“Vinni Puh” qəhrəmanlarını xatırladan uşaq aksesuarları

vin
 
Yaponiyanın qabaqcıl dizayn studiolarından olan Nendo dünyanı yenilikləri ilə təəccübləndirməyi davam edir. Özünü mütəlif istiqamətlərdə sınayan studio bu dəfə ictimaiyyətə yeni dizayn nümunəsini təqdim etdi. Bu dəfə hədəf keçən əsrin 20-ci illərində A.A. Milnin yazdığı “Vinni Puh” (Winnie-the-Pooh) kitabı oldu. Uşaqların sevimli hekayə kitabının qəhrəmanlarını hələ bu şəkildə görməmişdiniz.

Şüşə qablar, sarı silikon altlıq, başlıq və qapaqlar əsərin hər bir qəhrəmanını özünəməxsus xarakterdə nümayiş etdirir.

Həmçinin eyni əsərdən seçilmiş qəhrəmanları Nendo studiyası taxtadan hazırlanmış uşaq mebel dəsti şəklində də təsvir etməyə cəsarətli bir addım atmışdır. Hər bir qəhrəmanı əks etdirən stol və stullar müvafiq rəngdə toxunmuş parça ilə bəzədilmişdir.
 
 
Hazırladı: Səltənət Zülfüqarova
 
 

vs1vin2 vin3 vin4 vin5 vin6 vin7 vin8 vin9 vin10


Şərhlər

Menyu