“Zuleykha”-nın çiçəkləri!

Ölkəmizdə 2000- ci ildən bu günə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gül bayramı keçirilir. Hər il may ayının 10-u dünyanın 50- dən çox ölkəsindən gətirilən minlərlə çiçək növləri müxtəlif kompozisiyalarla parkları bəzəyir, məmləkətimizin hər bir küncündə bu əlamətdar günü qeyd edən tədbirlər təşkil edilir. Bu il də görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş güllərdən yaradılan valehedici instalyasiyalar paytaxt sakinlərinə, eləcə də şəhərə gələn qonaqlara bayram əhval-ruhiyyəsi yaşadır.

Belə bir özəl gündə “Zuleykha” müasir qadın jurnalının əməkdaşları da oxucularına maraqlı layihə təqdim edir. Bugünə qədər jurnalda dərc olunan məqalələrin, müsahibələrin müəlliflərinin əl yazısının şahidi olurdunuzsa, bu gün jurnalda əməyi keçən xanımların simalarını da görəcəksiniz, lakin fərqli obrazlarda. Layihənin maarifləndirici məqsədi çiçəklərin adlarını tanıtmaqla ölkə səviyyəsində keçirilən bu əlamətdar bayramı qeyd etməkdir.

“Wax Flowers” gül butikinin layihəyə göstərdiyi dəstək sayəsində “Zuleykha”-nın yaradıcı heyəti jurnalın adının hər bir hərfinə müvafiq güllər seçərək hər xanıma fərqli gül kompazisiyası həsr etmişdir. Beləliklə, jurnalın adı çiçəklər və xanımların fərqli obrazları vasitəsilə nümayiş olunmuşdur. Maraqlısı budur ki, xaricdən gətirilən və yalnız təbii üsulla becərilən bu əcnəbi güllərə gözəllik verən butikin konseptinə uyğun olaraq istifadə olunan təbii materiallar- saman sapları, təbii yarpaqlar, ağac və dəmir məftil kimi aksesuarlar oldu.

“Elayla” gözəllik studiyasının istedadlı isə ustaları isə obrazlara bədiilik vermişdir. Onlar bayram abu-havasından ilham alaraq hər obrazın saç və makiyajını seçilmiş güllərə uyğunlaşdıraraq ərsəyə gətirmişlər.

Gül bayramınızı təbrik edirik, əziz xanımlar!

Hazırladı: Gülnar Məmmədova
Florist: Teymur Məmmədov
Makiyaj: Pərvanə M.
Saç: Ellada Mammadova

Foto: Rasim Akifoğlu

Elayla Beauty Studio
Dilarə Əliyeva 235A, Bakı,
+994125990088

1E1
Şəbnəm Hümbətova/ Müxbir 

 

2
Gülnar Məmmədova/ Layihə Rəhbəri

 

3
Aynur Əlibəyova/ Moda rubrikasının müxbiri

 

4
Məqsumə Süleymanova/ “Simalar” rubrikasının müxbiri

 

5
Anaxanım Zeynallı /Jurnalın xüsusi moda bloqeri

 

6
Fəridə Məmmədova/ Kontent Rəhbəri

 

7
Günay Ağayeva/ Sosial Media üzrə Mütəxəssis

 

8Lalə Mirzəyeva/ Təsisçi və Kreativ Direktor

 

Şərhlər

Menyu