Viktoriya Bekhemin monoxrom ofis dress-kodu

vkt
 
Dəb ikonasıdizayneraktrisa və ən əsası 4 uşaq anası Viktoriya Bekhem  işgüzar xanım prototipinin özüdür. İllərdir moda aləminin ən zövqlü xanımlarından biri sayılan Viktoriya, çox ağır iş qrafikinə baxmayaraq ailəsi ilə vaxt keçirməyi özü üçün əsas sayır.

Əsasən öz geyim kolleksiyasından geyinən Viktoriya həmişə universal və praktik geyim seçimləri ilə diqqəti cəlb edir. O özü də etiraf edir ki, özü kimi dinamik həyat tempi olan xanımların geyinə bilecəyi geyim yaratmağa çalışıram.
 
vicvic3
 
Əsasən dəb ikonasını  “karandaş” yubkalar, klassik şalvarlarda və köynəklərdə görmək olar. Görünüşündən isə anlamaq olar ki, onun ən çox sevdiyi rənglər düm ağ və qaradır. Ümümiyyətlə, şık amma rahat geyimlərə üstünlük verən  Viktoriya 50-ci illərin modasını, xüsusən isə özünə Jaklin Kennedinin və Odri Hepbernin tərzini nümunə götürür.Forbes” jurnalının ilk pillələrini tutan ulduz cütlük Viktoriya və Devid Bekhem geyim tərzlərinə və imiclərinə görə uzun illərdir ki, nümunə olmağı bacarıblar.
 
vi8
 
Viktoriyanın geyim tərzi bir çox işgüzar xanımların diqqətini xüsusilə cəlb edir. Şübhəsiz ki, onun əksər geyim dəstlərini ofis tərzinə asanlıqla uyğunlaşdırmaq mümkündür. Bu məqsədlə onun qarderobundan iş həyatınızda rahatlıqla istifadə edə biləcəyiniz işgüzar obrazlarını təqdim edirik.

 
 
Hazırladı : Aynur Əlibəyova
 
 
vicvi6vikkkvi5Victoria Beckham seen leaving her Chelsea studio after a day of meetings in New York Cityvicc vic7 vic8vicvic2 ce172dab3ae8a5207feea2e7c6a8d556 vi7villllVictoria arrivesvi9vi4vi1 591be791c78c9f4598e9749093b543b2

Şərhlər

Menyu