Abhyanga: ikisi birində rahatlayıcı və anti-sellülit massajı

WIN_0004
 

Vücudu ilə birgə ruhunu qidalandırıb rahatlayacaq massaj həvəskarları bilir ki, onu bir dəfə dənəyən, hələ uzun müddət o massajın alüdəçisi olacaq. Adından da göründüyü kimi bu massaj sizin fiziki yorğunluğunuza tamamilə son qoyacaq, eyni zamanda ruhunuz sakit musiqi sədası altında qidalanacaq.

Ambassade de la Beauté gözəllik və sağlamlıq mərkəzində Balidən dəvət almış iki massaj mütəxəssisi ikisi birində effektini verən Abhyanga massajının ustalarıdır. Onlar sizi özəl qaydada qarşılayandan sonra bütün proseduru həyata keçirəcəklər.

Bədəniniz efir yağları və otlarla zəngin bol isti yağla masaj ediləcək. Qeyd edək ki, bu massaj sizin dərinizin toxumalarını qidalandırır və dərinizi cavanlaşdırır. Həmçinin hüceyrələri toksinlərdən azad edir.

Sellüliti məhv etmə qabiliyyətinə malik olan bu prosedur bədəndəki yağ toxumalarında çətin həll olan yağları parçalamağa və ifraz etməyə, həmçinin dəridə hamarlılıq və elastikliyi bərpa etməyə imkan verir.

Abhyanga proseduru bədənin təbii harmonizasiyası hesabına insan sağlamlığına adi masajdan daha dərin və geniş təsir göstərir. Onun köməyilə sizin dəriniz hamar, məxməri, elastik və sağlam olacaq. Prosedurdan sonra duş qəbul etməklə rahatlayıcı prosesi tamamlanmış hesab etmək olar.
 
 
 Hazırladı: Nərminə Məmmədova 
 
 
WIN_0015   WIN_0059 WIN_0061 WIN_0077 WIN_0090 WIN_0099
WIN_0024

Şərhlər

Menyu