilates məşqləri trenajorsuz təklif olunur. Amma Jozef Pilates bu idman növünü icad edərkən onu trenajorlarla icad etmiş və onların vasitəsilə həyata keçirilməsini nəzərdə tutub. Bizim mərkəzin əsas özəlliyi də elə budur ki, klubumuz Amerikadan gətirilimiş sertifikatlaşdırılmış və pilates alətlərinin istehsalı üzrə bir nömrəli marka sayılan Balanced Body-dən olan xüsusi trenajorlardır. Digər üstün cəhətimiz, Bakıda bu trenajorlardan istifadə etmək üçün təlimləndirilmiş sertifikatlı 4 mütəxəssisin mərkəzimizdə fəaliyyət göstərməsidir. Bizim məşqçilər Türkiyədə Pilates Body Arts Pilates Studio (BAPS) studiyasının məşqçiləri tərəfindən təlimləndirilmiş və Balanced Body şirkətinin beynəlxalq sertifikatlarını almış əcnəbi və yerli məşqçilərdir.
 
3

 
– Azerbaycanda ilk dəfədir ki, pilates klubu fəaliyyətinə başladı. Necə oldu ki, klubu yalnız pilates məşqlərinə həsr etməyi qərara aldınız?
– Klubumuzun daxili qaydalarına və fəlsəfəsinə görə məqsədimiz hər bir müştəriyə özəl- individual yanaşma həsr etməkdir. Təlimçilər hər müştərinin bədəninə və şikayətinə uyğun proqramlar hazırlayır. Məşqlər zamanı isə təlimçi yalnız bir insana diqqətini toplayır və onu nəzarət altında saxlayır.

– Bəs təlimçiləriniz kimlərdir? Azərbaycanda bu sahə üzrə sizi qane edən kadrlar tapmaqda çətinliyiniz oldumu?
– Klubda hal- hazırda 4 təlimçiyik. Biri Rusiya vətəndaşı, qalan üçü isə yerli təlimçilərdir. Həm kişi, həm də qadın məşqçilərimiz var. Təbii ki, Azəraycanda bu sahə üzrə məşqçilərin tapılması çox çətin idi. Mərkəzin rəhbərliyi Azərbaycanda idman, fitnes və insan fiziologiyası üzrə bilikləri olan mütəxəssislər arasında seçim aparmışlar. Fəaliyyətə başlamazdan öncə bizə İstanbulda BAPS-ın Taha Erpulat adlı peşəkar məşqçisi bugünədək davamlı təlimlər keçir. Buna görə biz artıq Balanced Body təşkilatının lisenziyası əsasında fəaliyyət göstərən kurslarını beynəlxalq sertifikatlarını almışıq.
 
4

 
– Bildiyimizə görə bu yaxınlarda xaricdən təlimçiləriniz dəvət olunub. Xaricdən dəvət olunmuş təlimçiləriniz klubunuzda hansı programlar üzrə məşqlər təklif edir?
– Klub açıldığı ilk gündən hər şeyə peşəkar yanaşmağa qərar vermişdir. Ona görə də biz İstanbulda BAPS-a müraciət etdik və bugünə kimi onların konsultasiyası ilə fəaliyyət göstəririk. Bizim pilates BAPS-la hal-hazlrda çox sıx əlaqəmiz var. Buna görə də əminlikə deyə bilərik ki, klubumuzda keçirilən məşqlər xüsusi standartlara görə həyata keçirilir və daim təcrübəli əcnəbi peşəkarlar tərəfindən nəzarətdə saxlanılır.

Bu yaxınlarda xaricdən təlimçilər dəvət olunacaq. Hətta iyun ayında BAPS-da fəaliyyət göstərən Şahin Asay 1 ay müddətinə Bakıya gələrək bizim müştərilərə təlim keçəcəyi planlaşdırılır. Həmçinin o, müştərilərlə yanaşı, yerli məşqçilərlə də öz təcrübəsini bölüşəcək. Bizim bu cür planlarımız çoxdur. Hətta yaxın zamanda Taha Erpolatın da Bakıda bizim müştərilərimizlə də təlim keçəcəyi planda var. Bununla bağlı tezliklə açıqlama verəcik.
 
 
Baku Pilates Center (BPC)
İstiqlaliyyat 31A,
Tel: +994 12 497 1236
+994 55 959 1536

 
Hazırladı: Gülnar Məmmədova
Foto: Orxan Süleymanlı

 
 
596
 
 
 

Şərhlər

Menyu