Vaqif Mustafazadənin 75 illik yubiley gecəsi

jjjj

Aprel ayının 10- da Heydər Əliyev sarayında Azərbaycanın caz əfsanəsi bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 75- ci ilinə həsr olunmuş yubiley gecəsi keçirilib. Yubiley gecəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı nəticəsində baş tutub.

Tədbirdə dövlət və mədəniyyət nümayəndələri iştirak ediblər. Sarayın foyesində gecəyə təşrif buyuran qonaqlar öncə unudulmaz caz ustasının həyat hekayəsini əks etdirən fotosərgi ilə tanış olublar.

Gecədə iştirak edən qonaqlar Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş video çarxları izləyərək onun həyatı ilə daha yaxından tanış olub. Yubiley gecəsinin açılışı əməkdar artist Teyyub Aslanovun muğam ifası ilə  baş tutdu. Bunun ardınca Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib. Xalq artisti Fərhad Bədəlbəyli bu əsərdə solist kimi çıxış edib.

Yubiley gecəsində “Cəngi” qrupu, xalq artisti Ənvər Sadıqov, “Qaya” Dövlət Ansamblı, caz trio, “Rast” qrupu, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri, əməkdar artist İsfar Sarabski çıxış ediblər.

 

Hazırladı: Gülnar Məmmədova
Foto: Pəri Arifqızı

 

 

jj jjjjpg jpggggg
jjjjjjj

Şərhlər

Menyu