Nailə Axundovanın Asiyadan başlayan dünya səyahəti..

8
 

Səyahət fotoqrafı Nailə Axundova yeni yerləri kəşf etmək və onların şəkillərini paylaşmağı çox sevir. Daim sorağı xairici ölkələrdən gələn həmyerlimiz özü də səyahət haqda fikirlərini belə ifadə edir: “Bütün dünyanın olduğu kimi göstərmək istəyirəm: gözəl və çirkin, qeyri-adi və ruhlandıran..”

Nailənin fotoya olan sevgisi səyahət etməyə başladığı illərdə yarandı. Səyahət etmək üçün həyatının ən böyük riskini məhz o dönəmlərdə başladı. Uşaqlıq arzusunu gərcəkləşdirmək, sevdiyi işlə məşğul olmağı həyatının ən böyük amili hesab edən Nailə,tək səyahət etməkdən qorxmadı, bu riski gözə alaraq kamerasını və lazımi səyahət avadanlıqlarını götürüb yola düşdü.

Nailə Axundova işinə olan sevgisi haqqında “Zuleykha”-ya danışdı:

“Səyahət etmək və fotoqraflıq mənim həyatımın şövqüdür..uşaqlıq arzumdur. Xəyalım bütün dünyanı kameramla birgə səyahət etməkdir. Amma düşünürəm ki, hələ başlanğıcdayam.

Mən heç zaman özümə standard səyahət yol xərcləri ilə məhdudlaşdırmıram. Sırf istədiyimə nail olmaq üçün evimi sataraq, həyatımın ən böyük riskini etdim və səyahətə Nepaldan başladım. Çox adam məndən soruşur ki, niyə Avopadan deyil, məhz Asiyadan başladım. Suala cavabım budur ki, əvvəllər Avropada olmuşam və mənə maraqsız gəlib..Mənim Asiya hər zaman diqqətimi çəkib. İndoneziya, Nepal, Hindistan mənim heç bezmədən, yenə və yenə getmək istədiyim yerlərdir. Bu ölkələrdən insan doymur. Hər küncü, bucağı yeni bir dünyadır sanki. Səyahətə qərar verdiyim anda biletimi aldım və uzun yolculuğa davam etdim.
 

13
 

Hal-hazırda İndoneziyadayam. Bu ölkədən qopa bilmirəm. Heç bir işimi planlı şəkildə görmədiyim üçün buraya yenidən gəlişim növbəti dəfə də anidən oldu. Qərar verdim, biletimi aldım və yenə buraya gəldim. Çox zaman otel sifarişi belə etmədən bilet alıb harasa səyahət edirəm və hava limanında internet vasitəsilə otel axtarışına keçirəm.

2012-ci ildən bəri səyahət edirəm. Demək olar ki, Asiyanı bütünlüklə gəzmişəm. Getdiyim ölkədə qısa müddətə qayıtmıram. Bir müddət orada qalıram. Həyat şəraitilə yaxından tanış oluram.

Gəzmək, görmək, yeni insanlarla, ölkələrlə tanışlıq mənə çox böyük həyat təcrübəsi qazandırıb. Çox şey öyrənmişəm. Mənə görə bu bir nailiyyət, bir uğurdur. Oxuculara isə məsləhət görərdim ki, hər zaman istəklərinə nail olmaq üçün riskə getməyi bacarsınlar. Bəli. Qorxmasınlar. Tərəddüd etməsinlər və işin uğur olacağını düşünməsinlər. İnsanın bacarığı və həvəsi onu çox yüksəklərə aparır və ən əsası xoşbəxt edir. Həyatda ən böyük uğur isə insanın sevdiyi işlə məşğul olması və onun xoşbəxtliyidir.
 
 
Hazırladı: Məqsumə Süleymanlı
 
 
11
4
35
10
2
7e
1
12
9
6

Şərhlər

Menyu